|
Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professorBununla bahəm, qeyd etməyi zəruri sayırıq ki, əslində
Bununla bahəm, qeyd etməyi zəruri sayırıq ki, əslində
problemin məhz yuxarıda təsvir edilmiş formada qoyuluşu
araşdırılan məsələ ilə bağlı dərketmə diskomfortu yaradan, eləcə də
ifrat əks qütblərə məxsus baxışların meydana çıxmasım
şərtləndirən başlıca səbəbdir. Başqa sözlə, xarici ticarətin
liberallaşdın iması probleminin problem key fiyyətdə düzgün
"qoyuluşuna nail olmaq zəruridir. Yəni, sözügedən 'mə’nada ən azı
iki istiqamətli və qismən fərqli məzmunlu liberallaşdırmähT
fərqləndirmək olar:
'l)Spohtan "Tiberallaşdırma; Ortodoksal liberalizmin ictimai
praktikada tətbiqi;
2)
Tənzimlənən liberallaşdırma; Proqram təminatı
bazasında xarici ticarətin tədricən sərbəstləşdirilməsi; İfrat
fərdiyyətçiliyin (ortodoksal liberalizmin əsas çıxış nöqtəsi) sosial
örtüyə bürünməsi, onun sosium—>fərd ayrılmazlığı prizmasından
sosial yönümlülüyünün qabardılması;
Təəssüflə qeyd etmək lazımdır ki, hələ 1992-ci ildən keçid
prosesinə yanaşmada şok terapiyası, xarici ticarətdə isə spontan
liberallaşdırma istiqamətləri üstünlük təşkil etməyə başlamışdır.
Elə buradaca qeyd edək ki, «spontan» və «kortəbii» terminləri
arasında mahiyyət eyniliyi yoxdur. Belə ki, spontan-prosesin
kortəbii gedişini yox, sistemdaxili yeniləşmənin kənar müdaxiləsiz
baş tutacağına olan inamı, «kortəbii» isə mahiyyətcə xaotikliyi,
idarəedilməzliyi özündə ehtiva edir. Hər halda Azərbaycanın xarici
ticarət sferasında tətbiq edilən «spontan» liberallaşdırma
araşdırılan istiqamətdə fəaliyyət intensivliyinin yüksəldilməsinə
səbəb olmaqla yanaşı bir sıra ümumiqtisadi məzmun daşıyan
problemlərin də meydana çıxmasına səbəb olmuşdur. Ümummilli
iqtisadi inkişaf prizmasından mühüm əhəmiyyət kəsb edən
cəhətlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:
1)
İstehlak
bazarında
konyunktur
nisbətlərin
formalaşmasında xarici amillərin üstün mövqeyə keçməsi;
2)
Xarici rəqabətin güclü pressinqi altında milli istehsalın
dirçəldilməsi probleminin kəskinləşməsi;
88
3)
«Ucuz» bazar—>«baha» istehsal antinomiyasının
meydana çıxması;
4)
İlkin kapital yığımı prosesinin İcriminallaşması;
5)
Milli iqtisadi tofəkkürün formalaşmasında mənfi işarəli
rol oynaması;
6)
Ölkənin valyuta bazarında möhtəkir xarakterli
əməliyyatların xüsusi çəkisinin yüksəlməsi;
7)
Maliyyə və pul-kredit siyasətinin sərt mahiyyətində hər
hansı bir «yumşalmanın» mümkünsüzlüyünü əsaslandıran mənfi
effektin meydana çıxması və s.
Bu qəbildən olanların sayını bir qədər də artırmaq
mümkündür. Amma elə sadəcə olaraq sözügedən istiqamətlərin
ümummilli iqtisadi inkişafda oynadığı rola nəzər salmaq kifayətdir
ki, «spontan» liberallaşdırmanın doğurduğu fəsadların miqyasını
bütün aydınlığı ilə təsəvvür edəsən.
Təhlil materialları göstərir ki, sözügedən istiqamətlərdə
qərarlaşmış mənfi və müsbət cəhətlər ölkənin qarşılıqlı ticarət
əlaqələrində analoji meyllərin yaranması və inkişafında önəmli yer
tutmaqda davam edirlər.
1992-2000-ci illər ərzində Azərbaycanın xarici ticarət
əlaqələrinin dinamikası və onunla bağlı olan göstəricilər sisteminin
faktorlu təhlili əsasında bir sıra yeni təmayüllərin meydana
çıxdığını müşahidə etmək mümkündür (cədvəl 3.2.):
-Hər şeydən əvvəl, onu qeyd etməyi zəruri sayırıq ki, ölkənin
xarici ticarətinin regional aspektləri baxımından güclü
dəyişikliklər baş vermişdir. Belə ki, ticarət axınlarının istiqaməti
bimıənalı olaraq MDB-xarici məkana yönəlməkdə davam edir.
-İxracın monostruktur aspektdən inkişafı müşahidə
edilməkdədir. Ölkənin ümumixracatında mineral xammalın xüsusi
çəkisi son 5 il ərzində 33,4% yüksələrək 68,9%-ə (1998-ci il) yaxud
mütləq anlamda 231,8 mln. dollardan 417,9 mln. dollara çatmışdır.
2000-ci ildə isə ixracatın monostruktur istiqaməti getdikcə
dərinləşmiş, mineral xammalın ümumixracda xüsusi çəkisi
90%-lik sərhəddi ötüb keçmişdir.
89
-İdxalatın strukturunda müsbət
meyllər aşkara
çıxmaqdadır. 1998-ci ildə ölkənin ümumidxalatında maşın,
mexanizm, avadanlıqlar (35%); qara və əlvan metallar (10,7%);
nəqliyyat vasitələri (8,7%), yüngül
sənaye
məmulatlan (5,9%) birlikdə 60,3%-lik xüsusi çəkiyə malik
olmuşlar. 1994-cü illə müqayisədə investisiya mallarının payı
24,2% yüksəlmiş, ərzaq mallanmn xüsusi çəkisi isə 10,1% aşağı
düşmüşdür. Eyni zamanda, neft sektorunun ümumidxa- latda payı
20,3%-ə çatmışdır ki, bunun da bütövlükdə idxalın struktur
təkmilləşməsində rolu əhəmiyyətli dərəcədə böyükdür.
2000-ci
ildə qeyd edilən təmayüllərdə əhəmiyyətli
dəyişikliklər baş verməmişdir. Bununla belə ümumidxalda istehlak
mallanmn payının azalması davam etmiş, neft sektorunun xüsusi
çəkisi isə 30%-lik həddi keçmişdir.
§2. XARİCİ TİCARƏTDƏ BİLİTERAL
ASILILIQ PROBLEMİ
İxracın monostrukturu və onun diversifikasiyasının qısa
zaman kəsiyində praktiki cəhətdən mümkünsüzlüyü qeyd edilən
aspektlərin ümumi qoyuluşu çərçivəsində ən azı iki istiqamətli
asılılıq meydana çıxara bilər:
1)
Bir məhsuldan asılılıq;
2)
Bir ölkədən (inteqrasiya blokundan) asılılıq.
Hər iki halda problemin ağırlıq mərkəzi ixracın
monostrukturu və onun diversifikasiyasının qısa zaman kəsiyində
praktiki cəhətdən mümkünsüzlüyünöı üzərinə düşür.
Bir məhsuldan asılılıq beynəlxalq ticarətdə daha geniş
yayılmış bir hadisədir (Cədvəl 3.3.).
91
Dostları ilə paylaş: |
|
|