rirlər. Lakin qeyd etmək istərdik ki, havanı təmiz saxlamaq naminə
istehsalın tempini azaltmaq, yaxud da havam çirkləndirəcək deyə istehsalı
saxlamaq, iqtisadi inkişafı dayandırmaq deməkdir. Ona görə də həm
istehsalı artırmaq, həm də havanın-ekoloji mühitin keyfiyyətinin
yaxşılaşdırılması zamanın əsas tələbidir, bunu da yerinə yetirmək lazımdır.
Bunun üçün rayonun bütün sənaye müəssisələrində istehsal müasir
texnologiya ilə, keyfiyyətli təmizləyici qurğularla təmin edilməlidir.
Həmçinin bu sahədə dövlətin nəzarətini gücləndirmək, ekoloji sanksiyaları
və cərimələri artırmaq lazımdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Sumqayıt iqtisadi-ekoloji
rayonunda sənaye çirklənmələrinin səviyyələrinin aşağı düşməsi ilə yanaşı
avtomobillərin sayının, hərəkət intensivliyinin artması heç də havanın
keyfiyyətinin sənaye tullantılarının azalması ilə əlaqədar güman edilən
qədər yaxşılaşmasına gətirib çıxarmamışdır. Bakı şəhərində olduğu kimi
Sumqayıt şəhərində də nəqliyyat vasitələrinin hərəkətinin artması öz mənfi
təsirini göstərmişdir. İqtisadi-ekoloji rayonun hava məkanında yoxlamalar
nəticəsində kükürd oksidi (S02), azot-oksidi (N03), sülb hissəciklər, tüstü,
kar- bon-monoksid (CO), hidrogen-ftor (HF) və digər birləşmələrin
konsentrasiyasımn miqdarı müəyyən edilmişdir. Ölçülmüş spesifik
parametrlər atmosferə atılan hansı tullantıların üstünlük təşkil etməyindən
asılıdır. Bunun nəticəsində Sumqayıt şəhərinin payına ölkədə atmosferə
atılan bütün zərərli maddələrin 22 faizi düşür, ona görə də şəhər ən çox
narahatçılıq doğurur.
Sumqayıt iqtisadi-ekoloji rayonunda fəaliyyət göstərən emaledici
sənaye sahələrinin ətraf təbii mühitə göstərdiyi mənfi təsirləri aradan
qaldırmaq və tarazlı iqtisadi-ekoloji mühit yaratmaq üçün aşağıdakı işlərin
görülməsi məsləhətdir; - atmosfer tullantılarının müəyyən mənbələrinin
nəzarət avadanlıqlarının müasirləşdirilməsi; emal zavodunda uçucu
orqanik hidrokarbonatlan azaldan və udan sistemlərin təşkil edilməsi;
sənaye müəssisələrinin axıtdıqları çirkab sularını təmizləmək və təkrar
istifadə etmək üçün yeni texnologiyanın tətbiq edilməsi iqtisadi cəhətdən
çox sərfəlidir.
128
3.
Balakən-Şəki iqtisadi-ekoloji rayonu gələcəkdə Balakən polimetal
filizlərinin hasilatı və Şəkinin ərazisində dağ-mədən metallurgiya
kompleksinin inkişaf etdirilməsi əsasında formalaşacaqdır. İqtisadi-ekoloji
rayon əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməklə özünəməxsus
təbii-iqlim şəraitinə, zəngin mineral-xammal və əmək ehtiyatlanna görə
çox fərqlənir. Rayonun dağətəyi və düzənlik relyefi təsərrüfat sahələrinin
inkişafı üçün əlverişlidir. İqlimi əsasən mülayim rütubətlidir. Havanın orta
illik temperaturu 6- 14°C arasında tərəddüd edir. Yağıntıların illik miqdarı
ərazinin relyef quruluşu ilə əlaqədar müxtəlif cür paylanmışdır. Lənkəran
zonasından sonra respublikada yağıntının miqdarına görə ikinci yerdə
dumr. Unikal təbii şərait, təsərrüfatın digər sahələri ilə yanaşı burada
kurort-rekreasiya kompleksinin inkişaf etdirilməsi üçün böyük imkanlar
yaradır.
Balakən-Şəki iqtisadi-ekoloji rayonu mühüm su ehtiyatlarına malikdir.
Su ehtiyatlarını çaylar və yeraltı sular təşkil edir və çox böyük təsərrüfat
əhəmiyyəti vardır. Bununla yanaşı, bu çaylar selli çaylardır. Böyük ekoloji
problem yaradan bu çaylann törətdiyi fəlakətlərin qarşısını almaq üçün
mühüm işlər görmək lazımdır.
Balakən-Şəki iqtisadi-ekoloji rayonunun ərazisində Filizçay
kolçedan-polimetal yatağı öz ehtiyatlanna görə dünyanın ən zəngin
yataqlarından hesab edilir. Ölkədə sink, qurğuşun ehtiyatlarının 97 faizi,
misin hamısı, kükürd-kolçedanmm isə 90 faizi bu yataqda cəmlənmişdir.
İqtisadi-ekoloji rayonun ərazisi müxtəlif tikinti materialları və meşələrlə
zəngindir.
Yuxanda qeyd edilən təbii-resurs potensialı rayonda məhsuldar
qüvvələrin ərazi təşkilinin daha da təkmilləşdirilməsinə, dağ- mədən
metallurgiya kompleksinin yaradılmasına və sənayenin digər sahələrinin
ixtisaslaşdırılmasının dərinləşdirilməsinə şərait yaradacaqdır.
Balakən-Şəki iqtisadi-ekoloji rayonunun sosial-iqtisadi inkişafını
təmin etmək üçün bir çox sahələrin inkişafı nəzərdə tutulmuşdur. Ona
müvafiq olaraq aparılan tədqiqat müəyyən etmişdir ki, burada xüsusilə
Balakən və Şəki inzibati rayonlarının ərazilərində
129
istehsalın yerləşdirilməsi üçün çox əlverişli təbii-iqtisadi amillər
yaranmışdır. Bu rayonların ərazilərində istehsalın ayrı-ayrı sahələrinin
inkişafında, əhalinin işlə təmin olunmasında, onun maddi və mədəni həyat
səviyyəsinin yaxşılaşdırılmasında yerli təbii və əmək ehtiyatlanndan,
maddi-texniki imkanlardan düzgün istifadə edilməsinin mühüm əhəmiyyəti
vardır.
Qeyd edilən bütün imkanlar, Balakən və Şəki inzibati rayonla- nnm
ərazilərində bir-birini daha çox tamamlayır. Sənaye əhəmiyyətli bir sıra
faydalı qazıntılarla yanaşı burada çay konuslarında toplanmış daş, çınqıl,
əhəngdaşı, qum, gil ehtiyatları geniş yayılmışdır. Bu tikinti
materiallarından yerli əhali fərdi evlərin tikintisində, çayların sahillərində
bəndlərin inşasında, yolların çəkilməsində çoxdan bəri istifadə edirdilər.
Hələ XIX əsrin sonu XX əsrin əwəllərində Şəkidə bişmiş kərpic, kirəmit,
saxsı su boruları istehsalı, çox geniş yayılmışdır. Rayonda sosial-iqtisadi
inkişafa tələbatın artdığı müasir dövrdə yerli tikinti materiallarından geniş
istifadə edilməsi ən mühüm məsələlərdən biridir.
Hazırda Balakən-Şəki iqtisadi-ekoloji rayonunda tikinti sənayesinin
inkişafına tələbat artmışdır. Bu tələbatı yerli xammal istehsalı hesabına
ödəmək üçün müxtəlif tikinti məmulatları istehsal edən müəssisələrin
istehsal gücünü artırmaq və yeni müəssisələr tikmək qarşıda duran mühüm
məsələlərdən biri olmalıdır. Çünki bu sahələrin inkişaf etdirilməsi ərazidə
mövcud əmək ehtiyatlanndan səmərəli istifadə olunmasına şərait yaradar.
Regionda məhsuldar qüvvələrin səmərəli ərazi təşkili ilə əlaqədar
iqtisadi-ekoloji rayonun ərazisində yerləşən Filizçay polimetal yatağından
gələcəkdə səmərəli istifadə etməklə ölkənin əlvan metallurgiya, kimya
sənayesi məhsullarına, xüsusilə mineral gübrəyə olan tələbatının
ödənilməsinə də mühüm töhfələr verilə bilər.
Sözsüz ki, “təbiəttutumlu” və “təbiət üçün təhlükəli” olan sənayenin bu
sahələrinin ölkənin belə unikal ərazisində yerləşdirilməsi ekoloji cəhətdən
çox təhlükəlidir. Lakin ölkənin iqtisadi gücünü artırmaq naminə bu
sahələrin inkişaf etdirilməsini məqsədəuyğun hesab edirik. Məhz buna görə
də Balakən və Şəki inzibati
130
Dostları ilə paylaş: |