Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə94/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   90   91   92   93   94   95   96   97   ...   119

Naxçıvan iqtisadi rayonunun əsas təsərrüfat sahələri Araz çayının sol 
sahili  boyunca  uzanan  25-30  km  eni  olan  maili  düzənliklərdə  (Şərur, 
Böyükdüz,  Naxçıvan,  Culfa,  Ordubad)  yerləşir.  Ərazinin  qərb  və  şərq 
hissələrində  ən  çox  şoranlıqlara  rast  gəlinir  ki,  bu  da  ərazidə  kənd 
təsərrüfatının  inkişafını  çətinləşdirir.  Bundan  başqa  bu  ərazidə  bir  sıra 
çökəklik  sahələr  vardır.  Bunlardan  gələcəkdə  tikiləcək  sənaye 
müəssisələrinin  tullantılarının  yığılması  üçün  istifadə  etmək  olar.  Bütün 
düzənlik ərazilər üzrə zəngin qu- runt sulan çıxır. Bunlardan da yerli əhali 
köhnə  kəhriz  sistemlərində  təsərrüfat  məqsədləri  üçün  istifadə  edirlər. 
Düzənliklərin  ümumi  meyilliyi  Araz  çayına  tərəf  olduğundan  öz-özünə 
axan kanallar inşa etməklə həmin qurunt sularından təsərrüfatın müxtəlif 
sahələrində istifadə etmək olar. 
Yuxarıda qeyd edildi ki, iqtisadi rayonun ərazisinin əsas hissəsi dağlıq 
ərazi  olduğundan  rayonun  mövcud  təsərrüfatının  əsas  hissəsi,  xüsusilə 
sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri Arazboyu maili düzənliklərdə 
cəmləşmişdir.  Bütün  bunların  ətraf  mühitə  müəyyən  təsiri  rayonun  bu 
hissəsində ekoloji gərginliyi daha da yüksəldir. 
Naxçıvan iqtisadi rayonunun ərazisi seysmik zonada yerləşir, xüsusilə 
Zəngəzur dağ silsilələrində zəlzələnin gücü çox böyükdür (9 bala qədər). 
Eyni  zamanda  seysmik  cəhətdən  ən  təhlükəli  rayonlar  filiz  yataqlarının 
potensial  mənimsənilmiş  zonalandır.  Buna  görə  də  oralarda  dağ-mədən 
komplekslərinin  inşası  bövük  çətinliklər  yaradır.  Burada  yarnaclann 
səthinin  meylliliyi  5°  və  daha  yüksəkdir.  Yalnız  dağ  ətəyi  maili 
düzənliklərin meyilliliyi 0,5“-dən 3,0° qədər sənaye obyektlərinin tikintisi 
üçün əlverişlidir. 
Naxçıvan  iqtisadi  rayonunun  məhsuldar  qüvvələrinin  inkişafının 
əsaslandınimış  iqtisadi-ekoloji  məsələləri  hər  şeydən  əvvəl  su 
resurslarından  səmərəli  istifadə  edilməsi  və  mühafizəsi  ilə  əlaqədardır. 
Rayonun su ehtiyatlanm çaylar, göllər, süni su anbarları, yeraltı və mineral 
sular təşkil edir. 
İqtisadi  rayonun  çayları  Araz  çayı  hövzəsinə  aid  olan  Əlincəçay, 
Naxçıvançay, Ordubadçay, Arpaçay və sairdir. Rayonun çaylarının 
289 


illik  su  sərfi  100  mln.  m^-dən  çoxdur.  Bunun  60%-i  Arpaçayın  payına 
düşür. Naxçıvan iqtisadi rayonunda suvarma əkinçiliyinin və çaylarda illik 
su axınının bərabər olmamasına görə Araz və Arpaçay üzərində yaradılan 
su  anbarlarının  böyük  əhəmiyyəti  vardır.  Rayonun  su  ehtiyatlarının 
artırılmasında şirin sulu kiçik göllərin (Qanlı göl, Batabat gölü) əhəmiyyəti 
çox  böyükdür.  Rayonda  su  ehtiyatlan  və  su  istehlakı  demək  olar  ki, 
bərabərdir.  Lakin  mövsümlə  əlaqədar  olaraq  çaylarda  suyun  azalması  və 
çoxlaması onların yenidən qurulmasını və su təsəiTÜfatı sisteminin inkişaf 
etdirilməsini  tələb  edir.  Gələcəkdə  Araz  kaskadmın  və  digər  su 
obyektlərinin tikintisi, onun kənd təsərrüfatı və sənaye müəssisələrinin su 
təchizatım mühüm dərəcədə yaxşılaşdırar. 
Apanlan  tədqiqatlar  göstərir  ki,  rayonda  su  ehtiyatından  qənaətlə  və 
səmərəli  istifadə  edilməsi  su  mənbələrinin  çirklənmədən  qorunması, 
istehsalın və əhalinin suya olan tələbatının ödənilməsi ilə əlaqədardır. Bir 
sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğun- dur:-su tutumlu istehsal 
sahələrinin  optimal  surətdə  planlaşdırılması;  sənaye  və  məişətdən  çıxan 
çirkab  suların  təmizlənməsi  tədbirlərinə  nəzarətin  artırılması;  rayonun 
sosial-iqtisadi inkişaf planına uyğun tərtib edilmiş su təsərrüfatam Dövlət 
Proqramı  sxeminə  əsasən  istehsalın,  əhalinin,  şəhər  və  digər  yaşayış 
məntəqələrinin müasir və perspektiv tələbata uyğun su təsərrüfatı balansı 
tərtib etmək; müəssisələrdə sudan dövriyyəli və təkrar istifadə sistemlərinin 
gücünün artırılması; yenilərinin qurulması; su mənbələrinin çirklənmədən 
qorunmasının  yaxşılaşdırılması;  müvafiq  sənaye  qovşaqlarında  və 
mərkəzlərində  irihəcmli  mərkəzləşdirilmiş  su  təmizləmə  qurğularının 
yaradılması;  çaylara,  göllərə  axıdılan  çirkli  suda  olan  zərərli  maddələrin 
tərkibinin dəqiq öyrənilməsi və bunun su mənbələrinə axıdılmasmm qəti 
qadağan  edilməsi;  rayonda  torpaqların  yerləşmə  xüsusiyyətlərindən  asılı 
olaraq  mineral  gübrələrin  və  kimyəvi  maddələrin  verilməsinin  ciddi 
qaydaya salınması. 
Naxçıvan  iqtisadi  rayonunda  mineral  suların  hasilatı  və  onların  ola 
biləcək  çirklənmələrdən  qorunması  məsələləri  üzrə  tədqiqatlar  aparılır. 
Rayon zəngin mineral su ehtiyatlarına malikdir. Burada Ba 
290 


damlı,  Sirab,  Vayxır,  Darıdağ  və  s.  kimi  200-dən  artıq  müxtəlif  müalicə 
əhəmiyyətli  mineral  sular  vardır.  İqtisadi  rayonda  mineral  bulaqların  su 
ehtiyatlarından  səmərəli  istifadə  edilməsində  müəyyən  işlər  görülür. 
Rayonda  Darıdağ  termal  suyundan  karbon  qazının  alınması  və 
təmizlənməsi texnologiyasının əldə edilməsi və qablara doldurulan mineral 
sulara karbon qazının vurulması yerli xammal hesabına təmin edilir. Tərkibi 
müxtəlif  minerallarla  zəngin  olan  Vayxır,  Qəzəlvəng,  Cəhri,  Suramlı 
mineral bulaqlarından az istifadə edilir [47]. 
Əlavə olaraq qeyd etmək istərdik ki. Narzan tipli Badamlı və Borjom 
tipli Sirab suyu olan ölkəmizə “Priyer”, “Sarıkız” və s. kimi xaricdə istehsal 
olunan sular gətirilir. Halbuki iqtisadi rayonun mineral suları buraya çoxlu 
gəlir gətirə bilər. Həm də yerli əhalinin işlə təmin olunmasında mühüm rol 
oynayar. Qablaşdırılmış mineral sularıTürkiyə və İranın əraziləri vasitəsilə 
dünya bazanna çıxarmaq üçün əlverişli nəqliyyat yolları vardır. 
Aparılan tədqiqatlar göstərir ki, mineral sulann istifadəsi ilə əlaqədar 
müəyyən iqtisadi-ekoloji problemlər yaranır. Mineral suların təmizlənməsi 
zamanı  yaranan  tullantılar  ətraf  mühit  üçün  təhlükə  yaradır.  Bununla 
əlaqədar  mineral  suların  təmizlənməsi  üçün  texniki  cəhətdən  səmərəli 
texnoloji metodlann hazırlanması və istehsala tətbiq edilməsi işləri diqqət 
mərkəzində  olmalıdır.  Mineral  su  mənbələrinin  istifadə  edilməsi  qarşıda 
duran  üç  məsələni-  1)  mineral  su  mənbələrinin  təmiz  saxlanmasını;  2) 
mineral  suların  istehsalının  artınimasını;  3)  mineral  sulann  mexaniki 
üsullarla  təmizlənməsi  prosesində  alınan  müxtəlif  faydalı  elementlərin 
istifadəyə verilməsini əhatə edir. 
Naxçıvan  iqtisadi  rayonu  üçün  aktual  iqtisadi-ekoloji  problemlərdən 
biri də kənd təsərrüfatına yararlı torpaqların, xüsusilə əkin sahələrinin azlıq 
təşkil etməsidir. Rayonda ümumi torpaq fondunun 30%-i kənd təsərrüfatına 
yararlıdır. Kənd təsərrüfatına yararlı torpaqların 27%-dən 45%-dək biçənək 
və  otlaqlar,  10%-dən  çoxillik  bitkilər  üçün  istifadə  edilir.  Qalan  hissəsi 
dincə  qoyulmuş,  həyaty-  anı,  bağ  torpaqlarından  ibarətdir.  Rayonun 
torpaqlarını dağ-çəmən 
291 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə