Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə106/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   102   103   104   105   106   107   108   109   ...   119

səviyyəsinin  1978-ci  ildən  qalxması  nəticəsində  Lənkəran  iqtisadi 
rayonunun 35.660 hektar ərazisi, Astara inzibati rayonunun 1.050 hektar 
ərazisi  su  altında  qalmışdır.  Nəticədə  həmin  təsərrüfat  sahələrinə  böyük 
ziyan  dəymişdir.  Bunun  üçün  mühafizə  tədbirləri  ƏMMMFP-nın  ilkin 
variantında təklif olunan fəaliyyət növlərinə daxil edilmişdir [3]. Bu sahədə 
rayonun ərazisində hazırda mühafizə tədbirləri görülür. 
Lənkəran iqtisadi rayonunun başlıca məhsuldar qüvvələrindən torpaq 
ən mühüm istehsal vasitəsidir. Rayonun torpaq örtüyü müxtəlifdir. Torpaq 
örtüyünün 1,5 faizi dağ-çəmən, 16,9 faizi dağ- meşə, 23,9 faizi qəhvəyi, 5,3 
faizi şabalıdı, 19,4 faizi sarı, 32,6 faizi boz torpaqlardır. İqtisadi rayonun 
düzənlik ərazilərində bataqhqlaş- mış torpaqların sahəsi 9 min hektardır. 
Rayonun ümumi torpaq fondu 638 min hektardır, onun azlığı burada kənd 
təsərrüfatı  bitkilərinin  əkin  sahəsini  genişləndirmək  imkanlarını 
məhdudlaşdırır.  Ümumi  torpaq  fondunun  cəmi  102,6  min  hektarı  (16%) 
kənd tə- sənäjfatı bitkilərinin əkin sahəsini təşkil edir. 
İqtisadi rayonun kənd təsərrüfatında əsas yeri əkinçilik tutur. Ümumi 
məhsul istehsalının 85 faizi əkinçiliyin payına düşür. Rayon tərəvəzçiliyin, 
kartofçuluğun,  üzümçülüyün,  taxılçılığın,  çayçılığın,  müxtəlif  sitrus 
bitkilərinin və s. inkişafı üçün mühüm təbii-toıpaq potensialına malikdir. 
Bununla əlaqədar iqtisadi rayonda torpaqlardan səmərəli istifadə edilməsi 
və  onların  mühafizəsi  əsas  iqtisadi-  ekoloji  problemlərdən  biridir.  Bəzi 
ərazilərdə  ifrat  rütubətlənmiş  torpaqların  qurudulması,  əkin  yerlərinin 
tikinti obyektləri üçün ay- nlmasmm ciddi nəzarətdə saxlanılması, sürüşmə 
və  sel  hadisələri  nəticəsində  korlanmış  torpaqların  bərpa  edilməsi  əsas 
problemlərdən biridir. 
Azərbaycanda  sıx  meşə  örtüyünə  malik  olan  Lənkəran  iqtisadi 
rayonunun ərazisinin 25 faizini meşələr təşkil edir. Başlıca olaraq meşələr 
ərazinin  qərb  və  cənub  tərəfindən  yüksələn  Talış  dağlarını  əhatə  edir. 
Meşələr əsasən Astara inzibati rayonunun (60%) ərazisində cəmlənmişdir. 
Rayonun  meşələrini  nadir  və  relikt  ağac  növlərindən  dəmirağacı, 
şabahdyarpaqlı palıd, vələs, şərq fıstığı, cökə, 
325 


ipək akasiyası, məxməri ağcaqayın təşkil edir. 
İqtisadi  rayonun  meşələri,  tarlaqonayucu,  suqoruyucu,  iqlimfor- 
malaşdırıcı əhəmiyyətə malikdir. Lakin Lənkəran düzənlik meşələri keçmiş 
zamanlardan bəri kənd təsərrüfatında istifadə məqsədilə məhv edilmişdir. 
Düzən  meşələrin  axırmeı  qalıqlannm  xeyli  hissəsi  isə  çay  və  sitrus 
plantasiyaları  salınarkən  qırılmışdır.  Burada  meşələri  mühafizə  etmək 
məqsədilə  Hirkan  Milli  parkı  təşkil  edilmişdir.  Sahəsi  4576  hektar  olan 
Milli  Parkın  ərazisində  əsasən  relikt  və  endemik  ağae  növlərindən  olan 
dəmirağacı,  şabalıdyarpaqlı  palıd,  Qafqaz  xunnası,  Lənkəran  akasiyası. 
Hirkan ənciri və s. bitkilər qorunur. 
İqtisadi rayonun meşələri oduncaq tədarükü və ağac emalı sənayesinin 
inkişaf etdirilməsi üçün kifayət qədər ehtiyata malikdir. Burada ağac emalı 
sənayesi mebel, parket, şitilliklər üçün əyrilər, konserv, tərəvəz və çay üçün 
müxtəlif  ölçülü  qutular  hazırlayır.  Gələcəkdə  rayona  çoxlu  turistlərin 
gəlməsi  ilə  əlaqədar  ağacdan  yerli  xalq  sənətkarlıq  məmulatlarının 
hazırlanması üçün geniş imkanlar vardır. 
Lənkəran  iqtisadi  rayonu  zəngin  kurort-rekreasiya  ehtiyatlarına 
malikdir. Rayon özünəməxsus qeyri-adi qəribə landşaft və təbiət abidələri 
ilə seçilir. Qızılağac körfəzindən başlayaraq İranla dövlət sərhəddinə qədər 
78  km  uzanan  dəniz  sahili  terrasdan  sonra  düzənlik  meşələr  və 
çəmənliklərin  qərb  və  cənub-qərbindən  Talış  dağları  ilə  əhatələnməsi 
ərazidə  özünəməxsus  gözəllik  yaradır.  İstisu  meşələri,  Xanbulançay, 
Lövani su anbarları, qeyri-adi qəribə landşaft ilə turistləri cəlb edən görməli 
yerlərdir. 
İqtisadi rayonun ərazisinin özünəməxsus mənzərələri ilə seçilən təbiət 
abidələri vardır. Bunlardan Xəzərin sahilində yayılmış çay daşları, müxtəlif 
köçəri  quşların  qışladığı  Qızılağac  qoruğu,  yanar  bulaqlar  və  s.  təbiət 
abidələri  buraya  gələn  turistlər  və  qonaqlar  üçün  çox  maraqlıdır.  Hirkan 
milli  parkında  üçüncü  dövrdən  qalmış  nadir  və  relikt  ağaclar  qorunub 
saxlanılmışdır ki, bu da qeyri-adi qəribə landşaftları olan yerlərə səyahətlər 
üçün əlverişli ərazilər- dəndir. Lənkəran iqtisadi rayonu kurort-rekreasiya 
ehtiyatlarından 
326 


əhəmiyyətli  olan  soyuq  və  isti  mineral  bulaqların  rolu  çox  böyükdür. 
Rayonda mineral və termal suların  ümumi debiti 662,4 min litr/sutkadan 
çoxdur.  Burada  yerləşən  mineral  bulaqların  çox  yaxşı  müalicə 
xüsusiyyətləri  vardır.  Təkcə  Astara  inzibati  rayonunun  ərazisində  20-yə 
qədər  mineral  bulaq  yataqları  aşkar  edilmişdir.  Bunlardan  Ərkivan  və 
Taxtakəran  mineral  bulaqlarının  da  suyunun  temperaturu  35-50°C-dir. 
Mineral bulaqlardan olan Acışor bulağı yüksək minerallaşma xüsusiyyətinə 
malik  olub  debiti  200  min  litr/sutkadır.  Lənkəran  inzibati  rayonundakı 
Yuxarı  və  Aşağı  Lənkəran,  Hövzava,  Həfthoni,  Meşəsu,  İbadısu  və  s. 
bulaqlarının  tərkibi  kükürdlə  və  müalicə  əhəmiyyətli  mineral  maddələrlə 
zəngindir. Bu bulaqlar ildə yüz minlərlə kubmetr su verir. 
Əlavə olaraq qeyd etmək istərdik ki, Lənkəranın termal bulaqlarından 
yerli  əhali  hələ  XIX  əsrin  20-30-cu  illərində  bəsit  vannalar  yaradaraq 
onlardan  istifadə  edirdilər.  Sonralar  həmin  əsrin  60-cı  illərində  isə 
bulaqların yaxınlığında xəstələr üçün yaşayış binaları tikilmişdir. Hazırda 
yerli  əhali  mineral  bulaqlardan  müalicə  üçün  geniş  istifadə  edir.  Lerik, 
Yardımlı, Masallı inzibati rayonları erazilərində müalicə əhəmiyyətli çoxlu 
mineral  bulaqlar  vardır.  Masallı  inzibati  rayonunun  termal  bulaqları 
əsasında müasir tipli müalicə istirahət mərkəzləri yaradılmışdır. 
Monoqrafiyanı təqdim edən müəllifin özü 2011-ci ildə Astara inzibati 
rayonu ərazisində başlı-başına axıb gedən termal bulaqlardan birində, süni 
şəkildə düzəldilmiş sututarda vanna qəbul etmiş, dabanında və dizində olan 
ağrılar  bir  ilə  yaxın,  tamam  götürülmüşdür.  Əfsuslar  olsun  ki,  həmin 
bulaqlar  üzərində  müasir  tipli  müalicə  vannalarının  tikilməsi  heç  kimin 
yadına  düşmür.  Lənkəran  iqtisadi  rayonunun  təbii  məhsuldar  qüvvələri 
onun  özünəməxsus  təsərrüfat  sahələrinin  formalaşmasında  əhalinin 
yerləşməsi və məskunlaşmasında mühüm rol oynayır. 
Respublika  regionlarının  2004-2008-ci  və  2009-2013-cü  illərdə 
sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramında  Lənkəran  iqtisadi 
rayonunun  yerli  təbii  xammal  potensialından  istifadə  etməklə  bir  sıra 
sənaye və sosial obyektlərinin tikilməsi planlaşdırılmışdır. 
327 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə