Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə113/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   109   110   111   112   113   114   115   116   ...   119

yəsinin artması üçün imkanlar yaradır. 
Sənaye istehsalının mənfi təsirinin azaldılmasına daha çox güclü təsir 
vasitəsi sanitar cəhətdən zərərli olan müəssisələrin şəhər daxilindən kənara 
çıxanimasıdır.  Bu  mübarizə  üsulu  ehtiyatlı  yanaşma  tələb  edir.  Təcrübə 
göstərir  ki,  müəssisələrin  çıxanlrnası  nadir  hallarda  təyin  olunmuş 
müddətdə yerinə yetirilir. Bu da çox vaxt mühüm dərəcədə gözlənilməyən 
itkilərə  gətirir.  Qismən  ağır  yola  bir  qayda  olaraq  istehsalın  profilinin 
yenidən təşkilidir. 
Beləliklə, hər metodun özünün üstünlükləri və çatışmamazhqlan vardır. 
Qeyd  etmək  lazımdır  ki,  şəhər  mühitini  yaxşılaşdırmaq  üçün  konkret 
yolların seçilməsi müxtəlif metodların uyğunlaşdırılması və sosial-iqtisadi 
əsaslandırılması  prosesidir.  Doğru  yanaşmanın  birliyi  ayrı-ayrı 
komponentlərin 
keyfiyyətinin 
yaxşılaşdırılması 
üzrə 
tədbirlərin 
planlaşdırılmasmdan 
şəhərin 
və 
ona 
yaxın 
ərazilərin 
ekologiyalaşdırılmasının  kompleks  proqramlarının  işlənib  hazırlanmasına 
keçidlə tamamlanır [133]. 
Ölkədə  şəhərlərin  sosial-iqtisadi  inkişafının  kompleks  planlarında 
mühüm məsələlər birinci növbədə müxtəlif mənşəli sənaye tullantılarının, 
təki'ar  resursların,  bərk  məişət  tullantılarının,  həmçinin  müxtəlif  şəhər 
tullantılarının anbara yığılması və utilləşdiril- məsi problemlərinin öz əksini 
hökmən tapmasıdır. Onun həlli şəhərlərdə maddə və enerjinin dövranının 
intensivləşdirilməsinə,  qiymətli  şəhər  torpaqlarının  saxlanması  istifadə 
edilməyən  ucuz  xammalın  hesabına  xalq  təsərrüfatı  effektliyinin 
yüksəldilməsinə şərait yaradacaqdır. 
6.3.
 
İstehsalın inkişafında şəhər ərazilərindən effektli 
istifadə edilməsi məsələləri 
Ekoloji  aspektlərin  ən  mühümlərindən  biri  şəhər  məskənlərinin 
gələcəkdə  inkişafının  bilavasitə  ərazi  (torpaq)  resurslarından  səmərəli 
istifadə  edilməsi  ilə  əlaqədardır.  Şəhər  məskənlərinin  ərazisinin  həddən 
artıq  böyüməsi,  onların  nonnal  fəaliyyətini  olduqca  çətinləşdirir,  bundan 
başqa kənd təsərrüfatı, rekreasiya, sanita.r-gi- 
347 


giyena, meşə təsərrüfatı və digər cəhətdən qiymətli ərazilərin əsassız olaraq 
götürülməsi  tələb  olunur.  Buna  görə  də  böyük  miqdarda  sərbəst  ərazi 
resurslarının çatışmamazlığı hiss olunur [104]. 
Ölkənin şəhərlərində müasir torpaqdan istifadənin təhlili göstərir ki, o, 
son  dərəcə  intensiv  xarakter  daşıyır.  Bunda  ən  çox  qeyri-  tikinti  üçün 
ayrılmış  ərazilərin  “günahı”  vardır  ki,  onlar  da  bütün  şəhər  ərazisinin 
yarıdan  çoxunu  təşkil  edir.  Onların  inkişafı  tez-tez  təsadüfi  amillərlə 
müəyyən  edilir  və  tikinti  üçün  aynimış  ərazilərdən  fərqli  olaraq,  onların 
hələ  kifayət  qədər  dəqiq  hazırlanmış  metodları  və  normativləri  müəyyən 
edilməyib. Eyni təbii şəraitdə yerləşən, eyni xalq təsərrüfatı ixtisaslaşması 
və  əhalisinin  sayı  bərabər  olan  şəhərlərdə  bu  ərazilərin  ölçüləri  yekunda 
tez-tez  mühüm  hədd  daxilində  tərəddüd  edir.  Bizim  gözəyarı 
hesablamalarımız  göstərir  ki,  ölkə  üzrə  bütün  şəhər  məskənlərində 
qeyri-tikinti üçün ayrılmış ərazilərdə lazımi tədbirlərin təşkilinin sahələrini 
təqribən 20-30% azaltmaq olar. 
Azərbaycanda  Bakı,  Sumqayıt,  Şirvan,  Mingəçevir  və  s.  şəhərlərdə 
qeyri-tikinti  üçün  ayrılmış  ərazilər  arasında  sənaye  ərazilərinin  xüsusi 
çəkisi böyükdür. Qeyd etmək lazımdır ki, indi də bir çox ölkələrdə olduğu 
kimi ölkədə şəhər məskənlərinin böyük hissəsində şəhər əmələ gətirmənin 
əsasını  sənaye  təşkil  edir.  Hazırda  bizim  ölkəmizdə  hər  il  onlarla  yeni 
sənaye müəssisələri istifadəyə verilir. Regionların sosial-iqtisadi inkişafı ilə 
əlaqədar  yaxın  onilliklərdə  əlbəttə  yeni  sənaye  müəssisələrinin  tikintisi 
olduqca  fəal  həyata  keçiriləcəkdir.  Hətta  müxtəlif  fikirlərə  görə,  o 
şəhərlərdə  ki,  yeni  sənaye  sahələrinin  tikintisi  qadağan  edilmişdir,  belə 
şəhərlərdə  əhalinin  tələbatını  təmin  etmək  üçün  təyin  edilmiş  ayrı-ayrı 
müəssisələrin  meydana  gəlməsi  qaçılmaz  olacaqdır.  Məsələn,  Bakıda 
əhalinin  və  xalq  təsərrüfatının  tələbatını  təmin  etmək  üçün  Bakının  baş 
planında şəhərdə onlarla yeni sənaye və kommunal anbar müəssisələrinin 
yerləşdirilməsi  nəzərdə  tutulmuşdur  ki,  buna  təqribən  300  hektara  yaxın 
şəhər ərazisi tələb olunur. 
qədər ki, sənaye müəssisələrinin və ayrı-ayır qurğulann orta ölçüsü 
daimi artır, onda sənayenin inkişafında ikili proses müşahidə 
348 


edilir [99]. Bir tərəfdən əmək məhsuldarlığının artması yaxşıdır ki, istehsal 
edilən  məhsul  vahidinə  düşən  məşğul  olanların  sayı  azalır,  amma  digər 
tərəfdən müəssisələrin ən yeni texnika ilə təchizatı, hər məşğul olanların 
sayma görə istehsal meydançasının genişlənməsini tələb edir. Ayrı-ayrı iri 
sənaye müəssisələrinin köməkçi is- tehsalsız ərazilərinin böyüklüyü bəzən 
yüz hektarlar təşkil edir. 
Hazırda tikinti, metallurgiya və kimya sənaye müəssisələri bir neçə on 
hektarlarla, hətta jdiz hektarlarla sahəni tuturlar. Məsələn, Gəncədə 1 mln. 
ton  istehsal  gücünə  malik  olan  DETAL  alüminium  kompleksi  74  hektar 
sahəni tutur. Həmçinin sahəsi 82 hektar olan boksit tullantıları üçün 3-cü 
şlam  hovuzu  da  vardır.  Ümumiyyətlə  1998-ci  ildə  Gəncədə  159  hektar 
sahəsi  olan  1-ci  və  2-ci  şlam  hovuzları  alunit  tullantıları  üçün  istifadə 
edilirdi.  Hazırda  alunit  şlam  hovuzlarında  12  mln  730  min  ton  alunit 
tullantısı,  boksit  şlam  hovuzunda  8  mln.  843  min  ton  boksit  tullantısı 
toplanmışdır.  Neft  emalı  zavodları  da  böyük  əraziyə  malikdir,  hələ  bu 
zavodların ətrafında sanitar-mühafizə zonaları xeyli əraziyə malik olur. 
Artıq yuxarıda qeyd etmişdik ki, müxtəlif sənaye sahələrində ərazidən 
istifadə dərəcəsi müxtəlifdir. Məsələn, neft-kimya sənayesinin müəssisələri 
sənaye-istehsal heyətinin sayma görə cihazqayırma müəssisələri ilə bərabər 
olsa  da,  lakin  tutduqları  əraziyə  görə  ondan  20-25  dəfə  böyükdür  [98]. 
Lakin təcrübə göstərir ki, müxtəlif şəhərlərdə ərazidən istifadə əmsalı eyni 
profilli sənaye  qovşaqları üzrə  bir qayda  olaraq 2  dəfədən çox fərqlənir. 
Qeyd etmək lazımdır ki, 1990-2000-ci illərdə sənayenin bir çox sahələrində 
ərazinin tikilmə əmsalı 2-3 dəfə artmaqla orta hesabla 40% təşkil edirdi. 
Aparılan  müşahidələr  göstərir  ki,  xeyli  böyük  əraziyə  m.alik  sənaye 
müəssisələrinin  əraziləri  kifayət  qədər  səmərəsiz  istifadə  edilir.  Bundan 
başqa alçaq mərtəbəli istehsal binalarının xüsusi çəkisi hələ də böyükdür. 
Bizim ölkəmizdə son vaxtlar yeni sənaye tikintisinə orta hesabla hər milyon 
manat kapital qoyuluşuna ərazidən 7 hektara yaxın sahə götürülür. Buna 
görə də bu böyüklüyün azaldılmasına həmişə çalışmaq lazımdır. Müxtəlif 
gücdə müəssisələr üzrə fərqlənən hər bir sənaye sahələri üçün elmi cə 
349 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə