|
Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professoretməsi bir tərəfdən, inteqrasiya blokunun uzunömürlülüyünü
etməsi bir tərəfdən, inteqrasiya blokunun uzunömürlülüyünü
şübhə altında qoyursa, digər tərəfdən kiçik tutumlu bazara malik
ölkələrin, o cümlədən Azərbaycanın biliteral asılılıq “tələsinə”
düşməyi nöqteyi-nəzərindən əlverişli situasiya yaradır.
Əlbəttə, beş ölkənin daxil olduğu gömrük ittifaqından
kənarda qalmaq yuxanda göstərdiyimiz anlamda region
bağlılığının formalaşması prosesini xeyli ləngidir, lakin təhlükəni
bütünlüklə aradan qaldırmır. Eyni zamanda, MDB daxili qarşılıqlı
iqtisadi münasibətlərin sistemli təhlili və əldə olunan yekunlara
əsaslanmaqla birmənalı şəkildə belə bir nəticəyə gəlmək
mümkündür ki, gömrük ittifaqı üzv- ölkələrin sosial-iqtisadi
inkişafına heç bir təsir göstərməyəcəkdir. Belə ki, əvvəla,
inteqrasiya blokunda regional istehsal münasibətlərinin qarşılıqlı
faydalılıq bazasında formalaşdırılması baxımından həlledici rol
oynaya biləcək lider-ölkə yoxdur. Başqa sözlə, istehsal problemi ilə
üzləşən, dünya standartlan səviyyəsində məhsul buraxa bilməyən,
dünya bazannda rəqabətqabiliyyətliliyi ifrat dərəcədə aşağı olan
ölkələrin gömrük ittifaqı çərçivəsində inteqrasiyası heç bir səmərə
verə bilməz. Həqiqətən də, istehsal fəaliyyətinin yenidən bölgüsü
imkanlannm məhdudluğu (hətta yoxluğu) üzündən inkişaf etməkdə
olan ölkələrin gömrük birlikləri çərçivəsində region- daxili
ticarətin genişləndirilməsi perspektivi demək olar ki, yoxdur^®.
MDB daxili gömrük ittifaqı həm istehsal, həm də istehlak effekti
baxımından tam yararsızdır. Düzdür, bə’zi tədqiqatçılar belə bir
fikir irəli sürürlər ki, “...sənaye mallan üzrə idxalatı əvəzedəcək
istehsal sahələrinin yaradılması hətta ticarət axınının blokdaxili
istiqamətə yönəldiyi təqdirdə də istehlak səmərəsi verə bilər”^'.
MDB gerçəkliyi bu qənaətin heç bir real məzmun daşımadığını
göstərir. Əvvəla, bunun üçün birlik ölkələri tərəfindən optimal
xarici tarif tətbiq edilməlidir ki, bu da müasir situasiya
çərçivəsində qeyri-
^ F.Pasos Regional Integration of Trade among less Developed Countries.
Lx)ndon-Basingtoke 1973; p. 148-149.
Cooper C.A., Massell B.F. Journal of Political Economy. 1965, vol. 73. N-5,
p.461-476.
95
mümkündür. İkincisi, yuxarıda da qeyd etdiyimiz kimi, istehsal
probleminin optimal həllinə təkan verə biləcək lider-ölkə yoxdur və
bu hal öz-özlüyündə gömrük ittifaqının istehsal effektini bəri
başdan mümkünsüz edir.
Araşdırmalarımız göstərir ki, MDB məkanında regional
ümumbazarm fomıalaşması ilə əlaqədar olaraq qiymətlərin nisbi
dəyişməsinə ümid etmək sadəlövlük olardı. Bu halın reallıq
dərəcəsinin cüz’iliyi ona dəlalət edir ki, gömrük ittifaqı ölkədaxili
istehlakm struktur dəyişikliyinə, istehlak effektinə gətirib
çıxarmayacaqdır.
Problemə ümumnəzəri baxış belə bir həqiqəti aşkarlamağa
imkan verir ki, rəqabətqabiliyyətli iqtisadi strukturlara malik
olmayan ölkələrin gömrük ittifaqı yaratması mə’nasızlıqdan başqa
bir şey deyildir. Həqiqətən də, həm milli, həm də regional səviyyədə
iqtisadi dinamikanın sabitqədəmliliyi elə həmin səviyyələrdə də
tədavül
sferasının
fəaliyyət
mexanizmindən
funksional
asılılıqdadır. Yə’ni, regional iqtisadi münasibətlər sistemində
tədavül mexanizminin hər cür məhdudiyyətlərdən azad edilməsi
müasir neoliberalizmin mahiyyətinə uyğundur, lakin inkişafın
yalnız və yalnız bazarın spesifikası ilə bağlanması “yerində
saymaq” effektindən başqa bir şey verməyəcəkdir. Məhz buna görə
də, yalnız tədavül sferasında inteqrasiya proseslərinin sün’i surətdə
genişləndirilməsi və tez-tələsik bu istiqamətdə hüquqi bazanın
foımalaşdınlmasma edilən cəhdlər biliteral asılılığın ümummilli
mənafelərə birbaşa tə’sirini daha da gücləndirə bilər. İqtisadi
fəaliyyətin tənzimlənməsi mexanizmində gözlə görünən fərqlər,
strukturca uyğunsuzluq, sistemli islahatların aparılması tezliyi
baxımından əhəmiyyətli fərqlərin mövcudluğu MDB daxili gömrük
ittifaqının “ölü doğulmuş” ideya keyfiyyətində qəbul edilməsini
şərtləndirir. Qərbi Avropa ölkələrində gedən inteqrasiya
proseslərinin tarixi təcrübəsi göstərir ki, regional bütövlük nəticə
e’tiban ilə milli maraqların tam və dolğun şəkildə ödənilməsini
tə’min edə biləcək əsas vasitələrdən biridir. Lakin, bu təcrübə,
həmçinin sübut edir ki, inteqrasiya geniş təkrar istehsal prosesini
bütövlükdə əhatə etməlidir. Əks-təqdirdə, regional bütövlük
96
birqütblü səciyyə daşıyacaq və üzv-ölkələrin iqtisadi potensialından
səmərəli istifadə etmək imkanlarını aradan qaldıracaqdır.
Araşdırdığımız problemin prizmasından yanaşdıqda, bu o
deməkdir ki, biliteral asılılıq öz-özlüyündə mənfİ nəticələr doğuran
fenomen deyildir. Sosial-iqtisadi inkişafa tə’sirin sözügedən asılılıq
vəziyyətində mümkünlüyü inkaredilməzdir. Bu asılılıq yalnız o
halda əks-effekt doğurur ki, regional bütövləşmə kompleks
xarakter daşımır və bütünlükdə məcmu iqtisadi proseslər böyük
iqtisadi potensiala malik olan ölkənin əlində cəmləşir. MDB-yə
münasibətdə məhz bu aspektin qabardılması real gerçəkliyin
mahiyyət çatarlarından irəli gəlir.
Bütün bunlar araşdırdığımız problemin yalnız iqtisadi
aspektlərini özündə ehtiva edir. Əgər regional səviyyədə biliteral
asılılığın məzmununa siyasi prosesləri də daxil etsək, onda
sözügedən hadisənin ölkəmiz üçün nə qədər mühüm əhəmiyyət kəsb
etdiyini görə bilərik. Elə MDB-nin kiçik mikrobloklara bölünməsi
də məhz siyasi aspektlərin reallıqla uzlaşmayan və nümayişkaranə
şəkildə qabardılmasıdır.
Sistemli tədqiqatın nəticələrinə əsaslanmaqla problemin həll
edilməsi istiqamətləri kimi aşağıdakılann ön plana çəkilməsini
məqsədəuyğun hesab edirik;
-Müasir keçid dövrünün spesifikasını və real bazann hələ
formalaşma mərhələsində olduğunu nəzərə alaraq, nəinki keçmiş
müttəfiqlərlə, eləcə də inkişaf səviyyəsindən asılı olmayaraq heç bir
regional qurumla münasibətlərdə biliteral asılılığın formalaşmasına
imkan verilməməlidir. Əslində problemə bu tərzdə yanaşmanın
mahiyyətində kiçik ölkənin özünü qomma “instinkti” dayanır.
Multiliteral əlaqələrin hər vəchlə inkişaf etdirilməsi, xarici
iqtisadi fəaliyyətin coğrafi təmərküzləşməsinə yol verilməməsi
müasir “oyun qaydaları” çərçivəsində əsas vasitələrdən biri, bəlkə
də yeganə çıxış yoludur.
-İxrac siyasəti ilə ümumiqtisadi inkişaf strategiyası arasında
üzvi əlaqələrin formalaşdırılması və bu yönümdə bu gün həyata
keçirilən fəaliyyətdə mahiyyət dəyişikliklərinin aparılması
zəruriliyi; Bu problemin ön plana çəkilməsi
97
Dostları ilə paylaş: |
|
|