Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə109/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   105   106   107   108   109   110   111   112   ...   119

Həyata  keçirilən  tədbirlər  nəticəsində  Bakı  şəhərinin  atmosferində 
karbon  qazının  miqdarı  dünyanın  bir  çox  iri  şəhərlərinə,  məsələn, 
Moskvaya,  Xarkova,  Romaya,  Londona,  Tokioya  nisbətən  xeyli 
azalmışdır. Bakı şəhərinin atmosferinin mühafizəsi üzrə tədbirlərin həyata 
keçirilməsi  öz  miqyasına  və  sürətinə  görə  dünyanın  heç  bir  milyonçu  və 
paytaxt şəhərləri ilə müqayisə edilməzdir. Son illər Bakı şəhərində görülən 
abadlıq və yaşıllaşdırma işləri bunu bir daha təsdiqləyir. 
Lakin yuxandakı bu qeydlərə baxmayaraq, Bakı şəhərindəki yaşıllıqlar 
hələlik tələb olunan qədər deyildir. Bir sıra mütəxəssislər Bakı şəhərində və 
onun  ətrafında  10-11  min  hektar  sahədə  yaşıllıqlar  salınmasını  təklif 
edirlər.  2000-ci  illərin  başlanğıcında  Bakıda  yaşıllıqların  sahəsi  2750 
hektara çatdınimışdır. Əgər nəzərə alsaq ki, Bakı şəhərinin sahəsi 22,5 min 
hektardırsa, onda qeyd edilən rəqəm çox aşağıdır. 
Aparılan sorğu zamanı məlum olmuşdur ki, şəhər əhalisinin 90%-dən 
çoxu öz istirahətini meşə-parklarda, dəniz və çay sahilində və s. keçirməyi 
arzu edirlər. Yaşıllıq zonalarında, meşə-parklarda, fəvvarə yaxud da təbii 
şəlalələr  ətrafında,  dəniz  sahilində  qəsamüddətli  istirahət-adamın  gücünü 
sürətlə  bərpa  edir,  onun  iş  qabiliyyətini  yüksəldir.  Yaşıllıqlar  nisbi 
rütubətliliyin  yüksəldilməsinə  şərait  yaradır,  atmosfer  havasının  tərkibini 
saflaşdırır [160]. 
Yaşıllıq zonalarının çox mühüm sanitar-gigiyena effekti həmdə onun 
böyük  miqdarda  zərərli  karbon  qazını  udub,  havanı  küllü  miqdarda 
oksigenlə zənginləşdirməsilə əlaqədardır. Müəyyən edilmişdir ki, bir hektar 
yaşıllıqlar il ərzində havanı 18 mln m^ zərərli qarışıqlardan qoruyur. 
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Bakıda son illər mövcud olan 
yaşıllıqlara  yaxşı  baxılmır.  Bezi  işbazlar  tərəfindən  yaşıllıq  zonaları 
qanunsuz olaraq tikinti sahələrinə verilir, 60-70 ilə boya- başa çatan ağaclar 
məhv  edilir.  Nəqliyyat  vasitələri,  sənaye  müəssisələri  atmosferə  zərərli 
qazlar  buraxır.  Aparılan  müşahidələr  göstərir  ki,  Bakının  yaşayış 
məntəqələrində  zərərli  qazların  miqdan  hələ  də  çoxdur.  Deməli,  havanın 
təmizlənməsinə nail olmaq üçün 
334 


ilk növbədə yaşılhqlann genişləndirilməsinə qaj'ğı göstərilməlidir. 
Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 
görülən  tədbirlər  planında  şəhərin  ətraf  mühitinin  mühafizəsinə  ayrılan 
vəsaitlər  xeyli  artırılmışdır.  Bakı  şəhərində  çirkab  sularının  dənizə 
axıdılmasımn  qarşısının  alınması  məqsədilə  Höv-  sanda  aerasiya 
stansiyasının  genişləndirilməsi,  Zığda  2  nömrəli  nasos  stansiyasının 
yenidən qurulması layihəsi həyata keçirilir. Sabunçu rayonunun ərazisində 
100 hektara yaxın neftlə korlanmış torpaqlar rekultivasiya edilmişdir. Lay 
suları axıdılan kanalın 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalı ilə 
əvəz  olunmuşdur.  Buzovna  qəsəbəsində  gücü  10000  kubmetr/gün  olan 
bioloji təmizləmə qurğular kompleksi istifadəyə verilmişdir. 
Sumqayıt  şəhərində  ətraf  mühitə  antropogen  təsirin  neytrəllaş- 
dırılmasına  çox  mühüm  diqqət  yetirilir.  Məlumdur  ki,  Sumqayıt  sənaye 
kompleksi  ölkənin  daha  çox  çirklənmiş  sənaye  rayonlarından  biridir. 
Burada  atmosfer  havasının  çirklənməsi  ilə  əlaqədar,  torpaq  örtüyü  də 
mühüm dərəcədə korlanmışdır. Atmosferi çirkləndirən əsas sənaye sahəsi 
kimya  və  neft-kimya  sahəsidir.  Respublika  üzrə  bu sənaye  kompleksinin 
95%-i Sumqayıt şəhərində yerləşir. Keçən əsrin 80-90-cı illərində mövcud 
müəssisələrin  texniki  təchizatı,  təmizləyici  qurğuların  çoxunun  yararsız 
səviyyədə  olması,  qaz-toz  tutucu  avadanlıqların  sıradan  çıxması  ətraf 
mühitə normadan artıq tullantılann atılmasına şərait yaradırdı. 
Sumqayıt kimya və neft-kimya sənaye kompleksinin atmosferə atdığı 
zərərli maddələrin 34,5%-ini kükürd qazı, 19,7%-ini dəm qazı, 15,4%-ini 
karbohidrogenlər,  13,2%-ini  sənaye  mənşəli  tozlar,  11,1%-ini  azot 
oksidləri, 1,6%-ini isə xlor təşkil edirdi. Xlorun və azot oksidin havadakı 
ilkin  konsentrasiyası  yol  verilən standartlardan  1,7-2  dəfə  artıq idi.  Qeyd 
edək  ki,  Sumqayıt  şəhərində  azot-  oksidinin  88%-i  istilik  elektrik 
stansiyalarının payına düşürdü. Şəhərdə havaya daxil olan sənaye tozunun 
68,4%-i Sumqayıt alüminium zavodunun payına düşür. 
Ətraf  mühitin  vəziyyətinin  korlanması  Sumqayıt  şəhəri  əhalisinin 
sağlamlığına daha ciddi təsir göstənnişdir. Şəhər əhalisi ara 
335 


sında  ölüm  göstəricisi  yüksək  idi,  əsəb  sistemi  və  nəfəs  orqanları 
xəstəlikləri isə 4 dəfə çox idi. Orta hesabla anadan olan hər 1000 uşaqdan 
27-si bir yaşına çatmamış ölürdü. 
Sumqayıt sənaye kompleksi yaradılan zaman ərazinin metroloji şəraiti 
nəzərə  alınmadığına  görə,  yalnız  şəhərin  özü  üçün  deyil,  həm  də  Bakı 
şəhərinin şimal-qərb hissəsinin əhalisi üçün də təhlükəlidir. Bundan başqa 
atmosferin  çirklənməsi  bitki  örtüyünə  də  böyük  təsir  göstərir.  Havada 
kükürd qazının konsentrasiyası normam 3—4 dəfə aşdıqda bir sıra bitkilər 
çox  ziyan  çəkir,  onlarda  xəstəliklər  əmələ  gəlir.  Buna  misal  olaraq 
Sumqayıt alüminium, superfosfat və sintetik kauçuk zavodlarının ətrafında 
əkilən ağaclar və kolluqlar xüsusilə şam ağacları məhv olur. 
Aparılan  tədqiqatlar  və  müşahidələr  göstərir  ki,  Sumqayıt  şəhərinin 
sənaye müəssisələrinin ətraf mühitə təsiri son illər xeyli azalmışdır. Lakin 
bu,  heç  də  ekoloji  effektin  yüksəldilməsini  əks  etdirmir.  Çirklənmənin 
səviyyəsinin  azalması  sadəcə  olaraq  keçid  dövründə  bəzi  müəssisələrin 
böhran  həddinə  çatmasının  təbii  nəticəsi  idi.  Təkcə  Sumqayıt  şəhərində 
çirkləndirici tullantıların miqdarı 1990-ci ildə 96.850 tondan 2000-ci ildə 
25.700 tona qədər azalmışdır. Hazırda isə Sumqayıtda sənaye müəssisələrin 
çoxu  tam  gücü  ilə  fəaliyyət  göstərmir,  bəzilərinin  işi  isə  tamamilə 
dayandırılmışdır. Nəticədə Sumqayıtın sənaye müəssisələrindən buraxılan 
kükürd qazı, azot - oksidi, sülb hissəcikləri və uçucu üzvi karbohidrogenlər 
kimi çirkləndiricilərin miqdarı 6000-8000 tondan artıq olmamışdır. 
İstehsal  sahəsində  istifadə  edilən  suyun  43,5%-i  sənaye  sahələrinin 
payına  düşür.  Bir  sıra  müəssisələrdə  yeni  su  mühafizə  qurğuları 
yaradılmışdır.  Bu  müasir  komplekslər  mürəkkəb  avadanlıq  larla  təchiz 
olunmuşdur və sənaye çirkablarının ən müxtəlif növlərinin təmizlənməsini 
yerinə  yetirir.  Şəhərin  hüdudlan  daxilində  yerləşən  münasib  təmizləyici 
qurğular fəaliyyət göstərməsə, müəssisələrin çoxunda gələcəkdə istehsalın 
inkişafı ola bilməz. 
Ölkənin  şəhər  və  şəhər  tipli  qəsəbələrində  ekoloji  sabitliyi  pozan 
amillərdən biri də məişət tullantılarıdır. Bu yaşayış məntə 
336 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə