Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə87/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   83   84   85   86   87   88   89   90   ...   119

varmada geniş istifadə edilir. Bunların mühafizə edilməsi üçün müəyyən 
tədbirlər görülmüşdür. 
Regionda suyun bərabər paylanmamasmm qarşısını almaq məqsədilə 
tikilən  su  anbarları  və  suvarma  kanallarının  çox  böyük  tə-  səiTÜfat 
əhəmiyyəti  vardır.  Hazırda  burada  Şəmkir,  Araz,  Sərsəng,  Ağstafaçay, 
Arpaçay  və  s.  su  anbarları  fəaliyyət  göstərir.  Gələcəkdə  su  anbarlarım 
artırmaq üçün imkanlar çoxdur. Lakin onu da qeyd etmək lazımdır ki, su 
anbarlan  çaylann  rejimini  təmin  etməklə  yanaşı  suyun  itkisini  də  artınr. 
Belə  ki,  bir  tərəfdən  buxarlanma  səthini  genişləndirir,  digər  tərəfdən  su 
anbarlarının doldurulmasına xeyli su sərf edilir. Əlavə olaraq onu da qeyd 
etmək istərdik ki, onların düzgün inşa edilməməsindən bəzən sızmalar baş 
verir,  torpaqlar  şoranlaşır,  keyfiyyətini  itirir  və  böyük  iqtisadi-ekoloji 
problemlər  yaranır.  Bununla  əlaqədar  yaranan  korlanmış  torpaqların 
yenidən bərpa edilməsi çoxlu xərc tələb edir. Misal olaraq Mingəçevir su 
anbarından  çəkilən  Yuxarı  Qarabağ  kanalı  sol  sahili  istiqamətində  Kür 
çayınadək  olan  torpaqlan  demək  olar  ki,  şoranlaşdırmaqla  yararsız  hala 
salmışdır.  Bir  çox  su  anbarlarının  yaradılmasında  buraxılan  belə  səhvlər 
çoxdur. 
Tədqiq  edilən  regionun  əhəmiyyətli  təbii  sərvətlərinin  ən 
mühümlərindən  biri  də  mineral  sulardır.  Bunlar  əsasən  İstisuda,  Ba- 
damlıda.  Sirabda,  Turşsuda,  Şuşada,  Gədəbəydə  yerləşən  mineral  su 
mənbələridir. Bu sular öz keyfiyyətinə görə dünyadakı ən məşhur sulardan 
geri qalmır. Yalnız Naxçıvan ərazisində 200-dən çox mineral su yataqları 
aşkar edilməsinə baxmayaraq, bundan 10%-i istifadə edilir [47]. Buranın 
mineral  sularına  böyük  tələbat  olsa  da,  eıməni  blokadası  istehsal  olunan 
suyun  tələbat  yerlərinə  çatdırılmasına  maneçilik  törədir.  Hazırda  çox 
qiymətli  sayılan Kəlbəcər İstisuyundan  və  eləcə  də  digərlərindən  erməni 
işğalçıları talançılı- qla istifadə edərək çoxlu gəlir götürürlər. 
Kiçik Qafqazın ərazisində yüksək temperatura malik termal sular geniş 
yayılmışdır.  Yüksək  temperatura  malik  yeraltı  su  mənbələri  Tərtər, 
Goranboy  ərazilərində  daha  çox  yayılmışdır.  Burada  suyun  temperaturu 
40-85°C-yə çatır. Bu termal sular istifadəsinə görə 
268 


daha  perspektivlidir.  Termal  sular  istilik  və  energetika  təsəiTÜfatmm 
inkişafında əlavə ehtiyat mənbəyidir. Onlardan istifadənin üstünlüklərindən 
biri də odur ki, ondan istifadə edilməsi texnologiyası daha sadə və ucuzdur, 
həm  də  iqtisadi-ekoloji  cəhətdən  təmiz,  ətraf  mühitin  mühafizəsi  üçün 
əlverişlidir [32]. 
Tədqiqatlar  göstərir  ki.  Kiçik  Qafqaz  regionunda  təsərrüfatın  və 
əhalinin suya olan tələbatının ödənilməsi mövcud ekoloji problemlərin həll 
edilməsini  tələb  edir.  Bımun  üçün  birinci  növbədə  ərazidə  olan  çayların, 
göllərin,  mineral  bulaqların  təmiz  saxlanmasıdır.  Sonra  su  mənbələrini 
çirkləndirən  səbəbləri  aşkar  etmək,  onları  aradan  qaldırmaq  lazımdır. 
Bunun  üçün  istehsalatdan,  məişətdən,  şəhər  təsərrüfatından  atılan  çirkab 
suları  təmizləyib  təkrar  dövriyyəyə  buraxılmasını  təşkil  etmək  lazımdır. 
Buna  görə  də  regiona  daxil  olan  sənaye  qovşaqlarında  mərkəzləşdirilmiş 
təmizləmə  qurğularının  tikilməsi  sərfəli  olardı.  Çirkab  suların  burada 
təmizlənməsi  həm  ucuz  başa  gəlir,  həm  də  saflaşdırılmış  suyu  yenidən 
dövriyyəyə buraxmaq asanlaşır. Eyni zamanda əlverişli təbii mühitə malik 
olan regionun ekoloji şeratinin tarazlığına stimul yaradar. Əlavə olaraq onu 
da  qeyd  etmək  istərdik  ki,  dağ-mədən  sənayesinin  çaylara,  göllərə  və 
relyefin çökək yerlərinə axıdılan çirkablarda olan zərərli maddələrin tərkibi 
və həcmi dəqiq bilinməlidir və bunun göstərilən mənbələrə axıdılması qəti 
qadağan  edilməlidir.  Ərazidə  fəaliyyət  göstərən  dağ-mədən  sənaye 
sahələrində,  eləcə  də  istifadəyə  veriləcək  yeni  yataqlarda  tikilən 
müəssisələrdə  qa-  palı-dövriyyəli  sistemlərin  yaradılması  geniş  tətbiq 
edilməlidir.  Həmçinin  ərazidə  kənd  təsərrüfatına  yararlı  torpaqların 
yerləşmə xüsusiyətlərindən asılı olaraq mineral gübrələrin verilməsinə ciddi 
əməl edilməlidir. 
Kiçik Qafqaz regionunun əsas iqtisadi-ekoloji problemlərindən biri də 
torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsidir. Respublikanın 
dağlıq  ərazilərinin  yarıdan  çoxunu  təşkil  edən  Kiçik  Qafqaz  regionu 
müxtəlif torpaq tiplərinə malikdir. Apanlan tədqiqatların təhlili göstərir ki, 
ərazidə  yayılmış  torpaq  tipləri  yüksəkliyə  qalxdıqca  dəyişir.  Meşə 
qurşağından yuxanda subalp və alp 
269 


çəmənlikləri  altında  dağ-çəmən  torpaqlan  yayılmışdır.  Dağ-çəmən 
torpaqlarında  qida  maddələri  normal  olduğundan  belə  sahələrdə  dəmiyə 
şəraitində  birillik  bitkilər  becərilir.  Regionun  torpaqlarının  13,2%-ni 
dağ-çəmən  torpaqları  tutur.  Sonra  dağ-meşə  torpaqları  gəlir.  Dağ-meşə 
torpaqlan  çürüntü  ilə  zəngin  olduğundan  tünd  qəhvəyi  rəngindədir. 
Rütubətsevər  fıstıq  və  vələs  meşələri  altında  qonur  torpaqlar,  iqlimin 
nisbətən  quraq  keçdiyi  sahələrdə  seyrək  meşələr  və  kolluqlar  altında 
qəhvəyi  dağ-meşə  torpaqlan  inkişaf  etmişdir.  Uzaq  keçmişdə  qırılmış 
dağ-meşə  ərazilərində  meşə  torpaqları  çöl  torpaqlarına  çevrilmişdir. 
Regionda  torpaqların  10,4%-  ni  dağ-meşə  və  19,1%-ni  qəhvəyi  torpaqlar 
tutur.  Bu  torpaqlarda  birillik  bitkilərin  və  meyvəçiliyin  inkişafı  üçün 
potensial imkanlar çoxdur. 
Vaxtı  ilə  Kiçik  Qafqazın  meşələri  altında  olub  sonralar  məhv  olmuş 
meşə  altından  çıxmış  dağ-qara  torpaqlan  regionun  torpaqlarının  6,5%-ni 
təşkil edir. Dağ yamaclarında olan bu torpaqlar dəmiyə şəraitində olsa da, 
yüksək münbitliyə malik olduğundan əsasən birillik bitkilər altında yüksək 
məhsul verir. Şabalıdı torpaqlar Kiçik Qafqazın dağ ətəklərində yayılmışdır. 
Şabalıdı torpqIar ümumi ərazinin 35,8%-ni tutur. Bu sahələrdə meyvəçilik, 
üzümçülük  və  taxılçılıq  sahələrinin  inkişafı  üçün  geniş  imkanlar  vardır. 
Regionun  Kür-Araz  ovalığına  qonşu  dağ  yamaclarında,  Naxçıvanın 
Arazboyu  düzənliklərində  boz  torpaqlar  geniş  yayılmışdır.  Əsasən  isti 
iqlimin  təsiri  altında,  boş  sahələrdə  əmələ  gəlmiş  bu  torpaqlar  qida 
maddələri  ilə  nisbətən  az  təmin  olunub,  ən  çox  taxılçılıq,  üzümçülük, 
qismən də pambıqçılıq istiqamətində istifadə edilir. 
Tədqiq  edilən  regionun  yuxanda  təhlil  edilən  torpaq  tipləri  öz 
münbitliyinə  və  istifadəsinə  görə  bir-birindən  fərqlənsələr  də,  həm  də 
insanın  təsərrüfat  fəaliyyəti  və  təbii  amillərin  təsiri  nəticəsində 
korlanmalara  məruz  qalaraq  müəyyən  iqtisadi-ekoloji  problemlər  də 
yaratmışdır. Birinci növbədə regionun bəzi sahələrində torpağın keyfiyyət 
və kəmiyyət dəyişikliklərinə məruz qalmasıdır. Bu torpaqların keyfiyyət və 
kəmiyyət dəyişikliklərinə müxtəlif sənaye müəssisələrinin yerləşdirilməsi, 
istehsal, yaşayış məntəqələri, nəq 
270 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə