Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Apardığımız sistemli araşdırmalar qarşılıqlı ticarətdə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   26   27   28   29   30   31   32   33   ...   130

Apardığımız sistemli araşdırmalar qarşılıqlı ticarətdə 
aşağıdakı meyllərin formalaşdığını 
'vermişdir: 
1)
 
Xarici ticarətdə coğrafi oriyentasiyanın kəskin dəyişməsi 
və  genişlənməsi; Blokxarici  istiqamətə yönələn  ticarət  axmlanmn 
intensivləşməsi; 
2)
 
Blokdaxili  qarşılıqlı  ticarətin  dövriyyə  sürətinin  ifrat 
ləngiməsi, həcmcə kəskin azalma; 
3)
 
Şərqi Avropanın postsosialist ölkələri ilə ticari əlaqələrin 
ifrat dərəcədə aşağı düşməsi; 
4)
 
İxracm  mal  strukturunun  daha  da  pisləşməsi  və 
monostruktürläşmä prosesinin intensivləşməsi
’5)İdxalın  mal  strukturunda  əvvəlki  disproporsiyanın 
(istehlak  sfeirasmıh  prioritetliyi)  daha  da  dərinləşməsi 
(Azərbaycan Respublikası istisna olmaqla). 
Region səviyyəli liberallaşma nəticə etiban ilə xarici ticarət 
sferasından  dövlətin  özünü  təcridinə  gətirib  çıxarmaqla  bir  sıra 
problemlərin  daha  da  kəskinləşməsinə  və  əksər  postsovet 
respublikalannda  xarici  ticarət  şəraitinin  pisləşməsinə  səbəb 
olmuşdur.  Bu  baxımdan  əsas  problemlərdən  biri  kimi  ixracın 
xammal  istiqamətli  monostrukturlaşması  və  sonuc  olaraq 
regional—»qlobal  müstəvidə  xammal-yanacaq  bazar-  lannm 
kəskin  və  qəflətən  dəyişən  konyunkturundan  birbaşa  asılılığa 
düşməni  göstərmək  olar.  Eyni  zamanda,  tələbin  aşağı  səviyyəli 
elastikliyi  şəraitində  ixracın  fiziki  həcminin  artımına  edilən 
cəhdlər qiymətin aşağı düşməsinə və ticarət şəraitinin pisləşməsinə 
səbəb olmuşdur. Bunu mahiyyətcə, tənəzzülə aparan ixrac effekti 
kimi də səciyyələndirmək mümkündür. 
Beləliklə,  keçmiş  müttəfiqlərin  xarici  ticarət  siyasətinin 
tətbiqi aşağıdakı nəticələri empirik fakt kimi ortalığa çıxarmışdır: 
1)
 
 Xarici 
ticarətin 
liberallaşmasının 
neoklassik  gözləmələri  özünü  doğrultmadı.  Neoklassizmin 
«və’dləri» real gerçəklik tərəfindən rədd edildi. 
2)
 
Xarici  ticarətlə  ümumiqtisadi  inkişaf  strategiyası 
arasında üzvü bağlılığa nail olunmamışdır. «Açıq» iqtisadiyyat 
85 


kursu götürmüş ölkələr üçün bu hal fəlakətli nəticələr verə bilər. 
3)
 
Keçid dövrünün spesifikasını nəzərə almadan xarici 
ticarətin  konseptual  əsası  kimi  müqayisəli  üstünlüklərin  «xalis» 
şəkildə götürülməsi bəsitləşmə, qarşılıqlı ticarətdə «ideal» modelin 
qurulmasına  edilən  cəhdlərdən  alayı  elə  bir  real  nəticə  ilə 
sonuclanmadı. 
Eyni  zamanda,  xarici  ticarətin  liberallaşdıniması  fonunda 
ölkə  iqtisadiyyatının  «açıq»hq  dərəcəsi  haqqında  ən’ənəvi 
metodikaya  əsaslanmaqla  müəyyən  fikir  yürütməyi  də  düzgün 
hesab  etmək,  zənnimizcə,  yanlışlıq  olardı.  Belə  ki,  idxal  və  ixrac 
kvotası əsasında xarici bazarlardan asılılığı və ölkə iqtisadiyyatının 
«açıq»lıq 
dərəcəsini 
keçid 
dövrü 
şəraitində 
birmənalı 
qiymətləndirmək mümkün deyildir (cədvəl 3.1.). 
Cədvəl 3.1. 
MDB ölkələrinin idxal və ixrac kvotaları 
Ölkələr 
İdxal 
kvotası 
İxrac kvotası 
1 .Rusiya 
15 
20 
2.Özbəkistan 
19 
18 
3.Qazaxıstan 
20 
30 
4.Azərbaycan 
24 
21 
5.Gürcüstan 
31 

ö.Belarus 
39 
33 
T.Qırğızstan 
44 
35 
S.Ukrayna 
61 
37 
9.Ermənistan 
64 
17 
lO.Tacikistan 
40,1 
39,4 
11 .Türkmənistan 
6,2 
12,5 
12.Moldova 
65,0 
48,5 
Mənbə: И.И.Устинов. Мировая торговля. Статистическо- 
аналитический справочник. М: «Экономика». 2000, стр. 264-265. 
86 


Bəri başdan, onu qeyd etmək zəruridir ki, ixrac kvotasının 
yüksək  faizləri  ölkə  iqtisadiyyatının  açıqlığına  dəlalət  etmir. 
Məsələn,  Azərbaycan  Respublikasının  ixrac  kvotası  1992-ci  ildə 
113%,  idxal  kvotası  isə  72%  olmuşdur.  1998-ci  ildə  isə  həmin 
rəqəmlər müvafiq olaraq 21% və 24%- ə qədər aşağı düşmüşdür. 
Yəni,  belə  çıxır  ki,  guya  ölkənin  xarici  ticarətinin 
liberallaşdırılması özünütəcridə doğru aparır. Əslində, problemin 
mahiyyətində  duran  başlıca-məqam  keçid  dövrünün  sistemsizlik 
xüsusiyyətindən doğan tənzimlənmə fenomeni ilə şərtlənir. Lakin, 
tam  aydın  olan  məsələyə  yanaşmada  hələ  də  stereotip  baxışlar, 
stereotip açıqlamalar davam etməkdədir. 
Ümumqəbul  edilmiş  praktikada  iqtisadiyyatın  açıqlığı-iki 
aspektdə nəzərdən keçirilir: 
""^OFurikslqnaJ a^^ 
halda milli təkrar istehsal 
prosesinin  xarici  iqtisadi  əlaqələrdən  asılılıq  dərəcəsi  əsas 
götürülür.  Yə’ni,  söhbət,  ÜDM-un  xarici  ticarət  vasitəsilə 
istehsalın,  bölgünün  və  istehlakın  normal  gedişinin  təminatına 
yönəldilən  hissəsinin  həcminin  müəyyənləşdirilməsindən  gedir. 
Funksional  açıqlıq  bir  qayda  olaraq  ixrac  və  idxal  kvotaları  ilə 
ölçülür. 
2^İnstitutsional aspekt. İqtisadiyyatın institutsional açıqlığı 
ölkənin ticarət və valyuta rejimlərinin liberallaş- dınlması səviyyəsi 
ilə  müəyyənləşdirir,  institutsional  açıqlığının  səviyyəsinin  dəqiq 
qiymətləndirilməsi  ticarət  subsidiyaları,  dolayısı  ilə  vergilər, 
valyuta,  lisenziya  məhdudiyyətləri  və  s.  çoxlu  sayda  amilləri 
araşdırmaqla mümkündür. 
Qeyd  etmək  lazımdır  ki,  əksər  MDB  ölkələri  (kiçik 
istisnalarla) çox qısa biFzrmäri M 
iqtişadiyyatın həm 
institutsional,  həm  də  funksional  açıqlığını  təmin  eda  bilmişlər. 
Sözsüz  ki,  institutsional  açıqlığı  biz  sözün  tam  mənası  ilə  xarici 
ticarətə aid edirik. Beİə ki, MDB ölkələrinin böyük əksəriyyətində 
(Rusiya  istisna  olmaqla)  valyuta  rejiminin  liberallaşdırılmasında 
ifrat  ehtiyatlılıq  və  ardıcıllığa  əməl  edirlər  ki,  bu  baxımdan  da 
institutsional  açıqlığın  tam  şəkildə  mövcudluğunu  iddia  etmək 
mümkünsüzdür. 
87 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə