Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə84/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   80   81   82   83   84   85   86   87   ...   119

məhsulları axıdılmışdır. Nəticədə buxtada 5 m qalınlığında neft məhsulları 
ilə çirklənmiş milyonlarla ton lil toplanmışdır. 
Xəzər  dənizinin  çirkləndirilməsində  dənizdə  neft  mədənlərində  baş 
verən yanğınlar şərait yaratmışdır. Hələ 1989-cu ilin may ayında indiki “28 
May”  yatağında  baş  vermiş  yanğın  15  gün  davam  etmişdir  və  ərazidə 
uzunluğu 12, eni isə 4 km~ə çatan neft ləkəsi dənizin üzərini örtmüşdür. 
Yanğından 3 həftə sonra həmin ərazidə 978 km^ dəniz suyu çirkləmniş və 
suyun səthində 1245 ton neft olmuşdur. 1983-cü ildə Aktau yaxınlığında 
kəşfiy'yat quyusunda baş vermiş qəza nəticəsində Xəzərə 200 tondan artıq 
neft  tökülmüşdür.  2002-ci  ildə  Xəzər  dənizində  qəzaya  uğramış  Xəzər 
Dəniz  Gəmiçiliyi  İdarəsinə  məxsus  “Merkuri-2”  gəmisinin  batması 
nəticəsində gəmidə olan 2100 t neftin çox hissəsi dənizə axaraq, dənizin 
çirklənməsinə səbəb olmuşdur [18]. 
2007-ci  ildə  “Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə  bəzi 
tədbirlər  haqqında”  imzalanmış  sərəncam,  dənizin  ekosisteminə 
antropogen təsirləri azaltmaqla Xəzərin bioloji müxtəlifliyinin qorunmasını 
və  rekreasiya  ehtiyatlannm  bərpasını  təmin  edəcəkdir.  Bunun  üçün  iri 
yaşayış  məntəqələrində  mərkəzləşdirilmiş  kanalizasiya  sistemlərinin 
tikintisi vacibdir. Bu məqsədlə “Azərsu” ASC- də bir sıra işlər görülür. Zığ 
kanalizasiya  nasos  stansiyasının  gücünün  sutkada  200  min  m^-ə 
çatdıniması  üçün  yenidən  qurulma  işləri  aparılır.  Hövsan  Aerasiya 
Stansiyasında sutkalıq gücü 160 min m’ olan yeni texnoloji xəttin tikintisi 
və s. qurğuların yaradılması üçün işlər görülür. 
Tədqiq edilən Abşeron iqtisadi rayonunun iqtisadi-ekoloji əhəmiyyətli 
problemlərindən  biri  də  onun  mühüm  rekreasiya  ehtiyatlarına  malik 
olmasıdır.  Aparılan  tədqiqatların  təhlili  göstərir  ki,  burada  kurort-turizm 
sənayesinin inkişafı üçün əlverişli təbii-iqti- sadi amillər mövcuddur [8]. 
Bu  amillər  içərisində  dənizin  çimərlikləri,  dəniz  havası,  gəmi  ilə  dəniz 
gəzintisi. Masazır və digər göllərin müalicəvi palçığı, Şıx və Suraxanı isti 
mineral bulaqları, rayonun şimal-qərb hissəsini əhatə edən Dübrar dağları 
və meşəlikləri burada “dəniz-dağ” kurort-turizm kompleksinin, həmçinin 
259 


nadir tarixi-mədəni abidələri, bol əmək ehtiyatları, inkişaf etmiş sənayesi və 
şəhərətrafı kənd təsərrüfatı rayonda kurort-turizm təsərrüfatının inkişafına 
şərait  yaradır.  Rayonda  bu  məqsədlər  üçün  istifadə  olunan  ərazi  50  min 
hektardan  artıqdır.  Lakin  bunu  rayonun  korlanmış  torpaqlarında 
rekultivasiya  işlərini  rekreasiya  istiqamətində  aparmaqla  65  min  hektara 
çatdırmaq olar. 
Rayonda  rekreasiya  üçün  iqlim  ehtiyatlarından  günəşli  günlərin  sayı 
166-ya, maksimum temperatur iyul ayında 39-^2°C-yə çatır. Küləyin orta 
illik  sürəti  5,8-7,1  m/san, il  ərzində  15  m/san sürətlə əsən  küləkli  günlər 
80-140-dır. Güclü küləklər çimmə mövsümünə maneçilik törətsə də, hava 
çirkli-tozlu və bürkülü-isti olduqda, havanın sərinləşdirilməsində mühüm 
rol oynayır. İstirahət üçün rahat günlərin sayı 170-ə çatır. Rayonun iqlim 
şəraiti burada istirahətlə  yanaşı  aero  və helio  müalicəsi  üçün  əlverişlidir. 
Həm  də  küləyin  və  günəşin  gücündən  istifadə  etməklə  rayonda  ekoloji 
cəhətdən  təmiz  elektrik  stansiyalan  qurub  elektrik  eneqisi  istehsal  etmək 
olar.  Bu  elektrik  enerjisindən  də  əsasən  kurort-turizm  təsərrüfatlarında 
istifadə  edilər.  Həm  də  müəyyən  qədər  rayonda  iqtisadi-ekoloji 
problemlərin həll edilməsinə şərait yaradar. 
Rayonda turizmin inkişafı üçün özünün landşaftlarının qeyri-adiliyi ilə 
seçilən  Qızıltəpə,  Lökbatan,  Ələt  və  s.  palçıq  vulkanlarına,  yarğanlara, 
qobulara,  dəniz  terraslarma  rast  gəlinir  ki,  bunlar  da  turistləri  cəlb  edən 
maraqlı yerlərdir. 
Yuxanda  qeyd  edildiyi  kimi.  Xəzər  dənizinin  səviyyə  tərəddüdü  ilə 
əlaqədar  31  km^  sahil  ərazi  su  altında  qalaraq  yuyulmuşdur.  Bu  da 
çimərliklərdə bakterioloji və kimyəvi çirklənməni xeyli artıraraq normadan 
5-10 dəfə çox etmişdir [13]. Hazırda rayonda çirmərlik- lərin qorunması və 
dəniz suyunun təmizlənməsi mühüm iqtisadi- ekoloji problemlərdən birini 
təşkil edir. 
Tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, rayonda kurort- turizm 
müəssisələrinin inkişaf etdirilməsi və təşkili üçün ərazinin sanitar-gigiyena 
şəraitinin yaxşılaşdırılması, yaşıllıq zonalannın genişləndirilməsi, dənizə və 
sahil  zonalarına  atılan  tullantıların  təmizlənməsi  mühüm  iqtisadi-ekoloji 
problemlərdəndir. 
260 


Abşeron  iqtisadi  rayonunda  kurort-turizm  sənayesinin  inkişafı  üçün 
xarakterik ərazilərdən biri də dənizdə geniş yayılmış adalar və saylardır. 
Elmi  ədəbiyyat  mənbələrinin  təhlili  göstərir  ki,  Abşeron  arxipelaqında 
adalar və saylar daha çoxdur, onların ümumi sahəsi 35 km^-dən artıqdır. 
Əgər dərinliyi 10 metrdən az olan su sahələrini də nəzərə alsaq, onda bu 
sahə 70 km^ olar. Bu adalardan Pirallahı (sahəsi 15 km^), Çilov (sahəsi 8 
km^), Xərə-Zirə (sahəsi 3,5 km^). Səngi Muğan, Qum adası və başqalandır. 
Hal-hazırda Pi- rallahı adasında 20 mindən artıq, Çilov adasında 3,5 min 
adam yaşayır. Qum adası (1,35 km^) sahillə damba ilə birləşdirilmişdir. Bu 
adalarda  yaşayan  əhalinin  çox  hissəsi  bilavasitə  dənizdə  neft  hasilatı  ilə 
məşğul  olanlardır.  Lakin  adalarda  müasir  yaşayış  binalarının  tikintisi  və 
kurort-turizm  kompleksinin  canlandırılması  üçün  hər  cür  şərait  vardır. 
Ümumiyyətlə  bu  adalarda  mədəni-məişət  xidmətini  normal  təşkil  etmək 
məqsədilə  əhalisi  5-20  min  nəfər  olan  şəhərlər  və  ya  şəhər  tipli  yaşayış 
qəsəbələri  tikmək  daha  məqsədəuyğundur.  Bu  yaşayış  məntəqələrində 
əsasən kurort-turizm təsərrüfatına xidmət edən məişət idarələri və ticarət 
obyektləri fəaliyyət göstərəcəkdir. Bu müəssisələrdə qadın əməyindən də 
hərtərəfli istifadə edilə bilər. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində 
Bakı şəhərinə toplaşan əhalini bir qədər seyrəkləşdirmək mümkün olar. 
Aparılan  tədqiqatlar  göstərir  ki.  Xəzər  dənizinin  adalarında  yaşayışı 
təşkil etmək üçün hər cür iqlim şəraiti vardır. Qeyd etmək lazımdır ki, hələ 
sovet dövründə iqlim şəraitini qiymətləndirmək üçün xüsusi rəsmi sənədlər 
hazırlanmışdır.  Bunlar tikinti  və layi-  hələşdirmə  normalarıdır.  Bu rəsmi 
sənədə  əsasən  Azərbaycan  bina  tikmək  üzrə  6-cı  iqlim  rayonunun  6  “b” 
yanm  rayonuna  daxil  edilmişdir.  Belə  iqlim  rayonunda  isti,  mülayim, 
komfort,  sərin  və  soyuq  hava  tipləri  ayrılmışdır.  Bu  rayonlarda  dərəcə 
günlərin  sayı  1900-  3790  arasında  dəyişilir.  Komfort  və  mülayim  hava 
tiplərinin təkrarlanması 33-66% qəbul edilir. 
Bu  metod  əsasında  Bakı  arxipelaqına  aid  olan  Qum  və  Xərə-  Zirə 
adalan  akvatoriyalarında  iqlim  şəraiti  qiymətləndirilmişdir.  Binalarda 
istilik komfortunu öyrənmək üçün havanın temperaturunun 
261 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə