Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


müəllif rublun dönərliliyini tə’min etməyin başlıca prinsiplərini də



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   34   35   36   37   38   39   40   41   ...   130

müəllif rublun dönərliliyini tə’min etməyin başlıca prinsiplərini də 
sadalayır:  Material  və  pul  axınları  arasında  iqtisadi  tarazlığın 
tə’mini; 
Qiymətlərin 
sabitliyi 
şəraitində 
istehsalın 
genişləndirilməsi; Xarici yardımın istehlaka deyil, istehsalın inkişafı 
və texnologiyalara yönəldilməsi və s. 
Göründüyü kimi, problemin mahiyyətinə yanaşma «çılpaq» 
nəzəri  səciyyə  daşımaqla  müasir  gerçəkliyin  məntiqinə  qətiyyən 
uyğun  gəlmir.  Başqa  sözlə,  «necə  etmək  lazımdır»  sualı  empirik 
əsasları olmadığına görə açıq qalır. 
Cədvəl 3.4. 
MDB-yə üzv olan ölkələrdə maliyyə situasiyası 
ölkələr
 
İnflyasiyanın 
orta aylıq 
tempi (%)
 
Dövlət büdcəsinin 
kəsiri (ÜDM- a 
nisbətən
 
  ___  %-lə) ____ 
 
Milli valyutanın 
devalvasiyası
 
1994
 
1995
 
1994
 
1995
 
1994
 
1 .Azərbaycan
 
28
 
4
 
21
 
5
 
35,5 dəfə
 
2.Emıənistan
 
18
 
5
 
24
 
12
 
5,4 dəfə
 
3. Belarus
 
23
 
6
 
11
 
7
 
10 dəfə
 
4. Gürcüstan
 
60
 
5
 
 
0
 
15,5 dəfə
 
5. Qazaxıstan
 
12
 
6
 
5
 
4
 
7,2 dəfə
 
6. Qırğızıstan
 
8
 
3
 
8
 
6
 
1,3 dəfə
 
7. Moldova
 
15
 
6
 
5
 
3
 
1,17 dəfə
 
8.Özbəkistan
 
18
 
6
 
8
 
6
 
25 dəfə
 
9.Tacikistan
 
7
 
 
 
 
2,9 dəfə
 
10.Türkmənistan
 
18
 
 
 
 
5 dəfə
 
11. Ukrayna
 
20
 
6
 
9
 
7
 
8,6 dəfə
 
12. Rusiya
 
22
 
5 1 4,0
 
4.3
 
15,6 dəfə
 
Cədvəldə əks etdirilən situasiyanın səbəbini nədə axtarmaq 
lazımdır  sualına  münasibətdə  müasir  nəzəri  baxışlar  arasında 
yekdillik yoxdur. Bəri başdan, qeyd etməyi zəruri sayırıq ki, MDB 
çərçivəli qarşılıqlı ticarətin dayanıqlı inkişafında valyutaların real 
məzənnəsinin  elmi  əsaslara  söykənməklə  müəyyənləşdirilməsi  heç 
də  az  əhəmiyyətli  məsələ  deyildir.  Əgər  nəzərə  alsaq  ki,  real 
məzənnənin səviyyəsi və dinamikası ilə milli istehsal, məşğulluq və 
tədiyyə balansı arasında son dərəcə sıx qarşılıqlı asılılıq 
110 


mövcuddur, onun real və maliyyə sektorlarının inkişafına, eləcə də 
bütövlükdə,  ölkənin  perspektiv  planda  iqtisadi  siyasətinin 
prioritetlərinin  seçilməsinə  təsir  imkanları  böyükdür,  onda 
yuxanda əks etdirdiyimiz tezisin əməli əhəmiyyət daşıdığına heç bir 
şübhə 
yeri 
qalmayacaqdır. 
Və, 
valyuta 
məzənnəsinin 
müəyyənləşdirilməsinə  həsr  edilmiş  nəzəri  baxışların  çoxluğu 
da—mtrlız  həmin  problemin  mahiyyətcə  mürəkkəb  və  çoxşaxəli 
xassəyə  malikliyindən  irəli  gəlmişdir.  Bu  konsepsiyaları 
tarixi-xronoloji 
ardıcıllıqla  aşağıdakı  kimi  qruplaşdırmaq 
mümkündür: 
1)
 
1970-ci 
illərə 
qədər 
fəaliyyətdə 
olan 
ən’ənəvi 
konsepsiyalar:  Alıcılıq  qabiliyyətinin  pariteti  nəzəriyyəsi  və 
Keynsçi  konsepsiya  («xalis  axın»  tipli  konsepsiya  və  kapitalın 
miqrasiyasının prizmasından formalaşdırılan konsepsiya); 
2)
 
1970-1980-ci  illərdə  mövcud  olan  konsepsiyalar:  Faiz 
stavkalarının  pariteti  nəzəriyyəsi;  monetar  nəzəriyyə;  portfel 
balansı nəzəriyyəsi; 
3)
 
Müasir  konsepsiyalar:  rasional  möhtəkir  nəzəriyyə; 
Heterogen gözləmələr nəzəriyyəsi; Maraqlı cəhət burasındadır ki, 
hər bir ayrıca götürülmüş konsepsiya hər hansı bir konkret iqtisadi 
situasiyanı  əks  etdirir.  Yə’ni,  onların  universal  resept  kimi 
istifadəsi qeyri-mümkündür, həm də vahid məxrəcə gətirilə bilmə 
ehtimalı  sıfıra  yaxındn.  Bu  mənada  R.Dombuşun^^  rə'yi  ilə  tam 
razılaşmaq 
mümkündür 
ki, 
həqiqətən 
də 
sadalanan 
konsepsiyaların 
hər 
biri 
valyuta 
məzənnəsinin 
müəyyənləşdirilməsində  hissəvi  mahiyyət  daşıyırlar.  Eyni 
zamanda,  ayrıca  götürülmüş  tarixi  dönəm  üçün  prinsipial 
əhəmiyyət də kəsb edə bilərlər. 
Həmçinin, maraqlı olan cəhətlərdən biri də ondan ibarətdir 
ki,  keçid  iqtisadiyyatı  şəraitinə  uyğun  gələn  müvafiq  konseptual 
yanaşmanın yoxluğuna baxmayaraq, əksər MDB ölkələri məzənnə 
siyasətinin  nəzəri  bazası  kimi  alıcılıq  qabiliyyətinin  pariteti 
nəzəriyyəsinin ən’ənəvi variantım götürmüşlər. Və, bunun üçün də 
çox sadə bir düsturdan istifadə edirlər: 
Heather H.D. Gibson International Finance, Exchange Rates and Financial 
Flows in the international Financial System. Edinburgh: Longman 
Group Limited, 1996, p.54. 
Ill 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə