Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə117/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   111   112   113   114   115   116   117   118   119

mışdır. 
Birinci  növbədə  burada  Azərbaycan  Respublikasının  Milli  Elmlər 
Akademiyasının Coğrafiya İnstitutunun gördüyü işlər xüsusi olaraq seçilir. 
İnstitutun  əməkdaşları  tərəfindən  “cəmiyyət-təbiət”  sistemində  təsərrüfat 
sahələrinin ətraf mühitə göstərdiyi təsir mexanizminin öyrənilməsi və ətraf 
mühitə antropogen təsirin iqtisadi və qeyri-iqtisadi qiymətləndirilməsi üzrə 
aparılan  tədqiqatlar  böyük  elmi-nəzəri  və  təcrübi  əhəmiyyətə  malikdir. 
Həmçinin  ətraf  mühitin  yaxşılaşdırılması  və  mühafizəsi  cəhətdən  Dünya 
Bankının köməkliyi çərçivəsində Kür-Araz ovalığında, Şirvan düzündə və 
Abşeron  yarımadasında  səhralaşma  prosesinin  öyrənilməsi  ilə  əlaqədar 
apanlan tədqiqatlann nəticələrinin əhəmiyyəti çox böyükdür. 
Daha sonra Bakı Dövlət Universitetinin coğrafiya alimlərinin təsərrüfat 
fəaliyyətinin 
təsiri 
nəticəsində 
təbii 
mühitin 
dəyişməsinin 
proqnozlaşdırılması  sahəsində  apardıqları  kompleks  tədqiqatları  qeyd 
etmək lazımdır. Onlardan xüsusilə hələ sovet hakimiyyəti illərində fiziki və 
iqtisadi-coğrafi  cəhətdən  çox  mükəmməl  öyrənilən  Filizçay  polimetal 
yataqlarıdır.  Çox  zəngin  ehtiyatı  olsa  da.  hələlik  istismar  edilməyən 
yataqların  əsasında  dağ-mədən  sənayesinin  və  əlvan  metallurgiyanın 
inkişafının coğrafi amilləri aşkar edilmişdir. 
Təkcə təbiət və təsərrüfat arasındakı qarşılıqlı ərazi münasibətləri deyil, 
həm də onların ayrı-ayrı tərəflərinin genetik əlaqələri və dinamik inkişafı 
öyrənilmişdir.  Rayonun  mineral-xammal  resursları  və  iqtisadi  zəminləri 
əsasında  burada  mədən-kimya  və  əlvan  metallurgiya  sənayesinin 
ixtisaslaşması  ilə  uzlaşan  bir-birin-  dən  asılı  ərazi-istehsal  kompleksinin 
yaradılmasının  təklifi  verilmişdir.  Müasir  dövrdə  təbii  fəlakətlərin 
təsərrüfatın  və  yaşayış  məntəqələrinin  inkişafına  təsiri  və  iqtisadi-ekoloji 
proqnozlaşdınl- ması sayəsində bÖ3dik elmi-tədqiqat işləri aparılmışdır. 
Bununla  belə,  hələ  ki,  tədqiqatların  fiziki-coğrafi  aspektləri  üstünlük 
təşkil edir. Müvafiq tədbirlərin sosial-iqtisadi esaslandı- nlmasına kifayət 
qədər diqqət yetirilmir. Bununla əlaqədar bir daha qeyd etmək lazımdır ki, 
bir sıra geniş məsələlərin işlənib hazırlan 
359 


masında tədqiqatların effektliliyinin yüksəldilməsinin ən mühüm istiqaməti 
iqtisadi  və  fiziki  coğrafiyanın  əlaqələrinin  gücləndirilməsidir.  Bu  təkcə 
iqtisadi-coğrafi  tədqiqatlarda  təbiət  elmlərinin  məlumatlanndan  istifadə 
edilməsi deyil, həm də iqtisadi və fiziki coğrafiyanın tam qarşılıqlı əlaqəsini 
və  bir-birinə  daha  çox  nüfuz  etməsinin  zəruriliyini  müəyyən  edir. 
İqtisadi-ekoloji  planlaşdırmanın  metodologiyasının  təkmilləşdirilməsi, 
istehsalın  və  təbiəti  mühafizənin  planlaşdırılması  üçün  çox  iş  görmək 
lazımdır. 
Bir çox ölkələrdə istehsalın ərazi təşkili və yerləşdirilməsində təbiəti 
mühafizə  faktorları  və  məhdudlaşdırma  əmsallarının  daxil  edildiyi 
modellərin  hazırlanması  işləri  aparılır.  Bu  iqtisadi-ekoloji  modellərdən 
çoxu metodiki planda maraq doğurur, lakin onlardan çoxu hələlik kifayət 
qədər mücərrəddir. 
Buna baxmayaraq bu tədqiqatlardan xüsusilə atmosferin çirklənmədən 
mühafizəsi  və  sənaye  istehsalının  bir-birinə  uyğun  planlaş-  dırılmasmın 
sistem modeli, həmçinin regional iqtisadiyyat nöqteyi- nəzərindən sahələr 
və müəssisələr modelinin hazırlanması diqqəti cəlb edir. Lakin qeyd edilən 
modellərin  təcrübədə  effektli  tətbiqi  üçün  regionlarla  və  sahələrlə  bağlı 
müvafiq  iqtisadi-ekoloji  funksional  strukturunun  dayanıqlı  tədqiqatlan 
tələb olunur, bu da ancaq iqtisadi-coğrafiya alimlərinin iştirakı ilə ola bilər. 
İqtisadi-ekoloji  tədqiqatların  əhəmiyyətli  aspektlərindən  biri  də 
urbanizasiya  problemləri  ilə  əlaqədardır.  Onlara  ətraf  mühitə  təsirin 
xarakterinə  görə  şəhər  məskənlərinin  tipologiyası  şəhər  mühitinin 
kompleks  qiymətləndirilməsi  şəhərlərin  və  ətraf  ərazilərin  ekoloji 
əlaqələrinin aşkar edilməsi işlərinin hazırlanması aiddir. Təbii resursların 
səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsi nöqteyi-nəzərindən 
şəhərlərin 
xalq 
təsərrüfatı 
və 
şəhərsalma 
konsepsiyasının 
metodologiyasının formalaşmasına diqqət yetirmək lazımdır. 
Təqdim  edilən  monoqrafiyada  toxunulan  bir  sıra  məsələlərin  bir 
çoxunun hələlik hətta mübahisə xarakteri daşıdığını qeyd etmək lazımdır. 
Bu təbii resursların qruplaşdırılmasma, iqtisadi-ekoloji ra- yonlaşdırılmaya, 
ekoloji zərərin müəyyənləşdirilməsinə və s. 
360 


aiddir.  Onsuz  da  məsələlər  az  deyil,  onlar  həllini  müxtəlif  elmlərin 
qovşağında tapır. Lakin bununla bərabər onların sonrakı təcrübədə istifadə 
edilməsi üçün həlli tezliklə lazımdır. 
Məhz  təbii  xüsusiyyətlərin  hesaba  alınması  problemin  daha  çox  o 
metodoloji çətinliklərini əks etdirir ki, onlar planlaşdırmanın sa- həvi və 
ərazi  aspektlərinin  əlaqələndirilməsi  zamanı  əmələ  gəlir.  Başqa  sözlə, 
iqtisadi-ekoloji 
planlaşdırmanın 
metodlannm 
mühüm 
dərəcədə 
təkmilləşdirilməsi,  ümumiyyətlə  planlaşdırmanın  gələcək  inkişafı  ilə 
əlaqədardır. 
Hazırda tam aydın görünür ki, istehsalın və məskunlaşmanın sa- həvi 
inkişafı  və  regional  sisteminin  optimal  variantlannın  fəaliyyətinin 
əsaslandırılması zamanı ekoloji amillərin diqqətlə hesaba alınması mütləq 
lazımdır. 
Şübhəsiz  ki,  regionlann  sosial-iqtisadi  inkişafı  proqramının  yerinə 
yetirilməsinin  effektliliyi  ən  çox  onlann  iqtisadi-ekoloji  cəhətdən 
əsaslandırılmasının dərəcəsindən asılı olacaqdır. 
361 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə