Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə103/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   99   100   101   102   103   104   105   106   ...   119

loji problemlərdir. 
İqtisadi  rayonun  əraziisndə  Mil  və  Qarabağ  düzlərinin  torpaq  örtüyü 
şabalıdı və boz-qonur torpaqlardan ibarətdir. Bu torpaqlarda pambıq, taxıl, 
müxtəlif  meyvələr  və  üzüm  yetişdirilir.  Burada  kənd  təsərrüfatı suvarma 
əkinçiliyinə  əsaslanır,  məhsuldar  torpaqlanndan  intensiv  surətdə  istifadə 
edilməsi aqrotexniki qaydalara əməl edilməməsi şəraitində torpaqların təbii 
məhsuldarlığına  çox  pis  təsir  göstərərək  ekoloji  gərginlik  yaradır  və 
torpaqların strukturunu pozur. 
Ərazidə  torpağın  müntəzəm  artan  kəskin  şoranlaşması  əsasən  sudan 
istifadənin  aşağı  səviyyədə  idarə  olunması,  drenaj  sistemlərinin  gücünün 
azalması, ətrafa sızan və dağılan sular, qızmar günəş altında gedən güclü 
buxarlanma  torpaqlann  məhsuldarlığının  azalmasına  və  şoranlaşmasına 
səbəb  olur.  Mil  və  Qarabağ  düzlərində  71,0  min  hektar  torpaq 
şoranlaşmaya məruz qalmışdır. 
Aran  iqtisadi  rayonunda  Mil  və  Qarabağ  düzlərində  torpaqlann 
eroziyaya  məruz  qalması  müşahidə  edilmişdir.  Bu  ərazilərdə  külək 
eroziyası  əkin  sahələrinə  hər  il  külli  miqdarda  zərər  vurur.  Tədqiqatlar 
göstərir  ki,  külək  2-3  sm  qalınlığında  sovrulmuş  torpaq  qatı  ilə  hər 
hektardan çoxlu miqdarda çürüntü, mineral maddələr aparır. Burada hətta 
becərilən  torpaq  sahələri  belə  66,8  min  hektar  külək  eroziyasına  məruz 
qalmışdır. 
Əlavə olaraq onu deyə bilərik ki, ərazidə bol yeraltı şirin su ehtiyatları 
vardır. Burada fəaliyyətdə olan artezian quyulan su təsərrüfatını, həmçinin 
əhalini  su  ilə  təmin  edir.  Bu  quyular  lazım  oldu-  olmadı  tələbatdan  asılı 
olmayaraq  il  boyu  yerdən  suyu  çıxarır,  bu  da  ətrafa  yayılaraq  kiçik 
sahələrdə  bataqlıqlar  yaradır.  Sonralar  bu  bataqlıqlar  güclü  buxarlanma 
nəticəsində  quruyaraq  şoranlıqlara  çevrilir  və  ərazidə  ekoloji  gərginliyi 
artırır. Ona görə də yeraltı suları qorumaq, onlardan səmərəli istifadə etmək 
vacib məsələlərdən biridir. 
Aran  iqtisadi  rayonunun  daxilində  yerləşən  Muğan-Salyan  düzləri 
intensiv  suvarma  əkinçiliyinin  inkişaf  etdiyi  ərazilərdir.  Muğan  düzünün 
şimal-qərb və mərkəz hissəsi boz, şoran, çəmən, 
316 


çəmən-bataqlıq,  boz-qonur  torpaqlarla  örtülüdür.  Salyan  düzünün 
torpaqları  isə  əsasən  şoranlıqlardan  və  boz  şoran  torpaqlardan  ibarətdir. 
İstər Muğan düzünün, istərsə də, Salyan düzünün suvarılan torpaqlarında 
pambıq,  taxıl,  yonca,  bostan-tərəvəz  və  s.  bitkilər  əkilir.  Rayonun 
Cənub-Şərqi Şirvan düzünün torpaq öıtüyü Muğan düzünün torpaqlarına 
çox oxşardır. Düzənliklərin əhatə etdiyi ümumi torpaq sahəsinin 63 faizi 
kənd təsərrüfatı üçün yararlıdır. Bu yararlı torpaqların yarıdan çoxu əkin 
üçün istifadə edilir, bunun da 90 faizi suvarılır. 
Muğan  və  Salyan  düzlərində  97,6  min  hektara  yaxın  şoranlaşmış 
torpaqlar yayılmışdır. Əkinə yararlı sahələrdə şoranlaşmış torpaqların 41,3 
min hektarı Muğan və Salyan düzlərində inkişaf etmişdir. Bu düzlərdə 17,6 
min hektara yaxın torpaqlar eroziya prosesinə məruz qalmışdır. 
Bundan başqa iqtisadi rayonda torpaqlar hasilat sənayesinin fəaliyyəti 
nəticəsində də korlanmışdır. Yuxarıda qeyd edildiyi kimi bu əsasən neft və 
qaz  hasilatı  və  tikinti  materiallarının  hasilatı  ilə  əlaqədar  baş  vermişdir. 
Ərazidə neft-qaz hasilatı zamanı 100 hektar, tikinti materiallarının hasilatı 
ilə 120,2 hektar yararlı torpaqlar korlanmışdır. 
Apanlan  tədqiqatların  təhlili  göstərir  ki,  iqtisadi  rayonun  kənd 
təsərrüfatında  istifadə  edilən  əksər  torpaqlar  üçün  müxtəlif  dərəcədə 
münbitliyin  azalması  prosesi  səciyyəvidir.  Buna  səbəb  bir  qayda  olaraq 
torpaqların  düzgün  istifadə  olunmamasıdır.  Bu  isə  özlüyündə 
deqradasiyanı  artırır,  mədəni  bitkilərlə  mühit  arasında  iqtisadi-ekoloji 
tarazlığı pozur. 
Aran  iqtisadi  rayonunun  bəzi  hissələrində  müxtəlif  dərəcədə 
şoranlaşmış  və  bataqlıqlaşmaş  torpaqların  inkişaf  etdiyini  qeyd  etdik. 
Mexaniki cəhətdən yetkin olmayan suvarma işlərinin intensiv aparılması, 
torpaqda  açıq  su  kanalları  bu  torpaqlarda  gedən  şoranlaşma  prosesini 
dəfələrlə artırmışdır. Suvarma sistemləri ilə suvarma sularının 30-40 faizi 
torpaqların aşağı qatlarına sızılır. Bu sızılan sular Kür və Araz çaylarına, 
yeraltı  şirin  sulara  daxil  olaraq  onlarda  zərərli  duzların  miqdarını  artırır. 
Nəticədə göstərilən çayların və ye 
317 


raltı şirin suların suyu həm içmək üçün, həm də suvarma üçün çox zərərli 
olacaqdır. Buna görə də belə mənfi təsirlərin qarşısı vaxtında alınmalıdır. 
Statistik  məlumatlara  əsasən  deyə  bilərik  ki,  rayonda  torpaqlann  25-30 
faizə  qədəri  müxtəlif  dərəcədə  şoranlaşmışdır,  bu  da  böyük  miqdarda 
torpaq sahələrinin istifadədən çıxması deməkdir. 
Aran  iqtisadi  rayonunda  torpaq  örtüyünün  ərazi  üzrə  yerləşməsinin 
təhlili  göstərir  ki,  burada  torpaqların  mühafizəsi  və  bərpası  üzrə  bir  sıra 
tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Rayonun sosial- iqtisadi 
inkişafının təmin edilməsilə əlaqədar ilk növbədə torpaqların meliorasiya 
yolu  ilə  saflaşdıniması,  ərazidə  kənd  təsərrüfatının  inkişafında  mühüm 
əhəmiyyət kəsb edir. Sonra ərazini bütövlükdə eroziya prosesinin gedişinə 
qarşı hazırlamaq, şırımlarla əkin aparmaq, qoruyucu meşə zolaqları salmaq 
və s. tədbirlərin görülməsi lazımdır. Müxtəlif su mənbələrinin təsiri altında 
qu-  runt  sularının  səviyyəsinin  qalxması  ilə  bataqlaşma  və  şoranlaşma 
halları baş verən ərazilərdə drenaj şəbəkəsi yaratmaq vacib məsələdir. 
Çökəkliklərdə bataqlıqlaşma prosesi gedən torpaqlarda qurunt sularının 
səviyyəsini normal vəziyyətə salmaq üçün qurudulma işlərinin aparılması, 
şoranlaşmanın,  torpaqların  münbitliyini  artırmaq  və  torpaqların 
deqradasiyaya uğramasının qarşısını almaq olar. 
Bundan  başqa  iqtisadi  rayonda  təsərrüfatın  müxtəlif  formaları  ilə 
korlanmış  torpaqlar  geniş  yayılmışdı.  Neft-qaz  hasilatı  ilə  çirklənmiş 
torpaqları,  Neftçala,  Salyan,  İmişli,  Kürdəmir  inzibati  rayonlarının 
ərazilərində,  tikinti  materiallarının  hasilatı  zamanı  Bəhramtəpədə  və  s. 
korlanmış  torpaqlan  rekultivasiya  edərək  bərpa  etmək  ərazinin  ekoloji 
vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradar. 
Kür-Azar  ovalığında  yerləşən  Aran  iqtisadi  rayonunun  bitki  öıtüyü 
yarımsəhra bitkilərdən ibarətdir. Mərkəzi Aran düzlərində efimir, yovşan 
və  şoran  bitkiləri  yayılmışdır.  Bu  bitkilərin  qışlaqda  bəslənilən 
heyvandarlığın  yem  bazasında  əhəmiyyəti  böyükdür.  Hazırda  təbabətdə 
dərman  preparatlarının  40  faizi  müalicə  əhəmiyyətli  bitki  növlərindən 
alınır. İqtisadi rayonun ərazisində dər 
318 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə