Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə108/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   104   105   106   107   108   109   110   111   ...   119

səmərəli təşkilinə, xalq təsərrüfatına çox mühüm maddi ziyan vurur. Özü də 
təbii tarazlığın pozulması, təbiətdə bərpa olunmayan proseslərin meydana 
gəlməsinə səbəb ola bilər. 
Əlavə olaraq qeyd etmək istərdik ki, təbii mühitə ən çox mənfi təsiri 
şəhər  əhalisinin  özü  deyil  əsasən  şəhərin  daxilində  cəmləşən  sənaye 
müəssisələri  mühəndis-texniki  və  digər  obyektlər  göstərir.  Özü  də  təbii 
mühitdə gərgin meylin maksimum səviyyəsi, əsasən iri şəhərlərdə və şəhər 
aqlomerasiyalannda özünü göstərir. Burada güclü antropogen təsirə şəhərin 
təbii  mühitinin  bütün  əsas  kom.po-  nentləri,  həmçinin  ətraf  ərazilərinin 
landşaftları məruz qalır. 
Şəhərlərin ən böyük təsir dərəcəsi ola bilsin ki urbanizasiyanın inkişaf 
etdiyi  ərazi  daxilində  ən  çox  atmosfer  hövzəsinə,  yaxud  da  təbii  su 
obyektlərinə,  torpaq  və  bitki  örtüyünə  dəysin.  Urbanizasiyanın  təsiri 
nəticəsində su hövzələrinin mənbələrində ola bilən kəmiyyət və keyfiyyət 
dəyişikliklərinə iki istiqamətdə baxmaq olar: 

 
Təsir  nəticəsində  şəhər  daxilində  və  şəhər  ətrafında  suyun 
keyfiyyətində,  hidroloji  rejimində  ümumiyyətlə  su  balansında  baş  verən 
dəyişiklik. 

 
Şəhərlərin  su  balansına,  rejiminə,  su  obyektlərinin  keyfiyyətinə  və 
ətraf ərazilərin qrunt sularına nüfuz etməsi. 
Böyük  həcmdə  suya  tələbat  və  çoxlu  miqdarda  çirkab  sulan,  su 
resursları  kifayət  qədər  davamlı  xarakterə  malik,  istismar  gərginliyinin 
artmasına gətirib çıxarır. 
Urbanizasiyanın ekoloji xüsusiyyətlərinin təhlili zamanı nəzərə almaq 
lazımdır ki, bu proses obyektiv olaraq, istehsalın təşkilatı formaları ilə ən 
başlıcası  təmərküzləşməsi  və  kombinələşməsi  ilə  əlaqədardır.  Bununla 
əlaqədar  urbanizasiya  proseslərinin  cəmiyyət  və  ətraf  mühitin  qarşılıqlı 
təsirinin xarakterinə təsir etməsini nəzərə almaq lazımdır. 
Urbanizasiya  müasir  mərhələdə-aqlomerasiyalann  geniş  foıma- 
laşması  dövründə-təbii  mühitin  intensiv  bərpa  olunan,  arealları,  təbii  ki, 
müxtəlif  neqativ  hadisələrin  özünün,  hətta  ekoloji  xarakterli  hadisələrin 
meydana çıxması təhlükəsi yaradır. 
Dünyanın inkişaf etmiş ölkələrində şəhər aqlomerasiyalarının 
331 


təcrübəsi  göstərir  ki,  məskunlaşmış  aqlomerasiya  formalarının  inkişaf 
prosesində  təbiilik,  ölçüsünə  görə  arası  kəsilməyən  başdan-  başa  çox 
mühüm  urbanizasiya  zonalarının  yaranmasına  gətirmişdir.  Bütün  bunlar, 
inkişaf  etmiş  ölkələrin  böyük  şəhərlərində  xüsusilə  ABŞ-ın  şəhərlərində 
mühüm dərəcədə gərgin ekoloji situasiyanı dərinləşdirir. Qərbin tanınmış 
alimlərindən  amerikalı  coğrafiyaçı  B.Berri  yazırdı  ki,  müasir  şəhərlər 
əhalinin  və  iqtisadiyyatın  keçmiş  proseslərinin  təmərküzləşməsinin 
məhsuludur. Özünün mənəvi sıxlığı sərhədini çox ötüb keçmişdir və indiki 
vaxtda nəhəng müasir şəhər sistemləri ənənəvi real sərhədlərini çox geridə 
qoymuşdur, hətta meydana yeni urbanistik qüvvələr çıxmışdır [136]. 
Buna  baxmayaraq  çox  böyük  səhv  olardı  ki,  fikirləşmədən  artıq 
urbanizasiya  prosesi  özü  özlüyündə  ətraf  təbii  mühitin  deqradasiyasına 
şərait  yaradır.  Lakin  bu  heç  də  belə  deyildir.  Bir  sıra  mütəxəssislər,  0 
cümlədən  rus  alimlərindən  L.Koqan  və  F.Listenqurt  qeyd  edirdilər  ki, 
təbiəti yalnız urbanizasiya şəraitində saxlamaq olar [129]. Çünki, istehsalın 
intensivləşdirilməsi təbii mühitə insanların təsirini təkcə artırmır, həm də iri 
şəhərlərdə  onun  təbiətinin  pisləşməsinin  qarşısını  almaq  üçün  lazımı 
zəminlər  yaradır.  Digər  mütəxəssislər  qeyd  edirdilər ki,  şəhərlərdə  təbiət 
istismar olunub və məhv ola bilər, onu da qeyd edirlər ki, şəhərlər tikilən 
zaman şəhərlərdə təbii mühitin yenidən bərpası çox müsbət həll olunur və 
onun  bir  sıra  “anadangəlmə  defektləri”  ləğv  edilir  və  təbii  mühit 
saflaşdırılır [169]. 
Elmi  ədəbiyyatların təhlili göstərir  ki şəhərlərin  planlı  təşkili  heç  bir 
vaxt şəhərlərin ətraf mühitə dağıdıcı təsirinə imkan vermir. Urbanizasiya 
prosesini elə tərzdə təşkil etmək olar ki, urbanizasiyanın təbiətə mənfi təsiri 
minimuma  gəlib  çatsın.  Şəhərlər  planlı  təsərrüfat  şəraitində  bütün 
imkanlara malikdir. Bu imkanlardan ən başlıcası urbanizasiya prosesidir ki, 
bir  vasitə  kimi  bütövlükdə  sosial-iqtisadi  inkişafın  effektivliyinin 
yüksəldilməsinə,  cəmiyyət  və  təbii  mühitin  qarşılıqlı  təsirinin 
optimallaşdırılması 
məsələlərinin 
həllinə, 
şəhər 
məskənlərinin 
böyüməsinin  neqativ  nəticələrinin  zəifləməsinə  və  gələcəkdə  tamamilə 
ləğv edilməsinə şərait yara 
332 


dır. 
Şəhərlərdə 
ətraf 
mühitin 
yaxşılaşdırılmasının 
əsas 
yolu, 
məskunlaşmanın  qrup  sistemlərindən  istifadə  edilməsi,  bütün  ölkə 
miqyasında  və  onun  ayrı-ayrı  regionlarında  məhsuldar  qüvvələrin 
yerləşməsi  sisteminə  əsaslanan,  yaşayış  məntəqələri  şəbəkələrinin  uzun 
müddətli inkişaf proqramlarının reallaşdırılması ilə əlaqədardır. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xüsusilə son 
illər, şəhər mühitinin keyfiyyətinin yaxşılaşdırılması üçün yerli resursların 
səmərəli istifadə edilməsi üçün çox işlər görülmüşdür. 
Ölkənin şəhərlərində atmosfer hövzəsinin keyfi}^əti mühüm dərəcədə 
yaxşılaşmışdır.  1990-2010-cu  illər  ərzində  Bakı,  Sumqayıt  şəhərlərində 
atmosferin  toz  və  tüstü  ilə  çirklənməsi  3  dəfə,  kükürd  qazı  1,5  dəfə 
azalmışdır. Şirvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Naxçıvan və digər 
şəhərlərində  atmosferin  çirklənməsi  səviyyəsi  çox  azalmışdır.  Quba, 
Xaçmaz, Şəki, Zaqatala, Qazax və s. kimi şəhərlərin su obyektlərinə təsirlər 
azalmışdır. 
2004-2008-ci  və  2009-2013-cu  illərdə  regionların  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramında  ölkənin  paytaxtı  Bakı  şəhərində  mühitin 
keyfiyyətinin 
yaxşılaşdırılması 
üzrə 
tədbirlərin 
görülməsi 
planlaşdırılmışdır.  Belə  ki,  Bakı  şəhərinin  ərazisi  üzrə  ətraf  mühitin 
sağlamlaşdırılması üçün müəyyən işlər görülmüşdür. Bakı şəhərində çirkab 
sularının  təmizlənməsi  səviyyəsi  xeyli  yaxşılaşdırılmışdır.  2010-cu  ilin 
məlumatına görə burada 548,2 mln m^ kənara atılan çirkab suların 432,8 
mln  m^-i  təmizlənərək  Xəzər  dənizinə  axıdılır.  Sumqayıt  şəhərində  uzun 
illər toplanmış 40 min tondan çox civə tərkibli tullantılar toplanmış, emal 
olunmuş və xüsusi poliqonda basdırılmışdır. Bakı şəhərində çoxlu sayda 
xırda qazanxanalar ləğv edilmişdir. Bundan başqa 2300 qaz təmizləyən və 
toz tutan qurğular tikilmişdir, həm də gücləndirilmişdir və çoxlu sayda su 
mühafizəsi qurğuları tikilmişdir. Sanitar-gigiyena cəhətdən 100- dən artıq 
zərərli  müəssisələr  rekonstruksiya  edilib  və  ya  şəhərdən  kənara 
çıxanimışdır. 
333 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə