Uzunmüddətli investisiya qoyuluşlannın problematikliyində bu
problem əlahiddə rol oynayır. Elmi abstraksiya nöqteyi-
nəzərindən yanaşsaq, onda aydın olar ki, müasir qloballaşma
şəraitində bir qayda olaraq, «silkələnməyə» meyl edən sabitliyin
istinad dayaqlarından biri, bəlkə də birincisi (digər şərtlərin
dəyişmədiyi şəraitdə) ətalətlilikdir ki, bu da əsasən super iri
bazarlara xas olan keyfiyyətdir. Digər tərəfdən, o da həqiqətdir ki,
xarici investisiyalara münasibətdə MDB ölkələri rəqib kimi çıxış
edirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün sadəcə olaraq,
problemlə bağlı məsələlərdə, ələlxüsus vergi, tarif və güzəştlərin
tətbiqində razılaşdırılmış siyasət yeritmək kifayətdir. Biz başa
düşürük ki, irəli sürdüyümüz tövsiyyə əsasən nəzəri xarakter
daşıyır. MDB gerçəkliyi hələ ki, qeyd edilən istiqamətdə real
nəticələr verə biləcək və əksər üzv- ölkələrin ümummilli
mənafelərinə uyğun olan tədbirlərin həyata keçirilməsinə imkan
vermir.
ö.Xarici ticarət və investisiya siyasəti arasında optimal
uyğunluğun müəyyənləşdirilməsi və bu əsasda da xarici iqtisadi
strategiyanın təkmilləşdirilməsi məqsədəmüvafıq olardı.
7.Xaricdən gələn və daxili özəlləşdirmə prosesində meydana
çıxması tamamilə real məzmun kəsb edən inhisarçı təmayüllərin
qarşısını almaq məqsədilə ölkənin müasir inkişaf mərhələsinin
xüsusiyyətlərinə
uyğun
sürətdə
sənaye
siyasətinin
formalaşdırılması və onun effektiv rəqabət mühiti—^konyunktura
siyasəti tandemilə qarşılıqlı
əlaqələndirilməsi zənıridir. Bu tövsiyyənin konseptual əsasını
iqtisadi inkişaf nəzəriyyələri arasında əlahiddə mövqe tutan
strukturalizmin problemə yanaşma tərzi təşkil edir. Başqa sözlə,
iqtisadi inkişaf istehsal formalanndan əldə edilmiş uğurlardan və
ölkənin sosial-iqtisadi modernləşdirilməsində mühüm rol oynayan
iqtisadi davranış qaydalarından birbaşa asılılıqdadır.
158
IV
FƏSİL. MİLLİ BAZAR VƏ İNHİSARÇI
YARANIŞ
Elmi fikrin iqtisadi təfəkkürə biganə münasibəti hər şeydən
əvvəl, «bir ölçülü» determinizmin «parlaq» qələbəsini şərtləndirən
başlıca səbəb kimi səciyyələnə bilər. Primitiv hesabçılığın təntənəsi
mahiyyət və məzmunca «bir ölçülü»lülüyün, konkret rəqəmlərlə
ifadə olunan kəmiyyətçiliyin, düşüncə sistemsizliyinin, dərketmə
diskomfortunun doğurduğu nəticədən başqa bir şey deyildir.
Xaraktercə birtərəfli səciyyə daşıyanların törəməsi də «birtərəfli»
olacaqdır tezisinin əməli əhəmiyyət daşıdığının təsdiqini müasir
dövrün sosial-iqtisadi mənzərəsi birmənalı şəkildə təsbit edir. Elə
iqtisad elminin paradiqma problemi də sistemsizliyin, ictimai
həyatı bütövlükdə görə bilməməyin yaxud bu istəkdə olmaq
istəməməyin meydana çıxardığı problemdir. Bu mənada məqsəd
aydınlığının olmaması da az əhəmiyyətli rol oynamır.
Məhdud
resurslar—partan
tələbat tandeminə
söykənməklə iqtisad elminin «çox ölçülü» məntiqi təfəkkürlə
bağlılığını «görməməzliyə» vurmaq metodologiyada problemli
situasiyanın yaranmasına rəvac vermək deməkdir. Axı, məhdud
resurslar->artan tələbat tandemi təkcə iqtisadi məzmun daşımır.
Bu problem ictimai həyatın bütün spektrini əhatə edən, yaxud
həmin bütövlükdən doğan, həmin bütövlüklə şərtlənən, yaxud
insan cəmiyyətinin inkişafı və birgə yaşayış qaydaları ilə
funksional bağlılıqda olan bir problemdir. İnsan cəmiyyətinin
insan kimi yaşayan cəmiyyət halına gətirilməsi-müqəddəs
kitabəmiz «Qurani-Kərimdə» ilahi hikmətlə formalaşdınlmış
məqsədin anatomik təhlili hər şeydən əwəl, sözügedən tandemdə
xeyir və şərin düzgün qiymətləndirilməsi zəruriliyini ortalığa
qoyur. Ümumbəşəri inkişafın spesifikası açıq-aydın şəkildə
göstərir ki, «iqtisadi» olanın mütləqliyinə, «birinci» olmasına
əsaslanmaqla sözügedən problemin həlli nöqteyi-nəzərindən ən
çoxu əvvəlki çıxış nöqtəsinə, start vəziyyətinə qayıtmaq olar. «Bir
ölçülü» məntiqi təfəkkür çərçivəsində yuxarıda qeyd etdiyimiz
159
seçimin həyata keçirilməsi imkanları ən yaxşı halda 1/10'"
ehtimalla qiymətləndirilə bilər ki, bunun da statistik qiyməti
sıfıra yaxındır. Bütün bunların araşdırmaq istədiyimiz
problemə-inhisar fenomeninə birbaşa aidiyyəti vardır. Ona görə
ki, əvvəla, inhisar böyük əksəriyyət təşkil edən tədqiqatçılar
tərəfindən birmənalı olaraq «şər» kimi qiymətləndirilir. Və,
ikincisi, bu problemə yanaşmada həm marksist, həm də
neoklassik məktəb «bir ölçülü» məntiqi təfəkkürdən çıxış edirlər.
Elə qəribə olanı da bundan ibarətdir ki, müasir inhisar
nəzəriyyəsi və praktikasında hər iki yanaşmanın ünsürlərindən
nəinki istifadə olunur, hətta, ələlxüsus keçid iqtisadiyyatlı
ölkələrin antiinhisar qanunvericiliyi demək olar ki, bütünlüklə
neoklassik paradiqmaya əsaslanır.
§ LİNHİSAR NƏZƏRİYYƏSİ «MÜXTƏLİFLİKLƏRİN»
MƏCMUSU KİMİ
Apardığımız araşdınnalar inhisar və onu yaradan prosesə
nəzəri baxışların hələ klassiklər tərəfindən hissəvi məzmunda olsa
da, formalaşdınidığını üzə çıxarmağa imkan vermişdir. Hətta,
U.Petti inhisar probleminə münasibət bildirmişdir. O, özünün
«Vergilər və rüsumlar haqqında» Traktatında yazırdı ki, İnhisar
(adından göründüyü kimi) müstəsna satış hüququ deməkdir. Bu
hüquqa malik olan şəxs malı öz istədiyi kimi sata bilər, onu
istədiyi formada qiymətləndirə bilər yaxud istədiyi qiymətə sata
bilər yaxud bütün bunlar ona verilən hüququn sərhədləri
çərçivəsində həyata keçirə bilər.
Onu da qeyd etmək maraqlı olardı ki, inhisarın klassik
müdafiəçiləri içərisində U.Petti əlahiddə yer tutur. O, inhisarın
sərfəli olmasım aşağıdakı arqumentlərlə əsaslandırmağa
çalışmışdır:
l)Yenilikçi yaxud yeni nəinsə kəşf edilməsi. Bu halda qanun
kəşf edənə müəyyən müddətə öz kəşfi üzərində inhisarçı olmaq
səlahiyyəti verir (U.PettLapparat kəşf etmiş (kopiya ilə yazmağa
imkan
verən)
və
buna
görə
də
Lordlar
Palatasmdän^7~iTftrtlddətmə'patehf almışdır).
160
Dostları ilə paylaş: |