Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə104/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   100   101   102   103   104   105   106   107   ...   119

man  bitkiləri  geniş  yayılmışdır.  Bu  bitkilərin  əsasında  burada  əczaçılıq 
sənayesinin  inkişaf  etdirilməsi  yerli  əmək  ehtiyatlarından  səmərəli 
istifadəyə şərait yaradar. Bu bitkilərin toplanması xeyli işçi qüvvəsi tələb 
edir  ki,  bu  da  rayonda  yerli  əhalinin  işlə  təmin  edilməsində  mühüm  rol 
oynayır. 
Rayonda  geniş  yayılmış  müalicə  əhəmiyyətli  biyan  bitkisi  geniş 
yayılmışdır.  Biyan  suvarma  və  şor  kanallar  boyunca  çox  yayılmışdır. 
Yüksək  müalicə  əhəmiyyəti  olan  biyanın  köklərindən  bir  çox  kimyəvi 
maddələr də alınır. Məsələn efir yağı, C vitamini, qlükoza, saxaroza və s. 
Bu bitkinin kökündən hazırlanan dənnanlar bronxial astma, mədə-bağırsaq 
xəstəliklərinə  və  s.  qarşı  işlədilir.  Aran  iqtisadi  rayonunda  Gülxətmi 
(bəlğəm otu), xalq arasında üzərlik kimi tanınan bitkinin toxumundan və 
kökündən alınan dərman əsəb sisteminin fəaliyyətə gətirilməsində istifadə 
edilir. Çay dərələrində və yol kənarlarında geniş yayılmış dəlibəng bitkisi, 
bronxial ast- ması, öyüməyə qarşı və əsəb sakitləşdirici kimi istifadə edilir. 
Aran  iqtisadi  rayonunda  meşə  örtüyü  geniş  yayılmayıb.  Kür  çayının 
sahilləri  boyu  ensiz  tuqay  meşələri  yerləşir.  Çayın  aşağı  axarlarında 
qırılmış  ağacların  yerində  yulğun  kolları  bitir.  Kür-Araz  ovalığının 
enliyarpaqlı meşələrində uzunsaplaq palıdın üstünlük təşkil etdiyi sahələr 
talalar  şəklində  tuqay  meşələrinə  yaxın  ərazi-  lərdə-Kür  çayı  sahili  boyu 
Şirvan  düzündə,  Qarabağ  düzündə.  Yuxarı  Qarabağ  kanalının  ətrafında 
saxlanılmışdı.  Burada  20-25  metr  hündürlüyündə  olan  palıd  ağacları  ilə 
yanaşı qovaq, tut, Xəzər iydəsi vardır. Bu meşələrdə yemişan, nar, zirinc, 
əzgil, ağtikan, böyürtkən boldur. Şirvan düzünün şimalında ardıc və saqqız 
ağacları, Bərdə və Ağcabədi rayonlannm ərazilərində yerləşən Sultan- bud 
meşəsi,  əsasən  seyrək  saqqız  ağaclarından  ibarətdir.  İqtisadi  rayonun 
ərazisində  meşəlik  sahələr  keçən  əsrin  əvvəllərinə  nisbətən  10-15  dəfə 
azalmışdır. Hazırda rayonun ərazisində 94,3 min hektar meşə sahəsi vardır. 
Aran iqtisadi rayonunda Kür çayı boyunca yerləşən meşəliklər sahillərə 
gözəlliklər  verir.  Torpaq  qoruyucu  meşəliklər  həmin  ərazilərdə  iqlimi 
yaxşılaşdırmaqla bərabər əkin sahələrinin məhsul 
319 


darlığının çoxalmasına şərait yaradır. 
İqtisadi  rayonun  bəzi  ərazilərində,  məsələn  Beyləqan,  İmişli  inzibati 
rayonlarında  vaxtilə  geniş  sahələrdə  tarlaqoruyucu  meşə  zolaqları 
baxımsızlıq və vaxtında su verilməməsi üzündən istifadə üçün yararsız hala 
düşmüşdür. Adı çəkilən rayonlarda meşə zolaqlarının salınması, magistral 
yolların,  əkin  sahələrinin  ətrafında  meşəliklərin  salınmasının  mühüm 
sağlamlıq və iqtisadi əhəmiyyəti vardır. 
Ai’an iqtisadi rayonunda meşəliklərin səmərəli salınması, ağac və kol 
növlərinin  ekoloji  şəraitinə  uyğun  olaraq  düzgün  seçilməsindən  çox 
asılıdır. Düzən ərazilərdə meşə zolaqları salınarkən məhsuldar ağac və kol 
bitki növlərindən daha çox istifadə edilməlidir. 
İqtisadi  rayonun  ərazisində  tez  böyüyən  ağac  növlərindən  qovaq 
ağacının inkişaf etdirilməsi üçün əlverişli təbii-iqlim şəraiti vardır. Qovaq 
tez  böyüyən  ağacdır.  O,  15-16  il  ərzində  boyu  21  metrə,  gövdəsinin 
qalınlığı 22 sm-ə çatır. Ümumi ehtiyatı 1 hektar sahədə 700 m^ təşkil edir. 
Apanlan  təcrübələr  göstərir  ki, Kür-Araz  ovalığında qovağın  möhkəm  və 
daha  sürətlə  böyüyən  növünü  becərmək  olar.  Belə  halda  o  sənayenin 
oduncaq xammalına olan tələbatını ödəmək üçün çox sərfəli və perspektivli 
ağac  növüdür.  Yaxın  15-16  ilə  rayonda  meşə  sənayesini,  xüsusilə 
sellüloz-kağız  istehsalını  yaratmaq  üçün  indidən  qovaq  ağacının  əkin 
sahələrini  genişləndirmək  yaxşı  olardı.  Həmçinin  rayonda  yaşıllıq 
sahələrini genişləndirilməklə ekoloji gərginliyi azaltmaq olar. 
5.4.
 
Lənkəran-Tahş makrotəbii regionun iqtisadi-ekoloji 
problemləri 
Tədqiq  edilən  region  respublikanın  cənub-şərqində  Xəzər  dənizinin 
sahilində yerləşir. Regionun ərazisi təbii şəraitinə görə Lənkəran ovalığı və 
Talış  dağlarından  ibarət  iki  hissəyə  ayrılır.  Relyef  və  landşaft 
xüsusiyyətlərinə  görə,  bu  iki  hissə  bir-birindən  fərqlənsələr  də,  lakin 
istehsalın  ayrı-ayrı  sahələri  arasında  qarşılıqlı  əlaqələrin  və  bağlılığın 
olması,  ərazini  bütövləşdirərək  müəyyən  sərhəd  daxilində  təbii-iqtisadi 
sistem olub geniş əraziyə malik Lən- 
320 


kəran-Talış makrotəbii regionu kimi aynimışdır. 
Regionun  sosial-iqtisadi  inkişafı  üçün  çox  əlverişli  təbii-iqtisadi 
imkanlar  vardır.  Lənkəran-Talış  makrotəbii  regionunda  təbii  mühitlə 
təsərrüfatın  qarşılıqlı  təsirinin  problemləri  region  üçün  xarakterik  olan 
mülayim  isti  iqlim,  məhsuldar  torpaqlar  və  su  ehtiyatlan  əsasında 
formalaşan  intensiv  kənd  təsərrüfatı  istehsalı  və  kənd  əhalisinin  yüksək 
sıxlığı  ilə  əlaqədardır.  Kənd  təsərrüfatına  yararlı  torpaqlardan  intensiv 
istifadə  edilməsi,  torpaq  və  bitki  örtüyünün  vəziyyətinin  pisləşməsinə, 
həmçinin su tutarlara və hava hövzəsinə zərərli təsir göstərərək iqtisadi  - 
ekoloji gərginliyin artmasına gətirmişdir. 
Lənkəran-Talış makrotəbii regionunda torpaq fondunun azlığı burada 
kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahəsini  genişləndimıək  imkanlannı 
məhdudlaşdırır.  Region  üçün  çox  mühüm  məsələlərdən  biri  torpaq 
ehtiyatlarından  kompleks  və  səmərəli  istifadə  edilməsidir.  Torpaqlarda 
səmərəli  meliorativ  tədbirlərin  tətbiq  ediim.əsi  kənd  təsəniifatı  istehsalı 
üçün yararlı olmayan torpaqların, yaşayış və sənaye tikililəri üçün ehtiyat 
torpaq zonalarının ayrılması, torpaq fondunun quruluşuna və ondan istifadə 
edilməsinə böyük təsir edər. 
Lənkəran-Talış 
makrotəbii 
regionunun 
əsas 
iqtisadi-ekoloji 
problemləri,  ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsi  prosesində  su 
ehtiyatlarından,  torpaq  və  meşə  fondundan,  rekreasiya  ehtiyatlarından 
istifadə  edilməsində  cəmiyyət  və  ətraf  mühit  arasında  dinamik  tarazlığın 
saxlanılması ilə əlaqədardır. 
Kür-Araz  makrotəbii  regionu  kimi  Lənkəran-Talış  maki’otəbii 
regionunun da tərkibinə bir iqtisadi-coğrafi rayon daxildir. Bu “Azerbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  (2004-2008-ci  illər) 
Dövlət  Proqramf’nda  Lmkəran  iqtisadi  rayonu  adlandırılmışdır.  İqtisadi 
rayonun sahəsi 6,08 min km^ olmaqla ölkə ərazisinin 7 faizini, əhalisinin 
sayı 821 min nəfər olmaqla ölkə əhalisinin 9,5 faizini təşkil edir. Rayonda 
əhalinin  orta  sıxlığı  1  km^  -ə  125  nəfər,  ərazinin  ovalıq  hissəsində  bu 
göstərici 170 nəfərdir. Ən yüksək təbii artıma malik rayondur. 
Region üçün yuxarıda qeyd edilən ekoloji problemlər elə iqti 
321 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə