sosial-siyasi nəticə çıxarılmasına lüzum yoxdur. Digər tərəfdən,
sahibkar və muzdlu işçinin mənafeləri ziddiyyətli vahidlik
formasında mövcuddur. Başqa sözlə, bu mənafelər nə qədər
bir-birindən fərqlənirlərsə, bir o qədər də üst-üstə düşürlər.
Formal məntiq çərçivəsindən çıxış etsək, qeyd etməliyik ki,
əks halda biznesin təşkili ümumiyyətlə, qeyri-mümkün olardı.
2)
Mənafelərin yalnız obyektiv mahiyyətini qəbul edən
iqtisadçı və sosioloqlar mülkiyyətin forma müxtəlifliyi əsasında
onun əlahiddələşdirilməsinə cəhd göstərir və dövlət- özəl sektor
komponentlərini antaqonist xarakterli münasibətlərin və
maraqların daşıyıcıları kimi hallandırırlar,
Fikrimizcə,
mənafelərin
subyektlərini
mülkiyyət
mənsubiyyətinə görə qarşı-qarşıya qoymaq həm nəzəri-metodoloji,
həm də praktiki baxımdan yanlışdır. Belə ki, əvvəl a, mülkiyyət
mənsubiyyətindən asılı olmayaraq real bazar şəraitində fəaliyyət
göstərən iqtisadi strukturların məqsəd və vəzifələrində ümumi
cəhətlər, uyğunluq daha çoxdur. Bütün iqtisadi vahidlər fəaliyyət
müstəqilliyi və zəruri inkişaf tempinə malik olmaq istəyində eyni
cəbhədən çıxış edirlər; İkincisi, əksər hallarda həm dövlətin, həm
də özəl sektorun struktur bölmələri əlverişli sosial-iqtisadi siyasətin
həyata keçirilməsində hökumətə birlikdə təsir göstərirlər. Əlbəttə,
ümummilli mənafenin öncüllüyünü əsas götiüən dövlət hər iki
tərəfin inkişaf sürətləri arasında konkret zaman kəsiyində müəyyən
nisbətlərin (birincilərin üstünlüyü baxımından) bərqərar olmasına
təsir göstərə bilər. Lakin, bu hal heç də.mülkiyyət foiTnalarına görə
mənafelərin differensasiyasına əsas vermir;
3)
Keçid dövrünün spesifik çətinlikləri və onların yaratdığı
sosial-iqtisadi situasiyaların səthi anlamına əsaslanan müəlliflər
mənafelərin funksional-sahəvi müstəvi üzərində fərqləndirilməsi
tələbi ilə çıxış edir və ticarət, maliyyə, xidmət və s. sferalarla
müqayisədə istehsala üstünlük verilməsini və uyğun strukturlann
mənafe təminatının ön plana çəkilməsini zəmri sayırlar. Şübhəsiz,
məhz müasir dövrün xarakteri baxımından yanaşıldıqda bu bölgü
daha real
64
görünür. Əlbəttə, maddi nemətlər istehsalının cəmiyyətin
həyatında oynadığı mühüm rol inkar edilə bilməz. Lakin, bazar
iqtisadiyyatı çərçivəsində iqtisadi fəaliyyətin istehsaldan yox,
tədavüldən başladığını və bütövlükdə, milli mənafenin
tədavül—>istehsal->tədavül (həm daxili, həm də xarici kəsimdə)
triadası üzrə münasibətlər kompleksinin təşkili səviyyəsindən
asılılığını qəbul ediriksə, onda mənafelərin funksional-sahəvi
bölgüsünü absolyuta yüksəltməyə lüzum qalmır. Beləliklə, milli
mənafenin subyekt tərkibini yuxarıda göstərilənlər əsasında
təsnifləşdirmək mümkünsüzdür.
§3. ÜMUMMİLLİ MƏNAFELƏRİN TƏMİNATINDA
^
SUBYEKT SEÇİMİ PROBLEMİ
Ümumdövlət səviyyəsində milli mənafelərin subyektləri kimi
əksər hallarda dövlət və millət götürülür. Eyni zamanda, bir çox
tədqiqatçılar vətəndaş cəmiyyətinə daha böyük əhəmiyyət verirlər.
Subyektlərin~göstərflən səpgidə bölgüsü əsasən onunla əlaqədardır
ki, ölkənin ümümmilli mənafeyi bir qayda olaraq xarici amillərin
təsiri ılə^səcı^ələnir. Buna görə də, dövlət həmin münasibətlərin
(daxili mənafe' tarazlığı da nəzərə alınmaqla) birbaşa daşıyıcısı
kimi çıxış edir. Bu fikri millət haqqında da deməlc mümkündür.
Lakin millətin mənafe daşıyıcısı kimi rolu dövləfə“V^'"vərəndaş
cəmiyyətinə
nisbətdə
cl^a
geniş.
dahk.əhatəli-JvaZdahi'mücərrəddir. N.Berdyayevin sözləri ilə
desək: «...Millət anlayışına təkcə bəşər aləmi deyil, eləcə də məbəd,
saray və imarətlərin tikildiyi daşlar, qəbir daşları, köhnə
əlyazmalar və kitabələr daxildir. Millətin iradəsini anlamaq üçün
həmin daşları eşitmək, saralmış səhifələri oxumaq lazımdır»'*“.
Əksər inkişaf etmiş ölkələrdə «millilik» «millət» terminləri ilə
«dövlət» termini eyni mahiyyətli anlayışlar kimi qəbul edilir. Yəni
«milli-dövlət mənafeyi» və «ümummilli mənafe» arasında
məzmunca heç bir fərq qoyulmur.
40
H.BepAfles -HJioco(l)Hfl HepaBencTBa. M: 1990; CTp.lOI,
65
Fikrimizcə, nəinki tarixi-xronoloji baxımdan yanaşdıqda,
hətta müasir dövrün reallıqlarından çıxış etməklə, həmin anlayışın
mahiyyət eyniliyini qəbul etmək düzgün olmazdı.
Dövlət mənafeyi ilaonüli mənafe, eləcə də korporativ
mənafelər (vətəndaş cəmiyyəti yə onun stmkto bölmələrinin
mənafeyi) heç də həmişə üst-üstə düşmür. Məsələn, F.Qrif özünün
«Etnik qrupların konqresə təsiri» məqaləsində yazır ki, «...Əslində
gözə görünməyən bu qruplar (lobbi təşkilatları - kursiv Ə.B.) bütün
Amerika üçün mühüm qərarları formalaşdırır, bəzən isə onların
dəyişməsinə təsir göstərirlər»"'. Beləliklə, bir sıra iqtisadçıların"^
«millə^tfdövlət+vətəndaş cəlmyyəfnTBı® etmək real inkişaf
prosesinə bəsitləşdirilmiş riyazi məntiq prizmasından baxmaq
demək olardı.
Belə tərzdə fikirlərin meydana çıxmasında bayaq qeyd
etdiyimiz'mexanizmlə bahəm:
a)Millət anlayışının mahiyyətinə primitiv yanaşma;
b)Vətəndaş cəmiyyəti ilə demokratik cəmiyyəti eyniləşdirmə;
v)Neoklassik paradiqmanm-^tatik. tarazlığın-əsiri olma və s.
amillər həlledici rol oynarhışlar.
Yəni, bu gün kiməsə sübut etməyə ehtiyac varmı ki, sırf milli
özünəməxsusluqla
bağlı
olan
cəhətlərin
mövcudluğuna
baxmayaraq, onun konkret subyekti yoxdur? Və, hər şeydən əvvəl
ona görə ki, millət bütövlükdə mənafelərin mövcudluğunu ehtiva
edir və onun daşıyıcısı kimi yalnız mücərrəd anlamda çıxış edə
bilər. Əlbəttə, belə bir fikirlə tam razıyıq ki, ümummilli mənafenin
təminatı kontekstində dövlət ümumiliyi, vətəndaş cəmiyyəti isə
xüsusiliyi (eqoizmi, ayrı-ayrı sosial qrup və fərdlərin mənafelərini)
əks etdirir. Bu, həqiqətən də belədir. Amma, kim, harda və nə vaxt
sübut edib ki, dövlətin əks etdirdiyi «ümumilik» ümummillilik
deməkdir? İctimai praktika artıq çoxdan qərarlaşdınb ki,
milli—»ictimai
yanaşmalar arasında bərabərlik işarəsi qoymaq ən azı zaman
■*' F.Grif-«Knight-Ridder Newspapers» qəzeti 17.VIII, I995-ci il.
Э.Поздняков-Нация, государство, национальные интересы,
Россия.//Вопросы экономики. №2. 1994 г. стр. 67.
66
Dostları ilə paylaş: |