Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


labüdlüyü “bir məhsul—>bir ölkə” sindromundan yaxa qurtarmaq



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   30   31   32   33   34   35   36   37   ...   130

labüdlüyü “bir məhsul—>bir ölkə” sindromundan yaxa qurtarmaq 
istəyinə  söykənir.  Xarici  ticarətin  liberallaşdıniması  dövlət 
müdaxiləsinin  ləğvinə  deyil,  onun  məzmunca  müasirləşməsinə 
gətirib  çıxarmalıdır.  Təəssüflər  olsun  ki,  hal-  hazırda  əks-proses 
müşahidə  edilməkdədir.  Xarici  bazarlarda  fəaliyyətin  ağırlıq 
mərkəzinin  mikrosəviyyə  subeektiərinin  üzərinə  keçirilməsində 
tədricilik  prinsipinə  sözsüz  əməl  edilməli  və  ixracın  prioritet 
istiqamətləri  üzərində  sırf  iqtisadi  üsullara  əsaslanan  dövlət 
nəzarəti gücləndirilməlidir. 
-İxrac  siyasəti  ilə  investisiya  axınlarının,  eləcə  də,  yeni 
texnologiyaların ölkəyə cəlb edilməsi arasında inteqrativ bağlılığa 
nail  olunması  və  xarici  ticarət  şəraitinin  optimal-  laşdırılması 
probleminin  həlli  zəruriliyi  nəzərə  alınmaqla  mövcud  satış 
bazarlarının  kompleks tədqiqinin  mütəmadi  olaraq  aparılması  və 
alman  nəticələrə  əsaslanmaqla  məqsədli  bazarların  ya  da,  heç 
olmasa, məqsədli seqmentlərin seçilməsi
-Struktur  islahatların  aparılması  və  bu  əsasda  ixrac 
siyasətinin  optimallaşdırılması  istiqamətində  dövlət  proqramının 
işlənib hazırlanması; 
Göründüyü  kimi,  xarici  ticarətdə  biliteral  asılılıq 
sindromunun  aradan  qaldırılması  nöqteyi-nəzərindən  ixrac 
siyasətinin  təkmilləşdirilməsi  son  dərəcə  geniş  əhatə  dairəsi  olan 
amillər  kompleksinin  eyni  zaman  intervalında  nəzərə  alınmasını 
tələb  edir.  Fikrirnizcə,  yuxanda  qeyd  etdiyimiz  istiqamətlərdə 
aparılacaq  dəyişikliklər  mövcud  qeyri-  müəyyənliyin  əhatə 
dairəsini əhəmiyyətli dərəcədə daraltmağa imkan verəcəkdir. 
Qarşılıqlı  ticarətin  faktorlu  təhlilində,  keçid  dövıüniin 
spesifikasını  nəzərə  almaqla,  formalaşmış  situasiyanın  a  pastreori 
olaraq qiymətləndirilməsinə nail olmanı,  zənnimizcə, məhz həmin 
aspektdən  tədqiqat  prosesinə  keyfiyyətcə  yeni  konseptual 
yanaşmanı ortalığa çıxarmağa imkan verə bilərdi. 
Empirik  tədqiqatın  nəticələri  əsasında  ümumiləşdirilmiş 
müsbət  meyl  və  təmayüllərin  mövcudluğu  hələ  öz-özlüyündə 
hansısa  bir  qanunauyğunluğun  meydana  çıxmasına  dəlalət  etmir. 
Məsələnin  məhz  nəzəri-metodoloji  müstəviyə  keçirilməsi  də  keçid 
iqtisadiyyatı şəraitində empirizmin 
98 


«imkanlannm»  məhdudluğu  ilə  əlaqədardır.  Sistemsizlik  fonu 
yaradan  keçid  prosesi  iqtisadiyyatda  sahəvi  və  struktur  qarşılıqlı 
asılılığı keyfiyyətcə o qədər aşağı salır ki, hətta qeyd edilən reallığın 
ortalığa  çıxardığı  konkret  nəticələrinin  elmi  fakt  statusunda 
qəbulunu mümkünsüzləşdirir. Söhbət, həm nəzəri dərketmə, həm 
də  ticari  proseslərin  gedişində  qeyri-  müəyyənliyin  ön  plana 
çıxması, səbatsızlıq, dayanıqsızlığın qərarlaşması, zaman etibarı ilə 
funksional  əlaqəliliyin  əhəmiyyətsizləşməsi  və  yekun  olaraq 
kəmiyyətcə 
qiymətləndirmənin 
mənasızlaşmasmdan 
gedir. 
Ən’ənəvi  metodika  baxımından  uyğunsuzluğun  açıq-aşkar 
müşahidə edildiyinə baxmayaraq, sözügedən problem çərçivəsində 
aparılan  əksər  elmi-tədqiqatlarda  statistik  təsvirçilikdən  yaxa 
qurtarmağa, stereotiplərdən uzaqlaşmağa heç bir cəhd göstərilmir. 
Sözsüz ki, qeyd edilən stereotipə söykənməklə ölkənin MDB 
çərçivəsində  qarşılıqlı  ticarətinin  faktorlu  təhlil  əsasında 
ekonometrik  modelini  formalaşdırmaq  mümkündür.  Lakin,  real 
situasiyanın daxili məntiqi belə bir modelin heç bir elmi əhəmiyyət 
daşımadığını  dəfələrlə  sübuta  yetiribdir.  MDB  regional 
qruplaşmasında  subyektiv-siyasi  xarakterli  amillərin  primatlığı 
problemə  baxışda  sırf  iqtisadi  aspektin  qabardılmasmı, 
«birölçülülüyü» bəri başdan sərf-nəzər edir. 
Fikrimizcə,  ölkədaxili  iqtisadi  münasibətlər  sisteminin 
ekonometrik  modelləşdirilməsi  bir  sıra  istiqamətlərdə  müəyyən 
effekt verə bilər. Lakin, təkcə xarici ticarət əməliyyatlarının yaxud 
xarici  ticarət  şəraitinin  modelləşdiril-  məsinə  cəhd  edilirsə,  onda 
bütövlükdə  regional  və  qlobal  səviyyələrdə  əksər  mal  və  xidmət 
bazarları  da  eyni  mövqedən  tədqiq  olunmalıdırlar.  Deməli, 
araşdırdığımız 
problemə 
yanaşmada 
ekonometrik 
modelləşdirmənin yararsızlığı həm də onunla şərtlənir ki, bu halda 
ən  yaxşı  nəticə  birtərəfli  qiymətləndirmənin  zaman  asılılığı  ilə 
bağlanacaqdır.  Belə  ki,  xarici  ticarət,  bir  tərəfdən  ölkənin 
ümummilli  iqtisadi  inkişafının  mühüm  tərkib  ünsürüdürsə,  digər 
tərəfdən regional—>qlobal ümumiliyi yaradan proseslərin önündə 
gələndir. Ona görə də, xarici ticarətin həm də sözügedən 
99 


səviyyələrin kontekstindən qiymətləndirilməsi qaçılmaz zərurətdir. 
Məhz  bu  baxımdan  qarşılıqlı  ticarətin  perspektiv  inkişafı 
nəzəri-metodoloji aspektdə iqtisadi regional izm-^multi- literalizm 
cütlüyünə yanaşmada seçmə labüdlüyünü ortalığa çıxarır. 
Beynəlxalq  ticarət  siyasətinin  müasir  praktikası  bir 
tərəfdən, 
getdikcə 
dərinləşən 
qloballaşma 
prosesinin 
formalaşdırdığı  keyfiyyətcə  yeni  situasiyanın,  digər  tərəfdən 
iqtisadi regionalizmin fasiləsiz təsir dairəsində olmaqla məzmunca 
fərqli nüansların meydana çıxması ilə səciyyələnir. Mə’luradur ki, 
beynəlxalq  iqtisadi  münasibətlərin  qlobal  sistem  formasında 
qərarlaşması,  eyni  zamanda,  onun  regional  bölgüdə  daha  fəal  və 
sür’ətli inkişafı ilə üzvi vəhdət təşkil edir. Problemin qoyuluşunda 
maraq  doğuran  cəhət  bir-birinə  zidd  olan  istiqamətlərin 
uyğunlaşdırılınası  məsələsidir.  Bu  aspekt  daha  çox  iqtisadi 
regionalizm  və  onun  doğurduğu  «qapalılıq»  sindromu  ilə 
əlaqədardır.  Söhbət,  hər  şeydən  əvvəl,  proteksionizmin  regional 
örtükdə  dirçəldilməsindən  gedir.  Məsələn,  Avropa  İttifaqı 
Lomeyko  konvcnsiyalan  əsasında  Asiya,  Afrika  və  Latın 
Amerikasının,  eləcə  də  Karib  hövzəsi  ölkələrini  (cəmi:  76  ölkə) 
assosiativ  üzv  kimi  inteqrasiya  blokuna  daxil  etmişdir.  Təkcə  bu 
fakt  o  deməkdir  ki,  həmin  ölkələrə  gfızəştli  vergiqoyma  rejimi 
tətbiq  etməklə,  Avropa  İttifaqı  selektiv  proteksionizmdən 
yararlanmışdır. 
Qərb  iqtisadi  fikrində  bu  problemlə  bağlı  üstünlük  təşkil 
edən mövqe multiliteralizmin inkişafı və «qapalılığın» bütünlüklə 
aradan  qaldırılmasına  söykənir.  Problemə  yanaşmada  müasir 
gerçəkliyin  daxili  məntiqindən  çıxış  edən  tədqiqatçılar 
multiliteralizmin  regionalizmə  nisbətən  əlverişli  olduğunu  dünya 
iqtisadiyyatının  parçalana  bilməsi  təhlükəsi  ilə  əlaqələndirir  və 
müasir  dövrün  spesifik  xüsusiyyətləri  baxımından  yalnız  «açıq» 
regionalizmin məqsədəmüvafıqliyi fikrini irəli .sürürlər. 
Empirik  araşdırmalar  artıq  çoxdan  sübuta  yetirmişlər  ki, 
qapalı  xarakter  daşıyan iqtisadi  qruplaşmaların formalaşmasının 
sür'oti artdıqca, xarici ticarət siyasəti sfe 
100 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə