Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə96/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   92   93   94   95   96   97   98   99   ...   119

aran heyvandarları böyük ziyan çəkir. 
Yuxan  Qarabağ  iqtisadi  rayonunun  ərazisinin  zəngin  mineral-  resurs 
potensialına  malik  olması  gələcəkdə  onun  iqtisadiyyatının  inkişafında 
mühüm  rol  oynayacaq.  Bu  mineral  ehtiyatlarından  Ağdərə  rayonunun 
ərazisində  mis,  qızıl,  Mehmanada  sink,  qurğuşun  filiz  yataqları  vardır. 
Qeyri-fıliz  ehtiyatlarından  Xocalı,  Ağdam,  Cəbrayıl  rayonları  ərazisində 
mərmər,  üzlük  daşı,  mişar  daşı,  me-  rgel,  gil,  qum,  əhəng  daşı  və  s. 
həmçinin  mineral  su  rayonun  iqtisadiyyatının  inkişafında  mühüm  rol 
oynayacaqdır. 
Gələcəkdə iqtisadi rayonda mövcud faydalı qazıntıların hasilatı, onun 
emalı müəssisələrinin yerləşdirilməsi, həmçinin bir çox istehsal sahələrinin 
inkişafı rayonun kompleks inkişafında mühüm rol oynayacaqdır. 
Mineral  xammal  ehtiyatları  əsasında  Yuxarı  Qarabağ  iqtisadi 
rayonunda yaranacaq ərazi-istehsal kompleksi istehsal sahələrinə, əhaliyə 
və  ətraf  mühitə  müxtəlif  dərəcədə  təsir  göstərəcəkdir.  Bununla  bərabər, 
burada təbiətdən səmərəli istifadə məsələlərinə indidən diqqətlə yanaşmaq 
lazımdır. 
Bu cəhətdən iqtisadi rayonun mineral ehtiyatlarından səmərəli istifadə 
yollannm  axtarışı  və  layihələşdirilməsinin  vaxtında  aparılması  olduqca 
əhəmiyyətlidir.  Həmçinin  ətraf  mühitin  vəziyyətinə  nəzarət  sistemində 
təmizləyici  sistemlərin  qoyulmasına  çəkilən  xərclər,  həmin  korlaşmış 
torpaqlann rekultivasiyası tədbirlərinə və s. işlərə çəkilən xərclər layihədə 
öz  əksini  tapmalıdır.  Gələcəkdə  rayonun  tikinti  materialları  xammalına 
artacaq  tələbatı  burada  çınqıl,  qum,  daş  və  mərmər  karxanalarının 
istifadəyə  verilməsi  ilə  ödəniləcəkdir.  Sözsüz  ki,  tikinti  materiallarının 
hasilatı  kaıxanaları  üçün  ayrılmış  torpaq  sahələri  artacaqdır  ki,  bu  da 
rayonda  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  azalmasına 
gətirəcəkdir. 
Yuxan Qarabağ iqtisadi rayonunun mühüm təbii sərvətlərindən biri də 
su  ehtiyatıdır.  Ölkənin  su  ehtiyatının  15%-i  rayonun  payına  düşür. 
Ərazidən  keçən  Tərtərçay,  Qaraçay,  Xaçmçayın  suları  rayonun  aran 
torpaqlannm  suvarılmasında,  məişətdə  geniş  istifadə  edilir.  Mənbəyini 
yüksək dağlardan götürən çaylar 3000-4000 m 
295 


hündürlükdən  Qarabağ  düzənliyinə  maili  qısa  məsafədə  sürətlə  axaraq 
güclü su enerjisi ehtiyatına malik olur. İqtisadi rayonun ərazisindən keçən 
çayın bəziləri üzərində bəndlər, su anbarları, suvarma kanallan yaradılmış 
və  su-elektrik  stansiyaları  qurulmuşdur.  Araz  çayının  Xudafərin  körpüsü 
erazisində  İranla  birlikdə  su-elektrik  stansiyasının  inşasına  başlanmışdır. 
Əlavə  olaraq  qeyd  etmək  istərdik  ki,  rayonun  işğal  altında  olan 
ərazilərindən  axıb  keçən  çayların  erməni  işğalçıları  tərəfindən 
çirkləndirilməsi. Sərsəng su anbarından axıb gələn suyun qarşısını kəsirlər, 
nəticədə Qarabağ düzənliyində yerləşən təsərrüfatlara və yerli əhaliyə xeyli 
ziyan dəyir və ekoloji tarazlıq pozulur. 
Bununla əlaqədar iqtisadi rayonda su mənbələrindən səmərəli istifadə 
etmək,  onların  çirkləndirilməsinin  qarşısını  almaq  üçün  bütün  tədbirləri 
nəzarət  altında  saxlamaq  məqsədilə  beynəlxalq  daimi  komissiyanın 
yaradılması ffiəqsədəuyğundur. 
Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  yeraltı  su  ehtiyatlan,  xüsusilə 
böyük  müalicə əhəmiyyəti olan mineral su ehtiyatları ilə zəngindir. Şuşa 
rayonu ərazisində yerləşən Şirlan və Turşsu mineral bulaqlan çox böyük 
müalicəvi əhəmiyyətə malikdir. Şirin sulu yeraltı sular Tərtər, Füzuli, Şuşa 
və  Cəbrayıl  inzibati  rayonlarının  ərazisində  geniş  yayılmışdır.  Yeraltı 
sulardan suvarmada istifadə edilir. Onlann mühafizəsinin mühüm ekoloji 
əhəmiyyəti vardır. 
Yuxarı Qarabağ iqtisadi rayonunun torpaq örtüyü müxtəlifdir. Torpaq 
örtüyündə  dağ-çəmən  (7,3%),  dağ-meşə  (20%),  qəhvəyi  (37,6%),  qara 
torpaqlar (8,7%), şabalıdı (26,7%) torpaqlar yayılmışdır. Ekoloji cəhətdən 
ərazinin  mənimsənilməsində  meyllilik  dərəcəsi  mühüm  göstəricidir:  0-6° 
(25%),  10-15°  (16,5%)  və  15°-dən  çox  11,6  %-dir.  Rayonun  dağlıq  və 
dağətəyi  rayonlarında  kənd  təsərrüfatına  yararlı  torpaqların  63-70%-i  su, 
külək  eroziyasına,  geoloji  eroziyaya  məruz  qalmışdır.  Belə  ərazilər  yay 
otlaqları,  meşələr  olan  sahələrdə  geniş  yayılmışdır.  Rayonda  torpaq 
eroziyasına  qarşı  təsirli  tədbirlərin  görülməsi  mühüm  iqtisadi-ekoloji 
problemlərdəndir. 
Ərazinin iqlim-torpaq potensialları çox yüksəkdir. Burada üzüm- 
296 


-çülüyün,  pambıqçılığın,  taxılçılığın,  heyvandarlığın  inkişafı  üçün 
təbii-iqtisadi  imkanlar  genişdir.  Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  kənd 
təsərrüfatına yararlı torpaqlann iqtisadi-ekoloji problemləri onların mineral 
gübrələr  və  kimyəvi  maddələrlə  çirkləndirilməsi-  dir.  Bəzən  bunlardan 
normadan  artıq  istifadə  edilən  sahələrdə  torpağın  və  yeraltı  suların 
keyfiyyətinin  pisləşməsinə  səbəb  olur.  Hal-hazırda  rayonun  torpaqlarına 
çox  mənfi  təsir  göstərən  erməni  işğalıdır.  Müharibə  zonalarında  dağıdıcı 
silahlardan və ağır texnikadan çox istifadə edilən ərazilərdə nazik torpaq 
qatı, eroziyaya meylli dağ yamadan çox böyük təsirə məruz qalır. Rayonun 
dağlıq  ərazilərinin  ekologiyasına  dəyən  zərərin həcmini  artırır. Müharibə 
zonalarında  apanlan  hərbi  əməliyyatların  dağıdıcı  iqtisadi-ekoloji 
fəlakətlərinin  mənfi  təsiri  qonşu  rayonlara  keçir.  Son  vaxtlar  müxtəlif 
gəmiricilərin,  ziyanvericilərin  işğal  olunmuş  ərazilərdən  yaxınlıqda 
becərilən tarlalara keçib gəlməsi barədə tez-tez televiziyada və mətbuatda 
xəbərlər yayılır. Həmçinin cəbhə zonasında ermənilər bilərəkdən yanğınlar 
törədir  və  bu  yanğınlar  düzənlikdəki  kəndlərin  ərazilərinə  doğru  yayılır. 
Nəticədə yerli əhaliyə və Qarabağın bütün ekosisteminə böyük ziyan dəyir. 
Qeyd edildiyi kimi Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadi ekoloji 
problemlərin  mənbəyi  burada  baş  verən  erməni  işğalçılarının  törətdiyi 
müharibədir. Burada aparılan intensiv atışmalar rayonun həm torpaq, həm 
də meşə örtüyünə ziyan vurur. Ərazinin 85%-i meşələrlə örtülüdür. Meşələr 
əsasən Qarabağ silsiləsinin şimal-qərb yamaclarında 800-1500 metr, bəzi 
yerlərdə  isə  2000  metrə  qədər  yüksəkliklərdə  yayılmışdır.  Tərtərçay, 
İnciçay  və  Torağay  hövzələrində  də  meşə  massivləri  vardır.  İqtisadi 
rayonun meşə fondunun ümumi sahəsi 150 min hektara yaxındır. 20 ildən 
bəri işğal altında olan sənaye əhəmiyyətli çoxillik və nadir ağacları kəsərək 
mebel  və  oduncaq  materialları  kimi  xarici  bazara  satışa  çıxarırlar.  Meşə 
ehtiyatlarının  intensiv  qırılması,  sürüşmə  hadisələrinin  baş  verməsini, 
çayların suyunun azalmasını və s. sürətləndirir. 
Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisində fəaliyyət göstərən hərbi 
əməliyyatlar ərazinin ümumi rekreasiya ehtiyatlarının istifa 
297 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə