Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə114/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   111   112   113   114   115   116   117   118   119

hətdən  əsaslandırılmış  torpaq  tutumlu  əmsalların  ayrılmasının  işlənib 
hazırlanması  ola  bilər.  Özü  də  bu  əmsallar  1  mln.  manat  kapital 
qoyuluşuna,  hər  1000  nəfər  məşğul  olanlara,  yaxud  da  istehsal  olunan 
məhsul vahidinə yararlı torpaqlardan götürülmüş sahələri ifadə edir. Bəzən 
idarələr  və  layihəçilər  tez-tez  hallarda  əsassız  olaraq  böyük  ərazilər, 
məsələn, 400-500 hektar tələb edir. Lakin sonradan məlum olur ki, dəqiq 
tələbat 100-200 hektardır. 
Hazırda  respublikanın  şəhərlərində  torpaq  resurslarından  effektlə 
istifadə edilməsinin ən səmərəli yollarından sənaye tikintilərinə götürülən 
torpaqların  mühüm  dərəcədə  azaldılmasıdır.  Bunun  üçün  sənaye 
binalarının məıtəbəliliyinin yüksəldilməsi, ayrı-ayrı binaların və tikililərin 
təcrid  edilməsi,  istehsalın  yeni  texnologiyalarının  hazırlanması  və  ən 
başlıcası şəhərdaxili sənaye rayonlannm və qovşaqlarının ərazi təşkilidir. 
Əlbəttə sənaye qovşaqlarının ərazilərinə son dərəcə sənaye müəssisələri və 
nəqliyyat  kommunikasiyalarını  daxil  etmək  olmaz.  Bütün  qovşaq 
ərazilərinin yalnız 70-75%-ə qə- dərində onları yerləşdirmək məsləhətdir. 
Qalan ərazilərə müxtəlif xidmət obyektlərini, elmi-axtarış, layihə və tədris 
müəssisələrini, yaşıllıq zonalannı yerləşdirmək olar. 
Təbii ki, sənaye qovşaqlannın böyüklüyü və sahəvi tərkibi, həmçinin 
onlann tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətləri olduqca 
fərqlidir. İri aqlomerasiyalarda müəssisələrin miqdarı olduqca çox ola bilər. 
Keçən əsrin 70-80-ci illərində keçmiş SSRİ məkanında müəssisələrin 
sahələri və sənaye rayonlarının ölçüsü müxtəlif götürülürdü. Müəssisələrin 
orta hesabla ölçüsü: metallurgiyada 25-27 hektar, kimyada 22-24 hektar, 
maşınqayırmada  6-7  hektar  və  s.  götürülürdü.  Şəhərlərdə  sənaye 
rayonlannm orta hesabla ölçüsü isə metallurgiyada 53-55 hektar, kimyada 
38-40  hektar,  maşınqayırmada  9-11  hektar  olurdu.  Azərbaycanda  bu 
rəqəmlər  nisbətən  fərqlənirdi.  Bu  aşağıdakı  cədvəl  13-də  olduğu  kimi 
özünü göstərir. 
350 


Cədvəl 13 
Azərbaycanda şəhər müəssisələrinin və sənaye rayonlarının 
sahələrinin ölçüsü 
(1000 nəfər məşğul olanların hesabı ilə) 
Sənaye sahələri 
Müəssisələrin orta 
hesablama sahəsi, hek 
Şəhər sənaye 
rayonlarının orta hesabı 
sahəsi, hek 
Metallurgiya 
20,2 
38 
Kimya 
18,3 
32 
Yeyinti 
6,7 
9,5 
Tikinti 
10,1 
14,5 
Maşınqayırma 
4,7 
8,0 
Yüngül 
2,5 
4,3 
Təcrübə  göstərir  ki,  müasir  dövrdə  iri  sənaye  sahələri  ən  çox 
xammal-enerji  təminatına  görə  heç  də  özünü  doğrultmur.  Ona  görə  də 
şəhər  daxilində  mini  və  midi  müəssisələrin  inkişaf  etdirilməsi  çox 
əlverişlidir. 
Sənaye  qovşaqlarının  səmərəli  yerləşməsinin  effektivliyi  barədə 
dəlilləri  aşağıdakılar  təsdiq  edir.  Ərazinin  sahəvi  zonalaşdırılması-  nm 
əsaslandırılması:  məsələn,  Bakının  əsas  sənaye  zonası  Xəzər  dənizindən 
Böyük-Şor gölünə qədər Bakı amfiteatrının mərkəzi hissəsini tutur. Burada 
əsasən neftayınna və neftkimya, maşınqayırma və metal emalı, yüngül və 
yeyinti  sənayesi,  hökumət  idarələri,  elmi  müəssisələr  və  s.  yerləşir.  Bu 
sənaye zonası tikintinin sıxzlığmı 30%-dən 70%-ə qədər artırmağa və ilkin 
ayrılmış sahələrə 30% qənaət etməyə imkan vermişdir. 
Eyni zamanda şəhərin digər sənaye zonalarında, məsələn, Yeni Bakı 
Neftayırma  Zavodu  (YBNZ)  rayonu,  Bibiheybət  neft  mədənləri  rayonu, 
Binəqədi sənaye-anbar rayonu, ayrıca istilik-enerji təchizatı mənbələrinin 
çoxluğu  yerli  müəssisələrin  çoxunun  ərazidən  səmərəsiz  istifadə 
edilməsinə  gətirib  çıxartmışdı.  Sənaye  qovşaqlarının  effektliliyinə 
Gəncədə DETAL alüminium kompleksini misal göstərmək olar. Kompleks 
Zəylik yatağının alun iti ərindən və 
351 


gətirilmə boksitlerdən istifadə edərək, alüminium oksiddən tutmuş, sulfat 
turşusunun  və  kalium  gübrəsinin  alınmasına  qədər  bir  sıra  istehsalları 
birləşdirilir. İstehsalın və bir çox yardımçı sexlərin birləşdirilməsi nəqliyyat 
təsərrüfatı  və  mühəndis  kommunikasiya-  laıının  birlikdə  yerləşməsi, 
kompleksi təşkil edən sənaye müəssisələrinin yerləşməsi üçün lazım olan 
ərazinin 30%-dən çox azalmasına imkan yaradır. 
Hələ vaxtı ilə sovet hakimiyyəti illərində Bakı şəhəri ixtisaslaşdırılmış 
sənaye  zonalarının  yaradılması  üçün  böyük  sahələrin  ayrılmasına  görə 
seçilirdi. Orada yerləşdirilən müəssisələrin layihə- ləşdirilməsi və tikintisi 
çox  vaxt  bir-birilə  əlaqəsiz  istifadəyə  verilirdi.  Onlarda  ərazinin  çoxu 
olduqca  səmərəsiz  istifadəyə  məruz  qalırdı.  Özü  də  bir-birini  əvəz  edən 
böyük sayda  mühəndis qurğular tikilmişdir. Buna görə də indiki  şəraitdə 
sənaye  qovşaqlarının  daxili  strukturu  çox  səliqəli  təşkil  olunmalıdır,  hər 
hansı bir təsadüfi sənaye müəssisələrindən xilas olmalıdır. 
Sənaye  qovşaqlarının  yaradılması  təkcə  şəhər  ərazisinin  səmərəli 
funksional  bölgüsünə  xidmət  etmir,  hər  şeydən  əvvəl  şəhərin  mərkəzi 
rayonlarında  mövcud  müəssisələrin  işləmə  şəraitini  yaxşılaşdırır.  Bizim 
ölkəmizdə tarixi səbəb üzündən bir çox orta və böyük şəhərlər üçün sənaye 
və tikinti ərazilərinin adda-budda yerləşməsi xarakterikdir. İndiki dövrün 
özündə  də  bir  çox  sənaye  müəssisələri  tikinti  və  digər  zonalarla 
əhatələnmişdir,  bu  da  həm  zonaların,  həm  də  müəssisələrin  normal 
fəaliyyətinə maneə yaradır. Sənaye müəssisələrinin mühüm hissəsi yaşayış 
məhəllələrində  və  hətta  yaşayış  binalannda  yerləşir  ki,  bu  da  bu 
müəssisələrin  əra-  zicə  inkişafını  çətinləşdirir,  onlara  yaxınlaşmaq  üçün 
yolların  çəkilməsini  çətinləşdirir,  əhalinin  yaşayışı  üçün  sanitar-gigiyena 
şəraitini  pisləşdirir.  Müəssislərin  çoxu  iri  şəhərlərin  mərkəz  hissəsində 
yerləşir  və  kifayət  qədər  sanitar  normalara  sözsüz  cavab  vermir. 
Apardığımız  müşahidələr  belə  müəssisələrin  ən  çox  Bakı,  Gəncə 
şəhərlərində olduğunu təsdiq edir. 
Şəhərlərdə  yeni  sənaye  və  məişət-sənaye  zonalarının  yaradılması 
prosesi ilə əlaqədar əsas diqqəti sənaye-tikinti zonalarının for- 
352 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə