labüdlüyü “bir məhsul—>bir ölkə” sindromundan yaxa qurtarmaq
istəyinə söykənir. Xarici ticarətin liberallaşdıniması dövlət
müdaxiləsinin ləğvinə deyil, onun məzmunca müasirləşməsinə
gətirib çıxarmalıdır. Təəssüflər olsun ki, hal- hazırda əks-proses
müşahidə edilməkdədir. Xarici bazarlarda fəaliyyətin ağırlıq
mərkəzinin mikrosəviyyə subeektiərinin üzərinə keçirilməsində
tədricilik prinsipinə sözsüz əməl edilməli və ixracın prioritet
istiqamətləri üzərində sırf iqtisadi üsullara əsaslanan dövlət
nəzarəti gücləndirilməlidir.
-İxrac siyasəti ilə investisiya axınlarının, eləcə də, yeni
texnologiyaların ölkəyə cəlb edilməsi arasında inteqrativ bağlılığa
nail olunması və xarici ticarət şəraitinin optimal- laşdırılması
probleminin həlli zəruriliyi nəzərə alınmaqla mövcud satış
bazarlarının kompleks tədqiqinin mütəmadi olaraq aparılması və
alman nəticələrə əsaslanmaqla məqsədli bazarların ya da, heç
olmasa, məqsədli seqmentlərin seçilməsi;
-Struktur islahatların aparılması və bu əsasda ixrac
siyasətinin optimallaşdırılması istiqamətində dövlət proqramının
işlənib hazırlanması;
Göründüyü kimi, xarici ticarətdə biliteral asılılıq
sindromunun aradan qaldırılması nöqteyi-nəzərindən ixrac
siyasətinin təkmilləşdirilməsi son dərəcə geniş əhatə dairəsi olan
amillər kompleksinin eyni zaman intervalında nəzərə alınmasını
tələb edir. Fikrirnizcə, yuxanda qeyd etdiyimiz istiqamətlərdə
aparılacaq dəyişikliklər mövcud qeyri- müəyyənliyin əhatə
dairəsini əhəmiyyətli dərəcədə daraltmağa imkan verəcəkdir.
Qarşılıqlı ticarətin faktorlu təhlilində, keçid dövıüniin
spesifikasını nəzərə almaqla, formalaşmış situasiyanın a pastreori
olaraq qiymətləndirilməsinə nail olmanı, zənnimizcə, məhz həmin
aspektdən tədqiqat prosesinə keyfiyyətcə yeni konseptual
yanaşmanı ortalığa çıxarmağa imkan verə bilərdi.
Empirik tədqiqatın nəticələri əsasında ümumiləşdirilmiş
müsbət meyl və təmayüllərin mövcudluğu hələ öz-özlüyündə
hansısa bir qanunauyğunluğun meydana çıxmasına dəlalət etmir.
Məsələnin məhz nəzəri-metodoloji müstəviyə keçirilməsi də keçid
iqtisadiyyatı şəraitində empirizmin
98
«imkanlannm» məhdudluğu ilə əlaqədardır. Sistemsizlik fonu
yaradan keçid prosesi iqtisadiyyatda sahəvi və struktur qarşılıqlı
asılılığı keyfiyyətcə o qədər aşağı salır ki, hətta qeyd edilən reallığın
ortalığa çıxardığı konkret nəticələrinin elmi fakt statusunda
qəbulunu mümkünsüzləşdirir. Söhbət, həm nəzəri dərketmə, həm
də ticari proseslərin gedişində qeyri- müəyyənliyin ön plana
çıxması, səbatsızlıq, dayanıqsızlığın qərarlaşması, zaman etibarı ilə
funksional əlaqəliliyin əhəmiyyətsizləşməsi və yekun olaraq
kəmiyyətcə
qiymətləndirmənin
mənasızlaşmasmdan
gedir.
Ən’ənəvi metodika baxımından uyğunsuzluğun açıq-aşkar
müşahidə edildiyinə baxmayaraq, sözügedən problem çərçivəsində
aparılan əksər elmi-tədqiqatlarda statistik təsvirçilikdən yaxa
qurtarmağa, stereotiplərdən uzaqlaşmağa heç bir cəhd göstərilmir.
Sözsüz ki, qeyd edilən stereotipə söykənməklə ölkənin MDB
çərçivəsində qarşılıqlı ticarətinin faktorlu təhlil əsasında
ekonometrik modelini formalaşdırmaq mümkündür. Lakin, real
situasiyanın daxili məntiqi belə bir modelin heç bir elmi əhəmiyyət
daşımadığını dəfələrlə sübuta yetiribdir. MDB regional
qruplaşmasında subyektiv-siyasi xarakterli amillərin primatlığı
problemə baxışda sırf iqtisadi aspektin qabardılmasmı,
«birölçülülüyü» bəri başdan sərf-nəzər edir.
Fikrimizcə, ölkədaxili iqtisadi münasibətlər sisteminin
ekonometrik modelləşdirilməsi bir sıra istiqamətlərdə müəyyən
effekt verə bilər. Lakin, təkcə xarici ticarət əməliyyatlarının yaxud
xarici ticarət şəraitinin modelləşdiril- məsinə cəhd edilirsə, onda
bütövlükdə regional və qlobal səviyyələrdə əksər mal və xidmət
bazarları da eyni mövqedən tədqiq olunmalıdırlar. Deməli,
araşdırdığımız
problemə
yanaşmada
ekonometrik
modelləşdirmənin yararsızlığı həm də onunla şərtlənir ki, bu halda
ən yaxşı nəticə birtərəfli qiymətləndirmənin zaman asılılığı ilə
bağlanacaqdır. Belə ki, xarici ticarət, bir tərəfdən ölkənin
ümummilli iqtisadi inkişafının mühüm tərkib ünsürüdürsə, digər
tərəfdən regional—>qlobal ümumiliyi yaradan proseslərin önündə
gələndir. Ona görə də, xarici ticarətin həm də sözügedən
99
səviyyələrin kontekstindən qiymətləndirilməsi qaçılmaz zərurətdir.
Məhz bu baxımdan qarşılıqlı ticarətin perspektiv inkişafı
nəzəri-metodoloji aspektdə iqtisadi regional izm-^multi- literalizm
cütlüyünə yanaşmada seçmə labüdlüyünü ortalığa çıxarır.
Beynəlxalq ticarət siyasətinin müasir praktikası bir
tərəfdən,
getdikcə
dərinləşən
qloballaşma
prosesinin
formalaşdırdığı keyfiyyətcə yeni situasiyanın, digər tərəfdən
iqtisadi regionalizmin fasiləsiz təsir dairəsində olmaqla məzmunca
fərqli nüansların meydana çıxması ilə səciyyələnir. Mə’luradur ki,
beynəlxalq iqtisadi münasibətlərin qlobal sistem formasında
qərarlaşması, eyni zamanda, onun regional bölgüdə daha fəal və
sür’ətli inkişafı ilə üzvi vəhdət təşkil edir. Problemin qoyuluşunda
maraq doğuran cəhət bir-birinə zidd olan istiqamətlərin
uyğunlaşdırılınası məsələsidir. Bu aspekt daha çox iqtisadi
regionalizm və onun doğurduğu «qapalılıq» sindromu ilə
əlaqədardır. Söhbət, hər şeydən əvvəl, proteksionizmin regional
örtükdə dirçəldilməsindən gedir. Məsələn, Avropa İttifaqı
Lomeyko konvcnsiyalan əsasında Asiya, Afrika və Latın
Amerikasının, eləcə də Karib hövzəsi ölkələrini (cəmi: 76 ölkə)
assosiativ üzv kimi inteqrasiya blokuna daxil etmişdir. Təkcə bu
fakt o deməkdir ki, həmin ölkələrə gfızəştli vergiqoyma rejimi
tətbiq etməklə, Avropa İttifaqı selektiv proteksionizmdən
yararlanmışdır.
Qərb iqtisadi fikrində bu problemlə bağlı üstünlük təşkil
edən mövqe multiliteralizmin inkişafı və «qapalılığın» bütünlüklə
aradan qaldırılmasına söykənir. Problemə yanaşmada müasir
gerçəkliyin daxili məntiqindən çıxış edən tədqiqatçılar
multiliteralizmin regionalizmə nisbətən əlverişli olduğunu dünya
iqtisadiyyatının parçalana bilməsi təhlükəsi ilə əlaqələndirir və
müasir dövrün spesifik xüsusiyyətləri baxımından yalnız «açıq»
regionalizmin məqsədəmüvafıqliyi fikrini irəli .sürürlər.
Empirik araşdırmalar artıq çoxdan sübuta yetirmişlər ki,
qapalı xarakter daşıyan iqtisadi qruplaşmaların formalaşmasının
sür'oti artdıqca, xarici ticarət siyasəti sfe
100
Dostları ilə paylaş: |