kişafın başlıca səbəbidir və bu hal mütləq aradan qaldınimalıdır.
Qeyd edək ki, neoklassik düşüncə tərzi çərçivəsində qeyd edilənlər
hər cür elmi şübhədən uzaqdır. Lakin, müasir qloballaşma
şəraitində bu tezisin praktiki əhəmiyyət daşıdığını iddia etmək ən azı
çağdaş dövrün meyl və təmayüllərinə meydan oxumaq kimi səslənir.
Belə ki, maliyyə bazarlarının qloballaşması şəraitində bir sıra xarici
tədqiqatçıların^® da qeyd etdikləri kimi, investisiyanın həm sahəvi,
həm də coğrafi diversifikasiyasından əldə edilən effekt məhdud
xarakter daşıyır. İstinad etdiyimiz tədqiqatçılar bu nəticəyə qlobal
səviyyəli situasiyanı araşdırmaqla gəlmişlər. Yə’ni, əsas olaraq
belə bir fikir irəli sürülür ki, qloballaşma törəmə alətlərin xeyrinə
bazarlann inkişafında disproporsiya yaradır. Digər tərəfdən,
riskin bölgüsü prizmasından vahid ümumiləşdirici nəticəyə
gəlmək mümkünsüzdür. Belə ki, investisiyaların coğrafi
diversifikasiyasından əldə edilən üstünlüklər hansısa abstrakt
modellə deyil, hər bir konkret situasiyada sırf praktiki əhəmiyyət
daşıyan amillərlə (bazarın strukturu, ölkənin ərazicə böyüklüyü,
texnologiya və s.) şərtlənir və s.
Bu yanaşmaya biz eyni zamanda, konkret ölkə səviyyəsində
(Azərbaycan) bir sıra amilləri də əlavə etmşyi— məqsədəuyğun
hesab edirik:
1)
Keçid iqtisadiyyatlı ölkənin elm,-texnologiyatutumlu
məhsul ixracatçısına çevrilməsi xarici investorlann maraq
dairəsində deyil. Deməli, real sektorun dinamik inkişafının
təminatında xarici investisiyalara istinad etmək mənasızlıqdır.
2)
Xarici birbaşa investisiyalann axın intensivliyi yalnız iki
halda yüksələ və real sektora yönələ bilər: a)Yüksək gəlir əldə
etməyə imkan verən müasir texnoloji məhsullann istehsalat
sferasının təşkili yaxud inkişafı; Müasir gerçəklik
M.Baxtev, Jermann V., King R. Nontraded Goods, Nontraded Factors
and International Non-Diversification-NBEK Working Paper, 1995, No
5175.
138
çorçivosində keçid iqtisadiyyatlı ölkolər bunun üçün yararsızdır;
b)Qısamüddətli dövr ərzində yüksək gəlir əldə etmək imkanı verə
bilən karbohidrogen ehtiyatlarının hasilatı.
3)
Real bazar münasibətlərinin hələ də fonnalaşma
mərhələsində olması iqtisadi demokratiyanın tam şəkildə təşəkkül
tapmadığına dəlalət edir ki, bu da mənafe qrupları arasında
qarşılıqlı münasibətlərin deformasiyasına gətirib çıxarmaqla
birbaşa investisiyaları real təhlükə qarşısında qoyur.
4)
«Kiçik» tutumlu bazara malik ölkənin ən’ənəviçilik
nöqteyi-nəzərindən real sektorda standartlaşdırılmış məhsul
istehsalının fasiləsiz artımı qeyri-mümkündür. Ona görə ki, əvvəla,
həm milli, həm də regional və qlobal səviyyələrdə məhsula olan
tələbin çeşid-keyfiyyət aspektində dəyişmə tezliyi ifrat dərəcədə
yüksəlmişdir; İkincisi, hətta ən yaxşı halda belə «kiçik» ölkənin
konkret məhsul üzrə (hazır məhsul) regional və qlobal bazarlarda
«söz sahibi» olması imkanı əhəmiyyətli dərəcədə məhduddur.
Lakin, bütün bunlar ölkə (həmçinin, regional bazar) səviyyəsində
məcmu tələbin yüksəldilməsi zəruriliyinin arxa plana keçirilməsi
anlamında qəbul olunmamalıdır. Sadəcə olaraq, ona görə ki, əks-
təqdirdə ümumiyyətlə inkişafdan danışmağa dəyməz.
Son 10 illik iqtisadi inkişaf dinamikasının tədqiqi göstərir ki,
keçid dövrünün spesifik özəllikləri fonunda geniş təkrar istehsal
prosesinin ən azı iki «qırılma» nöqtəsi açıq- aydın müşahidə
olunmaqdadır. Bir tərəfdən, bu enerjidaşıyıcıları sferasının dünya
iqtisadiyyatının «anklavına» çevrilməsi ilə səciyyələnirsə, digər
tərəfdən daxili bazarda yerli istehsalın ifrat zəif mövqeləri ilə
şərtlənir. Nəticədə, geniş təkrar istehsal prosesinin tamlığı,
sistemliliyi pozulur, dayanıqlı inkişafın əsas maddi bazası inkişaf
prosesindən kənarda qalır.
Eyni zamanda, birgə sahibkarlığın məhz real sektorda ifrat
dərəcədə ləng inkişafını bəzi müəlliflər seçilmiş nəzəri yanaşmanın
birmənalı olaraq yalnışlığı ilə izah edirlər.
139
Məsələn, L.Reznikov®^ yazır ki, bütövlükdə keçid dövrünün
başlanğıc nöqtəsi düzgün seçilməyibdir. O, inzibati-amirlik
sistemindən bazar iqtisadiyyatına keçidi formasiya aspektində
kapitalizmlə eyniləşdirməyin əleyhinədir. Eyni zamanda, qeyd edir
ki, bəzi ölkələr (Çin, Vyetnam) bazara keçiddə qeyri-ka- pitalist
məzmunlu sosial məqsəd və oriyentirlərə istinad etmişlər.
Fikrimizcə, bu sayaq baxışlar materialist monizmə ifrat
aludəçilikdən doğur. Sosial-iqtisadi və siyasi sistemə münasibətdə
tarixi materializmin pas atmış prinsiplərinə istinad olunması
müasir gerçəkliyin daxili məntiqinə daban-dabana ziddir və ən
yaxşı halda anaxronizm təsiri bağışlayır.
Fikrimizcə, bu aspektdə əsas problem nəyin düz, yaxud
nəyin yalnış olduğunu retrospektiv müstəvidə araşdırmaqda yox,
bazar iqtisadiyyatına keçidin təşkili və idarə olunması yaxud
tənzimlənməsinin həyata keçirilməsindədir. «Keçid» fenomeni
spontanlıqdan uzaqdır. Onun reallaşma imkanları bütövlükdə
prosesə proqram-məqsədli yanaşmanın formalaşdırılması və
effektiv tətbiqindən düzxəttli asılılıqdadır.
Son 5 illik inkişaf dinamikası xarici investisiya axınları və
birgə sahib
karlığın təşkili prosesində məhz məqsodyönlülüyün, proqram-
məqsədli yanaşmanın olmadığını nümayiş etdirir. Belə ki, hal-
hazırda ölkədə qeydiyyatdan keçmiş xarici investisiyalı
müəssisələrin ümumi sayının 1994-cü illə müqayisədə 2,8 dəfə
artmasına baxmayaraq (cəmi: 2551 müəssisə), onların yalnız
30%-i real fəaliyyət göstərir. O cümlədən, 927 birgə müəssisədən
27,6%-i fəaliyyətdədir. Bu müəssisələrin əsas göstəriciləri 3 və 4
saylı cədvəllərdə verilmişdir. Hesablanmış məlumatlardan
göründüyü kimi, xarici investisiya «ən’ənəvi» olaraq ticarət,
xidmət və ümumiyyətlə, tez və yüksək gəlir əldə etməyə imkan
verən sferalara axmaqdadır. Bununla belə göstərmək lazımdır ki,
birgə və tam xarici investisiyalı
69
Л.Резников. Еще раз к итогам реформационного
пятилетия//Российский экономический журнал, №3, 1997, стр.7.
140
Dostları ilə paylaş: |