Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə89/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   85   86   87   88   89   90   91   92   ...   119

dövlətinə  yaxın  mövqedə  yerləşməsi  burada  müəyyən  iqtisadi-ekoloji 
problemlərin qarşısının alınmasına maneçilik törədir. 
Araşdırmalar  müəyyən  edir  ki,  Gəncə-Qazax  iqtisadi  rayonunun 
iqtisadi  inkişafına  onun  əlverişli  iqtisadi-coğrafi  mövqeyi,  müxtəlif  təbii 
şəraitə  malik  olması,  zəngin  faydalı  qazıntıları  kifayət  qədər  əmək 
ehtiyatlarının olması təsir etmişdir. Rayonun ərazisindən keçən beynəlxalq 
dəmir yolu, avtomobil və boru-kəmər nəqliyyatı onun iqtisadi inkişafına nə 
qədər əlverişli şərait yaratsa da, bir o qədər də iqtisadi - ekoloji gərginlik 
yaratmışdır.  Bu  nəqliyyat  sistemlərinin  tikintisi  zamanı  ətraf  mühitə, 
xüsusilə ərazinin torpaq örtüyünə dəyən mənfi təsirdir. Qeyd edildiyi kimi 
Ermənistanla rayonun qonşuluğu, onun su ehtiyatlarını çirkləndirərək digər 
təbii kompleksləri korlayaraq ekoloji tarazlığı pozur. 
İqtisadi  rayonun  ərazisinin  təsərrüfat  cəhətdən  mənimsənilməsi  ilə 
əlaqədar təbii mühitin qorunub saxlanılması, rayonun sosial-iqtisadi inkişafı 
proqramının ən mühüm aspektlərindən biridir. 
Bununla  əlaqədar  rayonun  təbii  sistemində  təbii  tarazlığın  qorunub 
saxlanılması üçün rayonda həm təsərrüfatın, həm də məskunlaşmanın ərazi 
təşkilinə  əsaslandırılmış  iqtisadi  -  ekoloji  yanaşma  tələb  olunur.  Burada 
dağlararası  dərələr  yaşayış  məskənləri  üçün  daha  çox  əlverişlidir.  Lakin 
əlavə  olaraq  qeyd  etmək  istərdik  ki,  dərələrin  dibində  zərərli  maddələrin 
tullantılarına malik müəssisələrin tikintisindən qaçmaq lazımdır. Belə ki, bu 
hava hövzəsinin yüksək səviyyədə çirklənməsinə gətirib çıxara bilər. 
Tədqiq edilən rayonun təbii şəraitinin müxtəlifliyi ilk növbədə relyefin 
mürəkkəb  quruluşu  ilə  müəyyən  olunur.  Yüksək  dağlıq  zona  Şahdağ  və 
Murovdağ  rayon  daxilində  geniş  ərazini  tutur.  Burada  qayalıqlar  geniş 
yayılmışdır.  Ərazinin  bu  hissəsində  yararlı  torpaqlar  azdır,  lakin  su 
ehtiyatları ilə zəngindir. Orta dağlıq zona Gəncə və Zəyəm çayları arasında 
xeyli ərazini tutur və zəif parçalanmışdır. Lakin insanın təsərrüfat fəaliyyəti 
və  çox  vaxt  torpaq  sahələrindən  düzgün  istifadə  edilməməsi  nəticəsində 
dağlann  çaylara  tərəf  yamaclarında  müasir  geomorfoloji  proseslər  daha 
intensiv gedir və təsərrüfata böyük ziyan dəyir. 
274 


Gəncə-Qazax iqtisadi rayonunun dağlıq hissəsi zəngin faydalı qazıntı, 
rekreasiya  və  meşə  sərvətlərinə  malikdir.  Sənaye  əhəmiyyətli  faydalı 
qazıntılarından Daşkəsəndə dəmir filizi, kobalt, Zəy- likdə alunit. Daşkəsən 
və  Gədəbəydə  qızıl  və  polimetal  filizləri,  Ceyrançöldə  neft  ehtiyatlan, 
Naftalanda  müalicəvi  neft,  Daş  Salah-  lıda  gilabı  (bentonit)  gili.  Tovuz 
rayonu ərazisində olan seolitlər, tikinti materiallarından sement xammalı, 
mərmər,  əhəng  daşı,  çay  daşı,  perlit,  qum,  çınqıl  və  müxtəlif  daşlar 
mövcuddur.  Burada  yerləşən  Daşkəsən  ölkənin  çox  mühüm  dağ-mədən 
sənaye  mərkəzlərindən  biridir.  Dağlıq  ərazidə  yerləşən  Daşkəsən 
rayonundakı dəmir filizi mədənlərinin açıq, qapalı və kompleks üsullarla 
istismarı vaxtı səthi meşə, çəmən və kolluqlarla örtülü olan geniş sahədə 
torpaqlar qazılıb başqa yerə tökülür ki, bu da bitki və torpaqları korlayır, 
çayları, yeraltı sulan çirkləndirir. Əhaliyə, istehsala və təbii mühitə faydalı 
qazıntıların  hasilatı  zamanı  dəyən  zərər  (bunu  dəyərlə  ölçmək  mümkün 
deyil) heç də səmərəsiz istifadə edilən faydalı qazıntı mədənlərindən alman 
gəlirdən az deyil. Pozulmuş ekoloji tarazlıq bir çox problemlər yaradır. 
Bununla  əlaqədar  mədənlərin  istismarı  zamanı,  xammalın  emalı 
prosesində  torpağın,  suyun,  meşə  və  bitki  örtüyünün  korlanmasına,  su 
mənbələrinin  çirkləndirilməsinə  səbəb  olan  maneələri  aradan  qaldırmaq 
lazımdır. İstismar prosesində korlanmış torpaqların rekultivasiya edilməsi 
ilə yenidən istifadəyə verilməsi, meşə və bitki örtüyünün yenidən bərpası 
qarşıda ən mühüm iqtisadi-ekoloji problem kimi müsbət həll edilməlidir. 
İqtisadi  rayonun  sosial-iqtisadi  inkişafı  ilə  bağlı  rayonun  bütün  təbii 
sərvətlərindən,  xüsusilə  faydalı  qazıntılardan  itkisiz  kompleks  istifadə 
edilməsi  nəticəsində  qeyri-neft  sektorunun  davamlı  inkişafına,  yeni  iş 
yerlərinin  və  sənaye  müəssisələrinin  yaradılması  ilə  əhalinin  məşğulluq 
səviyyəsinin yüksəldilməsinə nail olmaq olar. 
Rayonda  faydalı  qazıntılardan  kompleks  istifadə  edilməsi  elm  və 
texnikanın  müasir  inkişafı  şəraitində  istehsalın  səmərəsini  artırır, 
mədənlərin istismar dövrünü uzadır, tullantıların miqdarım azaldır. Həm də 
əlverişli təbii şəraitə malik olan Gəncə-Qazax iqtisadi 
275 


rayonunun  münbit  torpaqlannı,  meşə  və  bitki  örtüyünü,  su  mənbələrini 
çirkləndirən  müvafiq  müəssisələri  ciddi  cərimələrlə  cəzalandırmaq 
lazım.dır. 
Bundan  başqa  rayonun  faydalı  qazıntılarından  istifadə  edilən  zaman 
sənayenin  inkişafı,  sənaye  və  yaşayış  binalarının  tikintisi  zamanı  münbit 
torpaq  sahələrinin,  meşələrin  və  bitkilərin,  qurğular,  yollar  və  digər 
obyektlərin  altında  qalaraq  dövriyyədən  çıxır.  Halbuki  belə  tikintiləri 
ərazidə  dövriyyədə  olmayan  sahələrdə  yerləşdirmək  olar,  yaxud  da 
dövriyyədən  çıxan  torpaqların  dəyəri  ödənilməlidir.  Belə  edildikdə  təbii 
sərvətlərə dəyən zərərin qarşısını almaq asanlaşar. Belə tədbirlər iqtisadi - 
ekoloji cəhətdən daha səmərəlidir. 
Tədqiq edilən iqtisadi rayonda sənaye əhəmiyyətli faydalı qazıntılardan 
seolit, gilabı, polimetal, tikinti materiallarından və digərlərindən səmərəli 
istifadə  edilməsi  əsasında  müvafiq  sənaye  istehsal  komplekslərinin 
yaradılmasının çox böyük  sosial-iqtisadi əhəmiyyəti vardır. Onlar müasir 
dövrün  istehsal  tələbatından,  eləcə  də  təbii  sərvətlərdən  səmərəli  istifadə 
edilməsi zəruriliyindən irəli gələn vacib problemdir. 
Tədqiq  edilən  Gəncə-Qazax  iqtisadi  rayonunda  cəmləşən  faydalı 
qazıntıların  əsasında  mövcud  olan  və  yaradılacaq  emaledici  sənaye 
müəssisələrinin fəaliyyəti rayonun təsərrüfat kompleksində o vaxt səmərəli 
ola  bilər  ki,  onlarda  ilkin  xammal  və  təkrar  xammal  ehtiyatlan  yüksək 
komplekslilik  şəraitində  emal  edilsin.  Bu  ehtiyatlardan  son  məhsul 
istehsalına  qədər  lazım  olan  enerjiyə,  əməyə,  materiala,  su  sərfinə  və  s. 
mənbələrə  qənaət  olunması,  ətraf  mühitin  mühafizəsi  məsələləri  yüksək 
səviyyədə həllini tapmalıdır. 
İstehsalın belə təşkili Gəncə kimi yüksək əhali məskunlaşmasına malik 
olan  və  mineral  xammal  ehtiyatları  əsasında  intensiv  inkişaf  etdirilən 
müxtəlif müəssisələrin yerləşdiyi Daşkəsən, Gədəbəy və s. rayonlar üçün 
mühüm  məsələdir.  İqtisadi  rayonun  belə  sənaye  mərkəzlərində  mineral 
xammal  ehtiyatlanndan  istifadə  prosesində  çoxdan  yığılmış  tullantı 
biyabanlıqları  əmələ  gətirmişdir.  İndi  bu  tullantılardan  istifadə  edilməsi 
problemi, müasir dövrdə rayonun 
276 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə