ümumiyyətlə, ölkənin sosial-iqtisadi inkişafında neft sektonı
əsas rol oynayır. Belə ki, bu gün ölkə i’ızrə sənaye məhsulu
istehsalının l/2-dən çoxu, vergi daxilolmalarının təxminən yarısı,
ümumixracatın isə 2/3 hissəsi neft sektorunun payına düşür.
Qaçaraq bir məsələyə də münasibət bildirməyi zəruri
sayırıq ki, Azərbaycanın «Holland sindromu» təhlükəsi ilə (bəzi
müəlliflərin iddia etdikləri kimi) üz-üzə qalması mümkünsüzdür.
Ona görə ki, ölkədə yaradılan Neft Fondu və onun vəsaitlərinin
sərfi istiqamətləri belə bir təhlükənin olmadığından xəbər verir.
Təhlil materialları göstərir ki, Azərbaycan Respublikasının
istehsal-texnoloji sferada birgə sahibkarlığın inkişaf etdiyi əsas
sahə neft sektorudur. Hal-hazırda, Azərbaycanın Xəzər
sektorunda olan neft ehtiyatları 3-8 mlrd.ton arasında
qiymətləndirilir. Əgər, nəzərə alsaq ki, dünya üzrə neftin
ehtiyatlanmn proqnoz həcmi 840 mlrd.ton, kəşf edilmiş ehtiyatları
isə 139,7 mlrd.ton təşkil edir, onda yuxarıda əks etdirdiyimiz
rəqəm elə də böyük əhəmiyyətli olmayacaqdır (müvafiq olaraq,
ölkənin dünya neft ehtiyatlarında payı 2,1- 5,7% arasında dəyişir).
Başqa sözlə, dünya neft bazarında mal təklifinin formalaşması
nöqteyi-nəzərindən Azərbaycan çox az paya malikdir. Qeyd etmək
lazımdır ki, bu günə qədər (2000- ci il) ölkəmizdə 1,3 mlrd, tondan
çox neft hasil edilmişdir.
Əhalinin hər nəfəri hesabı ilə istehsalın həcminə görə
Azərbaycan birinci on ölkənin sırasındadır.
Cədvəl 3.10.
Azərbaycanın Xəzər sektorunda neft ehtiyatlarının
Neft
ehtiyatlarının
həcmi
1 barrel/17
dol.
1 barrcl/25 dol.
1 barrel/32 dol.
Proqnoz qiymətləndiiTnə:
I Variant: 8 mlrd,
ton
855,3
mlrd.dol.
1257,8 mlrddol.
1609,6 mlrd.dol.
II Variant: 3mlrd.
ton
319,6
mlrd.dol.
470,0 mlrd.dol.
604,8 mlrd.dol.
Neft
kontraktlan
üzıə
fiıktiki
ehtiyatlaı:
2,290 mlrd ton
244,8
mlrd.dol.
360,0 mlrd.dol.
460,7 mlrd.dol.
145
Xəzərdə railli sektorun neft ehtiyatlarının dəyərcə
qiymətləndirilməsində müxtəlif qiymət səviyyələrindən istifadə
etməyimiz sözügedən bazarın kəskin konyunktur dəyişikliklərinə
mə’ruz qalması ilə şərtlənir. Ümumiyyətlə, dünya neft bazarının
konyunktur proqnozlaşdırılması göstərir ki, qiymət səviyyəsində
orta göstərici bir barrel/25 dollara yaxındır.
Hal-hazırda neft hasilatı sferasında imzalanmış 21 kontrakt
üzrə təqribi hesablamalara görə 2,290 mlrd.ton neft hasil ediləcək,
bu məqsədlə xarici partnyorlar tərəfindən 60 mlrd.dollar
həcmində investisiya qoyuluşu həyata keçiriləcəkdir. (Bax: əlavə
2.6.). 15 xarici ölkəni təmsil edən .33 trans-milli korporasiya və iri
biznes subyektləri ilə bağlanmış kontraktlar «Prodakşn-şcrinq»
(məhsul bölgüsü) tiplidir. Bu prinsip öz mahiyyəti etibarı ilə milli
iqtisadi mənafelər baxımından son dərəcə əlverişlidir. Belə ki, bu
halda Azərbaycan özünün mineral-xammal resurslarının
mülkiyyətçisi kimi çıxış etməklə, layihənin həyata keçirilməsi üzrə
heç bir maliyyə öhdəliyi daşımır. Xarici korporasiya birgə
fəaliyyət nəticəsində hasil olunmuş neftin bir hissəsinin sahibi olur.
Eyni zamanda, xarici investor əksər vergi və rüsumlardan azad
olunur və yalnız mənfəət vergisinə (25%) cəlb edilir.
Kontraktların kommersiya şərtlərinə görə əvvəlcə
investorun məsrəfləri ödənilir, sonra isə hasil edilən neft tərəflər
arasında bölüşdürülür (iştirak payına görə). Elə buradaca qeyd
edək ki, neft kontraktları üzrə Azərbaycan Respublikasının gəliri
təkcə iştirak payına görə müəyyənləşmir. Belə ki, Azərbaycan
Respublikası Dövlət Neft şirkətinin simasında aşağıdakı
mənbələrdən gəlir əldə edir:
1)
Təbii resurslann mülkiyyətçisi kimi;
2)
Xarici investorların mənfəətinin 25%-i ölkənin dövlət
büdcəsinə köçürülür;
3)
Perspektiv strukturların kəşfiyyatı dövründə kontrakt
sahəsinin hər km^-nə 1200 dollar alınır;
4)
Ncftlə birlikdə çıxarılan səmt qazı bütünlüklə
Azərbaycanın sərəncamında qalır;
5)
Dərin qazma platformalarından vo neft kəmərindən
istifadəyə görə haqq alınır;
6)
Xarici partnyorlar neft hasilatında iştirak etməyə görə
bonus ödəyirlər.
Bu günə qədər artıq 700 mln. dol. həcmində bonus və digər
ödənişlər həyata keçirilmişdir. Eləcə də, xarici
146
Dostları ilə paylaş: |