Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə92/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   88   89   90   91   92   93   94   95   ...   119

səmərəli  istifadə  edilməsi,  onların  mənfi  təsirinə  qarşı  mübarizə 
tədbirlərinin  görülməsi  müasir  ETT-nin  inkişaf  səviyyəsinə  uyğun 
təkmilləşdirilməlidir. 
Aparılan  müşahidələr  göstərir  ki,  iqtisadi  rayonda  torpaqlar  digər 
səbəblər  nəticəsində  də  korlanır.  Gəncə-Qazax  maili  düzənliklərində  baş 
verən quraqlıq və suvarmanın düzgün aparılmaması, meşələrin qırılması ilə 
əlaqədar  geniş  sahələrdə  torpaq  eroziyası  müşahidə  edilir.  Nəticədə 
məhsuldar torpaqlann keyfiyyəti və miqdarı azalır. Onların yenidən bərpası 
çoxlu xərc tələb edir, bu da iqtisadiyyata böyük ziyan vurur. 
Bundan  başqa  rayonda  külək  və  su  eroziyası  şorlaşma,  Ceyrançöl 
otlaqlarından  düzgün  istifadə  edilməməsi,  bəzi  işbazların  icazəsiz  otlaq 
ərazilərini əkin yerlərinə çevirməsi nəticəsində hər il yüzlərlə hektar kənəd 
təsərrüfatına  yararlı  torpaqlar  sıradan  çıxır.  Rayonda  şəhərlərin,  digər 
yaşayış məntəqələrinin genişlənməsi, yeni yolların çəkilməsi ilə əlaqədar 
çoxlu torpaq sahəsi dövriyyədən çıxır. 
İqtisadi  rayonun  sosial-iqtisadi  inkişafında  qarşıya  qoyulan  əsas 
iqtisadi-ekoloji  məsələlərdən  biri  də  ərazinin  meşə  və  bitki  örtüyünün 
mühafizəsidir. Gəncə-Qazax iqtisadi rayonunun relyefi və iqlim şəraitinin 
müxtəlifliyinə  müvafiq  meşə  və  bitki  örtüyü  yayılmışdır.  Rayonun 
ərazilərində  əsasən  yarımsəhra  bitkiləri  üstünlük  təşkil  edir.  Orta  dağlıq 
qurşaqda əsasən palıd, vələs və fıstıq ağaclarının üstünlük təşkil etdiyi dağ 
meşələri yayılmışdır. Yüksək dağlıq ərazilərdə yay otlaqları subalp və alp 
çəmənlikləri  inkişaf  etmişdir.  Kürboyıı  düzənliklərdə  Tuqay  meşələri 
yayılmışdır. Rayonun meşələrində bitən palıd, fıstıq, vələs. Eldar şamı və 
digər  ağaclar  qiymətli  ağac  növləridir.  Gəncə-Qazax  iqtisadi  rayonunun 
meşələrinin  böyük  kurort,  sanitar-gigiyena,  qoruq,  su  və  tarlaqoru-  yucu 
əhəmiyyəti vardır. 
İqtisadi  rayonun  sosial-iqtisadi  inkişafında  onun  zəngin  və  müxtəlif 
resurslarından  istifadə  edilməsi  əsasında  yeni  iş  yerlərinin  açılması  ilə 
əlaqədar yeni istehsal sahələrinin yaradılması mühüm əhəmiyyətə malikdir. 
Belə  şəraitdə  rayonun  təbii  meşə  və  bitki  resurslarının  iqtisadi-coğrafi 
cəhətdən öyrənilməsi sənaye sahələri 
283 


üçün  yeni  xammal  mənbələrinin  yaradılmasına  təsir  göstərə  bilər. 
Məlumdur  ki,  müasir  dövrdə  təbii  bitki  resursları  sənaye  sahələrinin, 
xüsusilə  kimya,  meşə-kimya,  mebel,  selliloz-kağız,  yüngül,  yeyinti, 
mikrobiologiya,  əczaçılıq  və  digərlərinin  inkişafında  əhəmiyyətli  rol 
oynayır. Gəncə-Qazax iqtisadi rayonunun meşələrində çoxlu yabanı meyvə 
və giləmeyvələr ildə min tonlarla konserv istehsalının artınimasmda qida 
rolunu oynayır. Nadir dərman bitkiləri və bu bitkilərin toplanıb, əhalinin 
sağlamlığının qorunması üçün əczaçılıq sənayesini yerli xammal əsasında 
inkişaf etdirmək olar. 
Rayonun  iqtisadiyyatında  meşə  təsərrüfatının  əhəmiyyəti  böyükdür. 
Qeyd  edildiyi  kimi  rayonda  qiymətli  ağac  növləri  xeyli  yayılmışdır. 
Onlardan  qiymətli  məhsullar  istehsal  etmək  üçün  istifadə  etmək  olar. 
Yüksək keyfiyyətli parket, konyak üçün xüsusi çəlləklər, yeyinti sənayesi 
üçün tara və s. cürbəcür məhsullar almaq olar. Xüsusilə ağacdan müxtəlif 
milli suvenirlər istehsal etmək olar ki, buraya gələn qonaqlar hədiyyə kimi 
alıb aparsınlar. 
Müasir selliloz-kağız və meşə-kimya sənayesində qiymətli ağac növü 
olan  qovaq  mühüm  rol  oynayır.  Rayonda  qovaq  ağacı  alçaq  dağlıq 
ərazilərdə və bir sıra çay vadilərində yayılmışdır. Qeyd etmək lazımdır ki, 
Gəncə və Ağstafa rayonlannm ərazilərində bu ağacın mədəni əkinləri geniş 
yayılmışdır.  15-16  il  ərzində  hündürlüyü  21  metrə,  yoğunluğu  22  sm-ə 
çatır.  Belə  xüsusiyyətini  nəzərə  alıb  selliloz-kağız  sənayesini  inkişaf 
etdirmək üçün bu ağacın becərilən sahələrini genişləndirmək lazımdır. O 
rayonda  faner,  kibrit,  mebel  və  s.  istehsalını  yaratmağa  imkan  yaradar. 
Qovaq ağacının tullantılarından etil spirti, viskoz, süni lif, yüksək kefıyyətli 
selliloz  almaq  olur.  Respublikanın  bu  məhsullara  olan  tələbatının 
ödənilməsində  rayonun  rolu  artar.  Lakin  çox  təəssüf  ki,  bu  xammal  öz 
tətbiqini hələ layiqincə tapmayıb. 
Tədqiq edilən Gəncə-Qazax iqtisadi rayonunda yabanı bitkiləri inkişaf 
etdirmək  üçün  çox  böyük  təbii  və  iqtisadi  imkanlar  vardır.  Bununla 
əlaqədar  rayonda  ekoloji  mühiti  sağlamlaşdırmaq  üçün  süni  yolla  təbii 
bitkilərdən tarlaqoruyucu və torpaqqoruyucu meşə massivləri və zolaqları 
salınmasında geniş istifadə etmək olar. Özü 
284 


də  rayonun  şəhər  və  qəsəbələrində  nəqliyyat  yollarının  ətrafında 
yaşıllaşdırma  apararkən  təsadüfi  ağaclardan  yox,  təsəniıfat  əhəmiyyətli 
ağac növlərindən seçib əkmək lazımdır. Ərazidə təbii bitkiləri seçib inkişaf 
etdimıək üçün yalnız təbii amilləri deyil, həm də onların istifadə edilməsi 
zamanı iqtisadi səmərəliliyini hesaba almaq lazımdır. 
Əlavə olaraq onu qeyd etmək istərdik ki, rayonun meşə və təbii bitki 
potensialı olduqca rəngarəngdir, bu da onların tesənnifat cəhətdən dəyərini 
artırır. Təsəıxüfatın inkişafı üçün onların düzgün hesaba alınması ve daha 
səmərəli  istifadə  edilməsi,  onların  mühafizəsi  və  yenidən  bərpası  yolları 
axtarılmalıdır. Bu işə bitki resursları və onların mühafizəsinin öyrənilməsi 
ilə məşğul olan bütün mütəxəssisələrin birgə gücü kömək edə bilər. 
Gəncə-Qazax 
iqtisadi 
rayonunun 
mühüm 
sosial-iqtisadi 
problemlərindən  biri  də  onun  beynəlxalq  əhəmiyyətli  unikal  rekreasiya 
resurslarından səmərəli istifadə edilməsidir. 
Rayonun  coğrafi  şəraitinin  təhlili  göstərir  ki,  ərazinin  dağlıq  zonası 
soyuq  və  termal  mineral  bulaqlardan  ibarət  balneoloji  və  iqlim  kurortu 
rekreasiya  ehtiyatlarına  malikdir.  İqtisadi  rayonda  əsas  mineral  su 
mənbələri  Hacıkənddə,  Aşağı  Daşkəsəndə,  Yuxarı  Daşkəsəndə,  Narzan, 
Mormor, Alxancanlı, Qabaqtəpə, Gədəbəy, Slavyanka və s. olub tərkibinə 
və sutkalıq debitinə görə bir-birindən fərqlənirlər. Burada mineral bulaqlar 
tərkibinə  görə  fərqlənsələr  də  onların  ən  geniş  yayılmış  tipləri 
hidrokarbonatlı-xlorlu və hidrokarbonatlı-xlorlu-sulfidli sulardır. 
Mineral  sular  növündən  və  tərkibindən,  mineral  duzların  miqda- 
nndan,  müxtəlif  elementlərin-yod,  brom  və  s.,  karbon,  kükürd,  radon 
qazlannm olmasından asılı olaraq insan orqanizminə müəyyən fizioloji təsir 
göstərdiyinə görə müalicə məqsədilə istifadə edilir. 
Gəncə  şəhərindən  35  km  cənubda,  dəniz  səviyyəsindən  1566  m 
5mksəklikdə  yerləşən  Göygöl  dünyanın  ən  səfalı  dağ  göllərindən  biridir. 
Onun  sahillərində  ucalan  dağların  səthini  örtən  yaşıl  meşələr  ərazinin 
estetik  və  kurort-turizm  əhəmiyyətini  artırır.  İndi  dövlət  qoruğu  kimi 
mühafizə edilir. Lakin qeyri-neft sektorunun inkişaf 
285 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə