rasında bərabərhüquqluhiq prinsipi tədricən aradan qalxır. Belə-
ki, blokdaxili iqtisadi məkanda mübadilənin liberallaşdırılmasına
paralel olaraq üçüncü ölkələrə, yə’ni inteqrasiya blokuna daxil
olmayanlara qarşı ayrı-seçkilik siyasəti güclənir.
Eyni
zamanda,
qlobal
səviyyədə
də
qeyri-tarif
məhdudiyyətləri və neoproteksionizmin vasitələri arsenalından
geniş surətdə (seçmə üsulu ilə) istifadə olunur.
Problemin astar üzü isə ondan ibarətdir ki, «qapalı»
regionalizmin statik üstünlüklər bazasında perspektiv inkişafından
danışmaq sözün əsl mə’nasında yersizdir. Belə ki, əvvəla
«qapalılıq» bütövlükdə sistemin fiziki mövcudluğunu müəyyən
vaxt intcrvalı ilə məhdudlaşdırır. Göstərilən şərtlər daxilində
sistemin fasiləsiz dəyişən şəraitə uyğunlaşması böyük çətinliklər
törədir ki, bu da son nəticədə məhvolma ilə sonuclanır. İkincisi,
«qapalı» inteqrasiya blokunun üzvü olan ölkələr həm rəqabət
mühitinin formalaşdırılması, həm də qarşılıqlı iqtisadi
tamamlamanın bazar prinsiplərinə uyğun təşkilini (dövlət
müstəqilliyini saxlamaq şərti ilə) həyata keçirə bilmirlər.
Həmçinin qeyd olunmalıdır ki, «qapalı» inteqrasiya bloku
şəraitində başqa cür, yəni ölkələrin bir-birinə qarşı aktiv rəqib
kimi
çıxışı qeyri-mümkündür. Əks-təqdirdə, ümumiyyətlə
inteqrasiya prosesi baş tuta bilməzdi. Mə’lumdur ki, hər bir
ölkənin həm regional, həm də qlobal səviyyədə inkişafı onun
beynəlxalq rəqabət mübarizəsinə hansı dərəcədə qoşulmasından
birbaşa asılıdır.
Rəqabət bazar iqtisadiyyatı şəraitində iqtisadi qanun kimi
çıxış edir və onun təşkili, eləcə do mühafizəsi səviyyəsindən asılı
olaraq ümumsosial-iqtisadi tərəqqinin mümkün variantları
haqqında fikir yürütmək mümkündür. Sübut etməyə ehtiyac
yoxdur ki, «qapalı» inteqrasiya mühiti üzv-ölkələri göstərilən
mübarizə sferasından kənarda qoyur.
Üçüncüsü, milli müstəqilliyin itirilməsi ilə razılaşmayan
ölkələrin «qapalı» inteqrasiya blokuna üzv olması qeyri-
mümkündür. Belə ki, bu halda ölkə iqtisadiyyatının regional
səviyyədən biliteral asılılığı maksimum həddə çatır ki.
101
nəticədə dövlət suverenliyinin hətta məhdudlaşdırılmış formada
saxlanılması belə problematik olur. Eyni zamanda, onu da qeyd
etmək zəruridir ki, iqtisadi regionalizm yoxsa multilitéraiizm
dilemmasının bir mə’nalı cavablandırılması ölkənin xarici iqtisadi
fəaliyyətinin konsepsiyasından asılı olaraq reallaşdırıla bilər.
Göründüyü kimi, apardığımız nəzəri təhlil qərb iqtisadçıları
tərəfindən problemin düzgün formada qoyulmadığını ortalığa
çıxarır. Təhlil materialları gösterir ki, iqtisadi regionalizmin
«qapalılıq» sindromu nəinki kütləvi- qlobal səciyyə daşıya bilməz,
həmçinin üzv-ölkələrin özləri üçün də məqbul hesab olunmur.
Buna görə də qarşılıqlı ticarətdə səmərəliliyin yüksəldilməsinin
baza prinsipi regiona- lizm->multiliteralizm dilemmasına deyil,
liberalizm->protek-
sionizm cütlüyünün optimal qarşılıqlı
mütənasibliyinə söykənməlidir.
BeynəLxalq ticarət siyasətinin sistemli tədqiqi göstərir ki,
xarici ticarət əməliyyatlarının həyata keçirilməsi sferasında artan
sür’ətlə
tətbiq
olunan
liberallaşdırma-özünün
əksini-
proteksionizmi aradan qaldırmır, onun yeni, daha çox «gizli»
mahiyyət daşıyan modifikasiyalannı ortalığa çıxarır.
Əgər nəzərə alsaq ki, sözügedən parallelizm həm də ixracın
dövlət hovosləndirilməsi sisteminin yeni formaları ilə çulğalaşır,
onda keçid iqtisadiyyatı şəraitində olan bir ölkə- Azərbaycan
Respublikasımn xarici ticarət siyasətinin mövcud gerçəkliyə
uyğunlaşdın İmasının metodoloji bazasının köklü surətdə
yeniləşməsi zərurəti meydana çıxacaqdır. Yə’ni, ən azı aşağıdakı
istiqamətlərdə meydana çıxan problemlərin vahid metodoloji
platforma üzərində həllinin labüdlüyü qaçılmaz olacaqdır:
1.
Beynəlxalq ticarət sferasında regional inhisarizmin
təsirindən mühafizə olunmaq problemi;
2.
İxrac potensialının inkişafında birbaşa maneçilik törədən
və əsasən liberal mahiyyət daşıyan beynəlxalq normalara
münasibətdə spesifik mövqenin qomnub saxlanması problemi; Belə
ki, hal-hazırda inkişaf etmiş ölkələr tərəfindən həyata keçirilən
ixracın kreditləşdirilməsi və ixracın
102
sığortalanması, eləcə də subsidiyalara münasibətdə baxmayaraq ki,
bunlar qlobal səviyyədə sərbəst rəqabət prinsipinin tələblərini
pozurlar, beynəlxalq normalar son dərəcə liberal mövqedə
dayanırlar.
3.
Xarici ticarət siyasətini keçid iqtisadiyyatının məzmun və
mahiyyətinə uyğunlaşdırılmasının zəruriliyi problemi;
4.
Regional—>qlobal səviyyələr bölümündə xarici ticarətdə
uduşun maksimumuna nail olmaq problemi;
5.
Tədavül sferasında MDB daxili regional bütövləşmənin
ümummilli
mənafelər
prizmasından
məqsədəuyğunluğunun
araşdırılması problemi;
6.
Və, nəhayət, xarici ticarət strategiyasının optimallaşdı-
rılması
zəruriliyi
baxımından
yeni
paradiqmanın
müəyyənləşdirilməsi problemi.
Müasir iqtisadi fikirdə formalaşdırdığımız problemlər
kompleksinin sıfır variantı ilə həllinə imkan verən hazır model
yaxud metodika yoxdur. Qəbul edilmiş ümumnəzəri mövqe yalnız
iki əsas konsepsiyanı fundamental metodoloji prinsip kimi
səciyyələndirir:
l)Müqayisəli üstünlüklər və onun
modifikasiyalan (Xekşer-Olin, Xekşcr-Olin-Samuelson teore- mi,
Xaberlerin alternativ xərclər modeli, Xiks-Qruber modeli, Madell
modeli, Conson modeli, Rıbçinski teoremi və s.); 2)Rəqabət
üstünlükləri konsepsiyası.
Apardığımız nəzəri tədqiqatlar nəticəsində belə bir qənaətə
gəlmək mümkündür ki, müqayisəli üstünlüklər beynəlxalq ticarətin
təklif nəzəriyyəsini özündə təcəssüm etdirməklə sənaye inqilabı və
postindustrial dövrün tələblərinə tam cavab versə də, informasiya
dövrü üçün tamamilə yararsızdır. Müqayisəli üstünlüklər iqtisadi
həyatın bütün sferalannı əhatə edən ticarəti ifrat dərəcədə
bəsitləşdirməklə, eləcə də «iqtisadi rasionalizm» cəfəngiyyatmın
obyektiv səciyyə daşımasına söykənən «ideal» model cjurmaqla real
gerçəkliyin dəyişənlər çoxluğunu nəzərə almır. Ümumiyyətlə,
müqayisəli üstünlüklərin ümidsiz şəkildə köhnəldiyini və müasir
dövrün daxili təbiətinə uyğunsuzluğunu bir sıra digər cəhətlərlə də
əsaslandırmaq mümkündür. Müqayisəli üstünlüklər konsepsiyası:
103
Dostları ilə paylaş: |