Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə83/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   79   80   81   82   83   84   85   86   ...   119

rilməsinin  məhdudlaşdırılması  və  istehsalı  sanitar  cəhətdən  şəhərin 
hüdudlarından kənara çıxarılması istiqamətində işlər görülür. 
Rayonun,  eləcə  də  ölkənin  mühüm  təbii  sərvəti  sayılan  Xəzər  dənizi 
Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla Abşeron yarımadası sahillərini 
320 km-ə qədər əhatə edir. 1978-1995-ci illərdə Xəzər dənizi səviyyəsinin 
250  sm-ə  qədər  qalxması  nəticəsində  Abşeronun  sənaye  obyektlərini 
təhlükə qarşısında qoymuşdur [137]. Rayonun ərazisində ölkənin ümumi 
sənaye  məhsulunun  70%-ni  verən  1400-dən  çox  sənaye  müəssisəsi 
yerləşmişdir. Respublikanın sənaye müəssisələrinin 40%-ə qədəri, tikinti, 
nəqliyyat,  rabitə  və  xidmət  sahələrinin  yarıya  qədəri  bu  rayonda 
cəmlənmişdir. 
İqtisadi rayonun yarımada hissəsi də dəniz səviyyəsinin qalxmasından 
ən çox ziyan çəkən sahələr neftçıxarma, maşınqayırma, neft-kimya sənaye 
sahələri, liman-bərə təsərrüfatıdır. Xüsusilə Dərin Dəniz Özülləri Zavodu, 
Hövsan  balıq  kombinatı,  Ələt  löv-  bər-doku  dəniz  səviyyəsinin 
qalxmasından çox ziyan çəkmişdir. 
Elmi ədəbiyyat mənbələrinin təhlili göstərir ki, rayonda həm qırrudan, 
həm  də  dənizdən  ta  qədim  zamanlardan  neft  çıxarılır.  Bununla  əlaqədar 
burada  neft  emalı,  neft-kimya  müəssisələri  və  çoxsaylı  yardımçı 
təsəiTÜfatlar  yaranmışdır.  Dəniz  səviyyəsinin  qalxması  nəticəsində  bu 
müəssisələrin  bir  çoxunun  iş  rejimi  pozulmuşdur.  Bu  müəssisələrin 
təmizləyici  qurğuları  sahilə  çox  yaxın  quraşdırıldığından  səviyyənin 
qalxması  nəticəsində  Bakı  buxtası  ərazisində  təhlükəli  ekoloji  situasiya 
yaranmışdır,  buxtada  neft  məhsullarının  miqdan  normadan  25-30  dəfə 
çoxdur. Belə ekoloji vəziyyət Sumqayıt sahilləri üçün də xarakterikdir [44]. 
Xəzərin Abşeron yarımadası sahilləri kurort-sanatoriya müəssisələrinin 
inkişafı  üçün  daha  münasibdir.  Bu  yerlərdə  gözəl  qumlu  çimərliklər, 
günəşli  günlərin  sayının  çox  olması  çimərlik  mövsümünü  uzunmüddətli 
edir.  Abşeronda  qeyd  edilən  belə  əlverişli  şərait  Xəzərin  quruya 
“hücum”undan daha çox ziyan çəkən sahələrdən biridir [67]. Səviyyənin 
kəskin qalxması nəticəsində dəniz sahili çimərlik zonasına doğru müxtəlif 
yerlərdə 300-400 metrə 
256 


qədər irəliləmiş 5 min hektardan çox qiymətli qumluq sahələri və çimərlik 
avadanlıqları suyun altında qalaraq istifadədən tamamilə çıxmışdır. 
Abşeron yanmadasmda yerləşən 80 yaşayış məntəqəsindən 30-u dəniz 
səviyyəsinin qalxması nəticəsində subasmaya məruz qalmışdır. Burada ən 
çox  böyük  məbləğdə  zərər  Xəzər  sahillərində  yerləşən  Bakı  əhalisinin 
istirahət yerləri olan bağ təsərrüfatlarına dəymişdir. Birbaşa bağ sahələrinin 
subasmaya  məruz  qalması  ilə  yanaşı  qrunt  sularının  səthə  qalxması 
nəticəsində  quyulardan  çıxarılan  içməli  suyun  şorlaşması,  acılaşması  ilə 
tərkibinin dəyişməsi bağ sahələrindən istifadəni xeyli çətinləşdirmişdir. 
Elmi  ədəbiyyat  mənbələrinin  təhlili  göstərir  ki,  Xəzər  dənizinin 
səviyyəsinin  dəyişməsi  ən  böyük  ekoloji  və  sosial-iqtisadi  problemlər 
yaratmışdır.  1978-1995-ci  illərdə  baş  vermiş  transqressiya  nəticəsində 
bütün Xəzər ətrafında böhran vəziyyəti yaranmışdır [137]. Abşeron iqtisadi 
rayonunun  sahil  zonasının  iqtisadiyyatına  dəymiş  ziyanın  cəmi  milli 
valyuta  ilə  (1996-cı  ilin  qiymətləri  ilə)  157176  mln.manat  təşkil  edirdi. 
Bundan  137876  mln.  manatı  sənaye  və  kənd  təsərrüfatına,  2000  mln. 
manatı  nəqliyyat  və  infrastruktur  obyektlərinə,  14300  mln.  manatı 
mühəndis-kommunikasiyalara  və  3000  mln.manatı  istirahət  zonalarına 
dəyən ziyanın payına düşürdü. 
Hesablamalar  göstərir  ki,  1978-1995-ci  illərdə  dənizin  səviyyəsinin 
qalxması  müddətində Xəzərin  səviyyəsi-26,5  m  mütləq  yüksəkliyə  qədər 
qalxmış,  nəticədə  dəniz  3820  hektar  Abşeron  torpağını  öz  qucağına 
almışdır.  Əgər  Xəzər  dənizinin  səviyyəsi  25,0  m  mütləq  hündürlüyə 
qalxarsa  (səviyyəsinin  bu  vəziyyəti  son  minilliklərdə  bir  neçə  dəfə 
müşahidə  edilib)  subasma  sahəsi  6010  hektara  qədər  genişlənəcəkdir. 
Dənizin səviyyəsinin qalxması ilə əlaqədar ölkənin bütün sahil zonasının su 
basmış sahələri ilə müqayisədə Abşeron iqtisadi rayonunun payı səviyyənin 
26,5  m  vəziyyətində  8%-ni,  25,0  m  vəziyyətində  isə  4,6%-ni  təşkil  edir. 
Baxmayaraq  ki,  bu  göstəricilər  azlıq  təşkil  edir,  lakin  ölkə  üzrə  sənaye 
müəssisələrinin sayının 40%-i məhz bu ərazidə cəmlənmişdir [3]. 
Xəzər dənizinin ən mühüm problemlərindən biri də onun suyu 
257 


nun  çirklənməsidir.  Xəzər  dənizini  çirkləndirən  mənbələr  müxtəlifdir. 
Uzun  illər  ərzində  Xəzər  dənizində  neft-qaz  hasilatının  aparılması  onun 
sahillərində  sənaye  obyektlərinin  fəaliyyətinin  sürətlə  artması,  onlann 
fəaliyyətinə  nəzarətin  lazımi  səviyyədə  təşkil  edilməməsi,  dənizin 
mühafizəsi  sahəsində  lazımi  tədbirlərin  görülməsi  və  bu  sahəyə  ayrılan 
maliyyə  vəsaitinin  yarıtmaz  olması  Xəzərin  həddən  artıq  çirklənməsinə 
gətirib çıxarmışdır [44]. 
Ətraf  mühitin  çirklənməsi  barədə  keçən  əsrin  90-eı  illərinin  statistik 
məlumatlarının  təhlili  göstərir  ki,  hər  il  Xəzər  dənizinə  11,4  mlrd,  m^ 
çirkablar axıdılır. Bundan Volqa çayı ilə 10,2 mrd m^. Kür çayı ilə 52,2 
mln. m^ çirkab suları daxil olur. Bakı və Sumqayıt şəhərlərində yerləşən 
müəssisələrdən birbaşa Xəzər dənizinə 325 mln.m^ çirkab axıdılıb. 
Xəzər  dənizi  ən  çox  neft  və  neft  məhsulları  ilə  çirklənir.  Dəniz 
yataqlarından  neft  çıxarılarkən  texniki  qaydalardan  düzgün  istifadə 
edilməməsi, quyular sınaqdan keçiriləndə layda olan neftin və suyun dənizə 
axıdılması, neftin tankerlərlə daşınması zamanı dənizə neftin sızması, neft 
emalı, neft-kimya zavodları tərəfindən dənizə çirkabların axıdılması və s. 
çirklənməyə səbəb olur. Eyni zamanda dənizin dibi ilə çoxlu neft və qaz 
kəmərləri  çəkilmişdir  ki,  bu  kəmərlər  də  müəyyən  vaxtdan  sonra 
korroziyaya uğrayır, çürüyür, bəzən kəmərlərdə qəza baş verir və nəticədə 
dəniz suyu çirklənməyə başlayır. Dəniz neftçiləri tərəfindən ildə çıxarılan 
neftin 1%-dən az olmayan hissəsi itki olaraq dənizə axıdılır. Nəzərə alınsa 
ki, 10 qr neft 1 m’ suyu hidrobionlar üçün yüksək zəhərli mühitə çevirir, 
çirklənmənin  belə  gedişi  gələcəkdə  balıq  təsərrüfatına  böyük  ziyan  vura 
bilər [132]. 
Qeyd etmək lazımdır ki, Bakı buxtası Xəzər dənizinin çox çirklənmiş 
hissəsidir. Buxta hələ 150 il bundan əvvəl çirklənməyə  məruz qalmışdır. 
Son zamanlara qədər Bakı buxtasına ildə 300 mln. m^ çirkablar axıdılır ki, 
bunun  da  274  mln.  m^-ni  kanalizasiya  çirkabları  təşkil  edir.  Hələ  keçən 
əsrin 90-cı illərində kommunal təsərrüfatlar tərəfindən Bakı buxtasına ildə 
8,4 min ton çirkablar, Azərbaycan Sənaye Birlikləri müəssisələrindən isə 3 
min ton neft 
258 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə