malaşdınimasına yönəltmək məqsədəuyğundur. Bu elmi-texniki tərəqqinin
inkişafı ilə əlaqədar daha böyük imkanlara malikdir. Artıq indiki vaxtda
müasir sənaye müəssisələrinin özlərinin sanitar-gigiyena, nəqliyyat və
estetik göstəricilərinə görə 33%-ə qədəri yaşayış tikintiləri arasında, yaxud
da yaxınlığında yerləşdirilə bilər. Belə müəssisələrə, miƏsələn, tikiş,
trikotaj, ayaqqabı, tütün, qənnadı fabrikləri, poliqrafiya kombinatı,
radioelektron, dəqiq maşınqayırma müəssisələrini aid etmək olar. Özü də bu
kimi müəssisələrin sayı gələcəkdə daha da artacaqdır.
Fikrimizcə, bu cür müəssisələrin ölkənin bir çox şəhərlərində
yerləşdirilməsi əhalinin yerlərdə dayanıqlığını təmin edən ən səmərəli
yanaşmadır. Özü də qeyd edilən sənaye sahələri üçün xammal mənbələri elə
həmin şəhərlərin yaxınlığında yerləşir. Məsələn, belə müəssisələrin Qazax,
Şəki, Naxçıvan, Ağdam, İmişli, Salyan və s. şəhərlərdə yerləşdirilməsi
sərbəst əmək ehtiyatlarmın işlə təminatında mühüm rol oynayır. Həmçinin
yerlərdə sənaye qovşaqlanmn və mərkəzlərinin inkişafına şərait yaradar. Bu
da regionlann sosial- iqtisadi inkişafının tələblərinin təmin edilməsinə,
yerlərdə əhalinin maddi və mənəvi tələbatımn maksimum ödənilməsinə
cavab verər. Əhalinin, ölkənin iri şəhərlərinə iş ardınca gəlməsinin, kortəbii
urbanizasiyasının qarşısını alan mühüm vasitə olar.
Ölkənin iri şəhərlərində-Bakıda, Gəncədə, Sumqayıtda hələ keçən
əsrdə formalaşmış yüngül sənaye sahələrinin-əyirmə, toxuculuq, tikiş,
trikotaj fabrikləri sözsüz ki, tədricən rekonstruksiya olunanda onların
yaşayış sahələrinin mərkəzlərindən yeni ərazilərə köçürülməsi üçün
əlverişli variantlar işləyib hazırlamaq lazımdır. Belə müəssisələrin yeni
sahələrə köçürülməsi təkcə əmək ehtiyatlarının olduğu yeni tikilən
rayonlarına doğru irəliləmə deyil, həm də yeni sənaye qovşaqlarının ərazi
təşkili zamanı bütün üstünlüklərə malik yeni yüngül sənaye
müəssisələrindən ibarət nisbətən iri komplekslərin formalaşması üçün
zəmindir.
Bundan başqa şəhərin əsas nüvəsinin hüdudlanndan kənarda çox vaxt
böyük ərazini tutan bir çox məişət-anbar müəssisələrinin çıxarılması
hökmən lazımdır. Statistik məlumatların təhlili zamanı
353
müəyyən olur ki, respublikanın şəhərlərində anbar əraziləri 1700 hektar
sahəni tutur, təkcə Bakı şəhərində 600 hektardan çoxdur. Bununla əlaqədar
Bakıda anbarlann 80%-ə qədəri şəhərdən kənara çıxarılmalıdır, özü də
anbarlann şəhərdən 50-80 km aralı məsafədə yerləşdirilməsi daha məqsədə
uyğundur.
Sənayenin səmərəli yerləşməsində mühüm ehtiyat hissəsi kimi detallar
üzrə, əşya, yaxud da texnoloji ixtisaslaşmaya əsaslanan sənaye
müəssisələrirün təşkilində hazırda gedən keyfiyyət dəyişiklikləri gözlənir.
Bu təmərküzləşmənin və ixtisaslaşmanın üstünlüklərindən istifadə etməklə
əlaqədar sənayeni ərazicə müəyyən məntəqə yaxud da yerlə az əlaqəli etsin
və şəhər məskəni, yaxud da aqlomerasiya daxilində sənayenin səmərəli
ərazi təşkilinə imkan versin.
Sənaye ərazilərinin əhəmiyyətli tərkib hissəsi sanitar-mühafizə
zonalanndan
ibarətdir.
Şəhərlərdə
sanitar-mühafizə
zonalannm
yaradılmasının əsas səbəbkan sənayedir. Sənaye inkişaf etdirildikcə
müəssisələrin ətrafında sanitar-mühafizə zonalarının da ərazisi artmışdır.
Ətraf mühitdə yayılan müxtəlif zərərli maddələr sənayedə gedən çoxlu
texnoloji proseslərlə, səs səviyyəsinin yüksəlməsi, sabit cərəyanla
ionlaşmış şüaların, elektromaqnit dalğalarının və s. kimi hadisələrin
nəticəsidir. Böyük şəhərlərdə səs siqnallan, aramsız 1 mln. avtomobillərin
hərəkətləri güclü səs mənbələridir. Bu mənbələrin yaratdığı səslər
normadan 15-20 dəfə çox səs yaradır ki, bu da sağlamlığa birbaşa təsir edir
[146]. Bakı şəhərində əhalinin 70- 80%-i, Gəncə, Sumqayıt, Mingəçevir
əhalisinin 40-50%-i güclü səs zonalarında yaşayırlar. Qəbələ RLS-in çox
yüksək tezlikli şüalanması öz xarakterinə görə ionlaşdırıcı olmaqla keçiei
radiasiya şüalanmalarına yaxınlaşır. Tədqiqatçılar tərəfindən müəyyən
olunub ki, elektromaqnit sahəsi ürək-damar, qanın morfoloji tərkibini,
maddələr mübadiləsini pozur. Qəbələ RLS-in mənfi təsiri dəfələrlə
öyrənilmiş və həmin ərazidə yeni doğulan uşaqlarda və əhalidə müxtəlif
xəstəliklərin çoxalması, ağacların kütləvi quruması, bir sıra vəhşi
heyvanların yoxa çıxması təsdiq edilmişdir. Bu mənfi halların qarşısının
alınması üçün müvafiq orqanlar tədbirlər görməklə əhalinin sağlamlığı
üçün hər şey etməlidirlər.
354
Şəhərlərdə sanitar-mühafizə zonaları ayrı-ayrı sənaye sahələri üzrə öz
ölçülərinə görə 50-dən 1000 m-ə qədər enində beş sinfə bölünür. Məsələn,
iri metallurgiya, yaxud da kimya kombinatlarına 15-20 km enində sanitar
zonalar, müvafiq olaraq bir neçə min hektar sahə lazım olur. Hətta iri
maşınqayırma kompleksləri bir neçə kilometr enində sanitar-mühafizə
zonalarının yaradılmasını tələb edir. Yaşıl zonalar böyük səsudma
xüsusiyyətlərinə malikdir. Küçələrdə bir-iki cərgəli əkilən ağaclar səsi
kəskin azaldır, 30-50 metr enində, yaşıl daldalıq isə bütövlükdə səsi kəsir.
Qeyd etmək lazımdır ki, Bakı şəhərində yaşıllıqlar qeyri-bərabər
yerləşir, xüsusilə bu sahədə şəhərin köhnə hissəsi çox kasıbdır, dar küçələr
onların yaşıllaşdırılmasmı çətinləşdirir. Burada parkların və xiyabanların
salmmıası üçün sərbəst sahələr yoxdur. Müəyyən edilmişdir ki, şəhər
daxilində yaşıllıq sahələrinin optimal ölçüsü, şəhərin bütün ərazisinin
50%-nə bərabər olmalıdır. Əgər qəbul etsək ki, Bakı şəhərinin sahəsi 22,5
min hektardır, onda yaşıllıq sahələri 10-11 min hektardan az olmamalıdır.
Halbuki indiki vaxtda Bakıda yaşıllıqların sahəsi 2,9 min hektardır, əgər
nəzərə alsaq ki, mövcud yaşıllıqlar bəzi yerlərdə qaydasız qırılır, onda bu
sahənin azaldığını görərik.
Yuxanda qeyd edildiyi kimi müasir dövrdə çox iri müəssisələr özünü
iqtisadi cəhətdən doğrultmur, həm xammal təminatı ilə, həm də digər
göstəricilərə görə, o cümlədən iri müəssisələrin ətrafında sanitar-mühafizə
zonalannm yaradılması iqtisadi cəhətdən baha başa gəlir.
Son illərə qədər ətraf mühitin çirklənməsinin artması bu və ya digər
dərəcədə sənayeləşdirmə prosesi ilə müşayiət olunurdu. Buna görə də
şəhərlərin baş planında digər şəhərdaxili ərazilər arasında sanitar-mühafizə
zonalarının mütləq və nisbi genişləndirilməsinə baxılırdı. Lakin qeyd
etmək lazımdır ki, ərazidən səmərəli istifadə etmək nöqteyi-nəzərindən,
sanitar-mühafizə zonalarının yaradılması çox əlverişli deyildir və
çirklənmənin dərəcəsinin azaldılması yollarının aşkar edilməsinə çox
böyük diqqət verməklə müvafiq olaraq sanitar-mühafizə zonalarını
azaltmaq lazımdır.
Beləliklə, qeyd etmək istərdik ki, sanitar-mühafizə zonalarının
355
Dostları ilə paylaş: |