Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə105/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   101   102   103   104   105   106   107   108   ...   119

sadi  rayona  da  aiddir.  Bununla  əlaqədar  Lənkəran  iqtisadi  rayonunun 
qarşısında  duran  əsas  iqtisadi-ekoloji  problemlər,  onun  torpaq 
ehtiyatlarından  səmərəli  istifadə  edilməsilə  əlaqədar  su  ehtiyatlarının 
mühafizəsi, meşə fondundan kompleks istifadə edilməsi və mühafizəsidir. 
Lənkəran  iqtisadi  rayonu  ölkənin  cənub-şərqində  rütubətli-subtropik 
zonada  yerləşir.  Təbii  iqlim  şəraitinə  görə,  kəskin  fərqlənir.  Münbit 
torpaqları,  zəngin  meşəlikləri,  nadir  ağac  növləri.  Xəzər  dənizi  ilə  əhatə 
olunmuş  sahilləri  rayonu  daha  füsunkar  edir.  Lənkəran  ovalığı  Talış 
dağlannın  ətəyi  və  Xəzər  dənizi  sahili  boyu  yerləşir.  Talış  dağları  isə 
Lənkəran  ovalığından  Kömürgöy  (2477  m)  zirvəsinə  qədər  uzanır.  Talış 
dağları səkkiz bal zəlzələ gücünə malik olan seysmik zonada yerləşir. Talış 
və Peştəsər silsilələri dərin çay vadiləri ilə çox intensiv parçalanmışdır. Bu 
dağlar  arasında  çox  da  geniş  olmayan  düzənlik  sahələr  yerləşir.  Talış 
dağları və onların silsilələri arasında yerləşən çökəklik ərazilərdə ayn-ayrı 
sahələr meşəliklərlə örtülmüşdür. Meşəlik ərazilərlə meşə talaları və açıq 
sahələr arasında kənd təsərrüfatı inkişaf etmişdir. Bu ərazilərdə tez-tez baş 
verən sürüşmələr təsərrüfat sahələrinə mənfi təsir göstərir. 
İqtisadi  rayonun  ovalıq  hissəsi  məhsuldar  torpaqları  və  zəngin 
subtropik  bitkiləri  ilə  çox  fərqlənir.  Ərazi  akumulyativ  və  akumul- 
yativ-denudasion  düzənliklərdən  ibarətdir.  Onlardan  bəziləri  dəniz  sahili 
bataqlıqlarla əvəz olunur. Bütün ovalıq kənd təsərrüfatında istifadə edilir. 
Sıx  məskunlaşıb  və  güclü  antropogen  təsirə  məruz  qalmışdır.  Talış 
dağlarının  yüksək  zonalarında  meyllilik  5,0°  qədər  və  yüksəkdir,  yalnız 
Lənkəran  ovalığı  səthində  meyllilik  0,5-dən  2,0°  qədərdir  və  nəqliyyat 
yollarının  və  sənaye  obyektlərinin  və  yaşayış  məntəqələrinin  inşası  üçün 
çox əlverişlidir. 
Lənkəran iqtisadi rayonunda faydalı qazıntılar çox azdır. Ancaq burada 
tikinti materiallarından, qum, gil, çay daşı, gips, tuf və s., müalicəvi termal 
və mineral suların çox böyük əhəmiyyəti vardır. 
Əlavə  olaraq  qeyd  etmək  istərdik  ki,  bu  xammallardan  istifadə 
edərkən, ərazinin torpaq örtüyünü mühafizə etmək üçün qabaqc 
322 


adan mühüm tədbirlər görmək lazımdır. Əgər bu tədbirlər görülməsə, onda 
ərazinin çox qiymətli torpaqları dövriyyədən çıxar, ətraf mühitə mənfi təsir 
göstərər. 
İqtisadi rayonun ovalıq hissəsində yay quraq keçir, havanın orta illik 
temperaturu  14°C,  fəal  temperatur  cəmi  4000^500°G-dir,  yağıntının  orta 
illik  miqdarı  isə  1200-1600  mm-dən  çoxdur.  Talış  dağlarının  iqlimi 
mülayim istidir. Havanın orta illik temperaturu 0- 14°C, orta illik yağıntının 
miqdarı 200 mm, fəal temperaturu cəmi 3500-2500°C arasında dəyişir. 
İqtisadi  rayonun  iqlim  elementlərinin  təhlili  göstərir  ki,  burada  fəal 
temperaturun yüksək olması ildə iki dəfə tərəvəz məhsulu götürməyə şərait 
yaratmışdır. Lakin əlavə olaraq onu da qeyd etmək istərdik ki, vaxtilə bu 
əlverişli şəraitdən istifadə etməklə, 1949-cu ildə 8,6 min hektar çəltik əkin 
sahəsi olan iqtisadi rayonda, sonrakı onilliklərdə bu çəltik əkinləri tamamilə 
tərəvəz  əkini  ilə  əvəz  olunmuşdur.  Nəticədə  çəltik  əkilən  çiyilliklər 
qumdulmuş və nadir relikt ağac növləri məhv olmuşdur. Təbiətin özündə 
belə dəyişiklik yaranmışdır, ərazinin rütubətli subtropik iqlimində gərginlik 
yaranmışdır. İndi də Lənkəran iqtisadi rayonunda aparılan torpaq islahatı və 
əkin  sahələrinin  əhaliyə  paylanması  ilə  əlaqədar  geniş  əraziyə  malik  çay 
plantasiyalan demək olar ki, tamamilə məhv edilmişdir. Məhv edilmiş çay 
plantasiyalan  özü  iqtisadi  rayonun  təbiətinə  gözəllik  verirdi.  Burada 
təbiətin  yaratdığı  gözəlliklə  insanların  yaratdığı  gözəlliklər  vəhdət  təşkil 
edərək ərazini füsunkar etmişdir. Bü füsunkarlığı keçən əsrin 50-ci illərinin 
adamlan yaxşı xatırlayır. Əfsuslar olsun ki, indi o füsunkarlıq bir o qədər 
hiss  olunmur.  Fik-  rimizcə,  indiki  şəraitdə  böyük  maliyyə  ehtiyatlarına 
malik olan dövlət Lənkəran iqtisadi rayonunun təbiətinə gözəllik gətirən, 
iqtisadiyyatına xeyir verən kənd təsərrüfatı sahələrini inkişaf etdirsə, buranı 
dünyanın ən mədəni kənd təsərrüfatı diyarına çevirmək olar. 
Lənkəran  iqtisadi  rayonuna  bol  yağıntının  düşməsi,  burada  sıx  çay 
şəbəkəsinin olmasına şərait yaratmışdır. Rayon iri su ehtiyatlarına malikdir. 
Bu da su təsərrüfatının inkişaf etdirilməsində mühüm rol oynayır. Rayonun 
su təchizatını və suvarma əkinçiliyini 
323 


daha da inkişaf etdirmək üçün əsasən çay sularından istifadə edilir. İqtisadi 
rayonda  iri  çaylardan,  Astara,  Təngərüd,  Lənkəran,  Viləş,  Göytəpə, 
Bəşərüçay və s. göstərmək olar. Qeyd edildiyi kimi rayonun çayları əsasən 
yağışla qidalanır. Burada yağış əsasən yaz və payız aylannda çox düşür və 
bu zaman çaylar daşır. Deməli çaylann su rejimi fəsillər üzrə qeyri-bərabər 
paylanır  və  illik  su  axımının  10-15  faizi  yay  aylarında  düşür.  Ancaq 
rayonda  suya  böyük  tələbat  yay  aylarında  olur  ki,  bu  zamanda  su 
çatışmamazlığı yaranır. Buna görə də rayonda su çatışmamazlığını aradan 
qaldırmaq üçün çaylar üzərində bir neçə su anbarları tikilmişdir. Bunlardan 
ən böyüyü Bəşərüçay üzərində tikilmiş, sahəsi 2,4 km^, suyunun həcmi 45 
mln.m^ olan Xanbulançay dəryaçasıdır. 
Lənkəran iqtisadi rayonunda su ehtiyatları əsas təbii ehtiyatlar olduğu 
üçün  onlardan  səmərəli  istifadə  edilməsi  və  mühafizəsi  ən  mühüm 
məsələlərdən  biridir.  Torpağa  verilən  mineral  gübrələr  və  kimyəvi 
maddələr,  həm  də  yaşayış  məntəqələrində  kanalizasiya  sisteminin 
olmaması,  çirkab  suların  təmizlənmədən  çaylara  axıdılması,  onlar 
çirklənərək ekoloji gərginliyin artırmasına səbəb olur. 
Lənkəran  iqtisadi  rayonunun  mühüm  təbii  sərvətlərindən  biri  də 
Xəzərin rayonda olan hissəsidir. Xəzər dənizi rayonun ərazisinə bol rütubət 
gətirərək  Talış  dağlarının  ətəklərində  bol  yağıntı  yaradır.  Qızılağac 
körfəzində yaradılan eyniadlı qoruqda müxtəlif köçəri quşlar və heyvanlar 
mühafizə 
edilir. 
Həmçinin 
rayonun 
Xəzərsahili 
ərazilərində 
balıqyetişdirmə  təsəiTÜfatları  fəaliyyət  göstərir  ki,  bu  da  əhalinin  qida 
ehtiyatlarının  artınİmasmdə  mühüm  rol  oynayır.  Bununla  bərabər  narın 
qumlu dəniz çirmərlikləri burada istirahət komplekslərinin yaradılmasının 
əhəmiyyətini artırır. 
Yuxarıda qeyd edildiyi kimi Xəzər dənizinin səviyyəsi 1978- 1995-ci 
illərdə qalxmış və iqtisadi rayonun sahil ərazilərinə xeyli miqdarda ziyan 
vurmuşdur. Burada en böyük ziyan Lənkəran və Astara inzibati rayonunun 
sahil ərazilərinə dəymişdir. Hələ 1978- ci ilə qədər Xəzərin səviyyəsinin 
aşağı  olduğu  dövrdə  iqtisadi  rayonun  sahil  ərazilərində  yaşayış 
məntəqələri, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri yaxşı inkişaf etm 
işdir. Lakin dəniz 
324 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə