Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə91/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   87   88   89   90   91   92   93   94   ...   119

zırda  bir  sıra  yaşayış  məntəqələrində  kəhrizlər  fəaliyyət  göstərir.  Düzdür 
onların bir çoxundan düzgün istifadə edilməməsi nəticəsində suyun debiti 
azalmışdır  və  onların  texniki  vəziyyəti  qeyri-  qənaətbəxş  haldadır. 
Kəhrizlərin  yenidən  qurulması  rayonda  su  təchizatım  nisbətən 
yaxşılaşdırardı.  Burada  su  təchizatında  artezian  quyuları  böyük  ehtiyat 
mənbəyidir. 
Təbii  ki,  gələcəkdə  sənaye  sahələrinin-metallurgiya,  maşınqayırma, 
kimya,  ağac  emalı,  dağ-mədən  və  s.  inkişafının  xarakteri,  regionun  su 
resurslan ilə mühüm dərəcədə təmin edilməsindən asılıdır. 
Bu  cəhətdən  aparılan  tədqiqatlar  göstərir  ki,  Gəncə-Daşkəsən 
iqtisadi-ekoloji  rayonunda  Şəmkir,  Tovuz,  Qazax  və  digər  yaşayış 
məntəqələrində su çatışmamazhğı bir neçə yüz milyon kubmetrə çata bilər. 
Buna görə də rayonda su təminatı ilə əlaqədar, vaxtında böyük tədqiqatlar 
və  layihə  işləri  aparılmalıdır.  Rayonda  sənaye,  meşə  və  kənd  təsərrüfatı 
sahələrinin  inkişafının  artan  tələbatına  müvafiq  hidrotexniki  tikintilər 
apanlır.  Statistik  məlumatların  təhlili  göstərir  ki,  yaxın  gələcəkdə  sudan 
istifadə  sənayedə  3-5  dəfə,  kənd  təsərrüfatında  5-6  dəfə,  meşə 
təsərrüfatında 2 dəfə artacaqdır. Rayonun böyük sənaye mərkəzlərində və 
digər  yaşayış  məntəqələrində  sututumlu  istehsal  sahələrinin  inkişafı  ilə 
əlaqədar müəyyən su mənbələrinə böyük yük düşməsin deyə, su tutumlu 
sahələrin  gələcəkdə  inkişafım  bərabər  şəkildə  daha  da  səmərəli 
yerləşdirmək lazımdır. 
Ölkənin  qərb  regionunda  əhalinin  dayanıqlığını  sabitləşdirmək 
məqsədilə  yeni  iş  yerlərinin  yaradılması  və  güclü  çoxsahəli  Gəncə- 
Daşkəsən  ərazi  istehsal  kompleksinin  formalaşdırılması  ən  aktual 
məsələlərdən  biridir.  Bununla  əlaqədar  burada  yaradılan  metallurgiya 
kompleksinin  məqsədləri  üçün  tətbiq  edilən  dağ-mədən  xam-  raallarmın 
hərtərəfli istifadəsi o vaxt ola bilər ki, yalnız o zaman atmosferin kükürdlü 
və digər birləşmələrin tullantılarından mühafizəsi üzrə bütün məsələlər həll 
edilsin.  Buna  metallurgiya,  energetika  və  digər  müəssisələrdə  tullantı 
qazları  və  hündür  tüstü  bacaların  (320  m-ə  qədər)  inşası  hesabına  nail 
olmaq olar. Düzdür 
280 


onlar baha başa gəlir, lakin ondan ucuz başa gələn yeni texnoloji qurğuların 
tətbiq  edilməsinin  iqtisadi  cəhətdən  daha  effektli  olsada  yenədə  hündür 
tüstü bacalanndan bəzi müəssisələrdə istifadə edilir. 
Rayonda  atmosferin  çirklənməsinin  çox  hissəsi  metallurgiya 
sənayesinin  və  nəqliyyat  təsərrüfatının  prosesləri  vasitəsilə  baş  verir. 
Sənaye  istehsalının,  xüsusilə  faydalı  qazıntıların  hasilatı  və  emalı 
tullantıları  ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması  məsələləri  üzrə 
başlıca obyektdir. 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  Gəncə-Qazax  iqtisadi 
rayonunda  xüsusilə,  Gəncə,  Daşkəsən  və  digər  sənaye  mərkəzlərində 
təbiətdən səmərəli istifadə etmək  məsələləri çox böyük diqqət tələb edir. 
Burada  müəssisələrdə  təmizləyici  qurğuların  yaradılması,  təbii  mühitin 
komponentlərinin vəziyyətinə nəzarət sisteminin xərcləri, əhalinin əmək və 
məişət şəraitinin daimi yaxşılaşdırılması ilə əlaqədar xərclər, Azərbaycanda 
ətraf mühitin mühafizəsinə çəkilən ümumi xərclərin böyük hissəsini təşkil 
edir. Rayonun qarşısında duran əsas ekoloji məsələlərdən su resurslarının 
mühafizəsi ilə yanaşı, keyfiyyətcə tükənən torpaq ehtiyatlarından səmərəli 
istifadə edilməsi və meşə fondunun mühafizəsi olduqca əhəmiyyətlidir. 
Tədqiqatlar  göstərir  ki,  rayonda  torpaq  şəraitinin  müxtəlifliyi  ilk 
növbədə relyefin mürəkkəb quruluşu ilə müəyyən olunur. Burada relyefin 
yüksək dağlıq, orta dağlıq, dağətəyi və düzənlik formalarında təsərrüfatın 
müxtəlif sahələri inkişaf etmişdir. Xüsusilə Gəncə-Qazax maili düzənlikləri 
əhalinin iqtisadi potensialının, sosial infrastrukturun əhəmiyyətli hissəsinin 
cəmləşdiyi  əsas  ərazidir.  Relyefin  əlverişli  sahələrində  əhalinin 
məskunlaşması və isteshalın inkişafı artdıqca, məhsuldar torpaqlardan da 
geniş istifadə edilmişdir. Burada təsərrüfat fəaliyyətinin ətraf mühitə gərgin 
təsiri ayrı- ayrı ərazilər üzrə çox aydın özünü göstərir. 
İqtisadi  rayonda  torpağın  keyfiyyət  və  kəmiyyət  dəyişikliyinə  üç 
mənbə güclü təsir göstərir: 
1)
 
Kənd təsərrüfatı istehsalı ilə əlaqədar torpaqların korlanması; 
2)
 
Dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar torpaqlann kor 
281 


lanması; 
3)
 
Sənaye,  kənd  təsərrüfatı  müəssisələrinin,  məişət  və  kommunal 
təsərrüfatının tullantıları ile torpaqların korlanması. 
Müşahidələr  göstərir  ki,  iqtisadi  rayonda,  xüsusilə  Şəmkir,  Samux, 
Göygöl  inzibati  rayonlarında  istixana  təsərrüfatının  geniş  inkişaf  etməsi 
tərəvəz  bolluğuna  şərait  yarataışdır.  Lakin  bu  təsərrüfatlarda  mineral 
gübrələrin  və  kimyəvi  dərmanlann  daha  geniş  tətbiqi  səmərəli  təşkil 
edilmədikdə,  torpağın  keyfiyyəti  aşağı  düşür,  məhsuldarlığı  azalmağa 
başlayır, intensiv suvarma  nəticəsində yaxınlıqdakı su hövzələri kimyəvi 
maddələrlə  zəhərlənir  və  əhalinin  sağlamlığı  üçün  ciddi  ekoloji  təhlükə 
yaradır [9]. 
Əsasən  kartofçuluğun  inkişaf  etdiyi  Gədəbəy,  Tovuz,  Daşkəsən, 
Şəmkir  inzibati  rayonlannda  yüksək  məhsul  götürmək  üçün  mineral 
gübrələrdən  və  kimyəvi  dərmanlardan  geniş  istifadə  edilir.  Yadda 
saxlamaq lazımdır ki, bu rayonların ərazilərindən axan çaylar, yeraltı sular 
və sərin bulaqlar həmin kimyəvi vasitələrlə korlanır və ekoloji gərginliyi 
artırır. 
Gəncə-Qazax  iqtisadi  rayonunda  torpaqlann  korlanmasında  dağ- 
mədən  sənayesinin  inkişafı  xüsusi  rol  oynayır.  Dağ-mədən  sənayesinin 
ekoloji  aspektləri  mineral-xammal  ehtiyatlarından  intensiv  istifadə 
edilməsindən  irəli  gəlir.  Mineral  xammal  ehtiyatlan  əsasında  Gəncədə, 
Daşkəsəndə, Gədəbəydə, Qazaxda dağ-mədən sənayesi ətraf mühitə nəzərə 
çarpacaq  dərəcədə  təsir  göstərir.  Mədənlərin,  sənaye  müəssisələrinin 
ətrafında  tonlarla  tullantılar  məhsuldar  torpaqları  altında  saxlayır.  Belə 
proses  istehsalla  təbiət  arasındakı  vəhdətin  müəyyən  qədər  pozulmasına 
səbəb olur. Mədənlərin istismar edilməsi, xammalın emal edilməsi torpağın 
korlanmasını artırır. Xammalın hasilatı zamanı toıpaqların məhsuldar qatı 
pozulur. Faydalı qazıntı xammalının emalı və istifadə edilməsi prosesində 
tullantılar yaranır və müxtəlif halda (sülb halda) yenidən təbiətə qaytarılır, 
ətraf mühiti korlayaraq iqtisadi-ekoloji problemlər yaradır. 
Buna  görə  də  münbit  məhsuldar  torpaq  ehtiyatlarına  malik  olan 
Gəncə-Qazax iqtisadi rayonunda mineral xammal tullantılanndan 
282 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə