Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə110/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   106   107   108   109   110   111   112   113   ...   119

qələrində hər il 5 mln.m^ bərk tullantılar əmələ gəlir. Bunun da 50%-i Bakı 
və Sumqayıt şəhərləri və onlann ətrafında yerləşən qəsəbələrdə toplaşır. Bu 
tullantıların 20-40%-i kağız-karton, 4-5%- i ağac, 5-6%-i şüşə, 2-4%-i qara 
və  əlvan  metal,  6%-dən  çoxu  polimerlər,  qalam  isə  yeyinti  və  digər 
tullantılar  təşkil  edir.  Emal  prosesində  yaranmış  bu  tullantıların  yanya 
qədəri zibilxanalara atılır, 2-3%-i yandırılır və 2%-i yenidən emala verilir. 
Yandırılan tullantılar ətraf mühiti xeyli çirkləndirir. Bakı və Sumqayıt ətrafı 
ərazilər  başdan-başa  zibilxanalarla  əhatə  olunub.  Təkcə  Bakı  şəhəri 
ətrafında toplanan bərk məişət tullantıları üçün sahəsi 400 hektardan çox 
olan  82,  Sumqayıtda  isə  müvafiq  şəkildə  120  hektarlıq  zibilxana 
yaradılmışdır. 
Bakı  Bərk  Məişət  tullantıları  zavodu  ildə  70  min  ton  bərk  məişət 
tullantılarını  emal  etmək  gücünə  malik  idi.  Həmçinin  emal  edilmiş 
tullantılardan konpost-gübrə hazırlanmalı idi. Lakin tullantılarda metal və 
şüşə  qarışıqları  çox  olduğundan,  bunları  təmizləmək  çətin  olduğundan, 
zavod tam gücü ilə işləyə bilmirdi. 2000-ci ilin əvvəllərində zavodda 2,2 
mln.m^ bərk məişət tullantısı emal edilib ki, bundan da 18350 ton konpost 
(kübrə)  istehsal  edilmişdir.  Kompo-  stlardan  rekultivasiya  edikniş 
torpaqlarda  eksperiment  zamanı  çox  istifadə  edilir.  Adı  çəkilən  konpost, 
torpaqları su-fiziki və istilik rejimini tənzimləmək üçün istifadə edilir. 
Ölkənin  ən  iri  Bakı-Sumqayıt  şəhər  aqlomerasiyasının,  həmçinin 
Gəncə,  Şirvan,  Mingəçevir,  Naxçıvan  şəhərlərinin  ətraf  mühitinin 
keyfiyyətinin  yaxşılaşdırılmasına  istehsalın  təsirinin  zəiflədilməsi  üzrə 
tədbirlərin  həcminin  artırılması  şərait  yarada  bilər  və  bir  sıra  tədqiqatlar 
nəticə  çıxarmağa  əsas  verir  ki,  şəhərlərin  ölçüsü  çirklənməni  müəyyən 
etmir. O ki, qaldı mühitin aşağı keyfiyyətinə, o zaman bu, şəhərsalmanın 
səhv  hesablamalarının  nəticəsi  kimi  və  şəhərin  elementlərinin  onun 
böyüklüyünə uyğun gəlməməsi ilə izah edilir. 
Bu qeyd edilənlər məlum ölçüdə həqiqətdir. Lakin burada göründüyü 
kimi hamısı belə sadə deyil və sözsüz ki şəhərlərin böyüklüyü ətraf mühitə 
təsirin strukturlarına, xarakterinə və həc 
337 


minə  təsir  edən  çox  mühüm  amildir.  Bütövlükdə  aşağıdakı  qrup  amilləri 
ayırmaq olar: 
I.
 
Demoqrafiya amilləri-əhalinin sayı, onun sıxlığı ilə əlaqədardır; 
Şübhəsiz ki, şəhər daxilində, yaxud da aqlomerasiyalarda ətraf mühitə 
göstərilən gərginliyin böyüyü bir başa əhalinin sayına, xüsusilə, sıxlığına 
mütənasib  olmasından  ibarətdir.  Müəyyən  edilmişdir  ki,  şəhərlərin 
böyüməsi  ilə  onlarda  havanın  bir  fonda  çirklənməsi  bir  qayda  olaraq 
çoxalır.  Belə  ki,  əhalisi  300  min  nəfərdən  çox olan  şəhərlərdə  atmosferə 
daha  çox  yayılan inqrediyentlərin  toplanması  orta  şəhərlərdən  1,5-2  dəfə 
3diksək olur [136]; 
II.
 
Ekoloji  amillər-  bu,  şəhər  əmələ  gətirən  bazanın,  yəni  sahəvi 
strukturlann  xarakteri  və  istehsalın  təmərküzləşməsi  səviyyəsinin 
xüsusiyyətləri ilə əlaqədardır. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  metallurgiya  və  neft  emalı  sənaye 
sahələrinin  üstünlük  etdiyi  şəhərlərdə  kükürd  qazının  toplanması, 
böyüklüyü eyni olan digər şəhərlərdən 2-3 dəfə yüksək olur
III.
 
Torpaqdan istifadə edən strukturların xüsusiyyətləri; 
IV.
 
Şəhərlərin planlaşdırma işlərinin təşkilinin formaları; 
V.
 
Yönəldici  amillər,  bu  birinci  növbədə  təbii  xarakterli-iqlimlə 
əlaqədardır. 
Yuxanda  qeyd  edilən  qruplara  daxil  olan  amillərin  statistika 
məlumatlarından bu və ya digər növ çirkləndiricilərin səviyyəsini müə3^ən 
edən  göstəriciləri,  tərtibatından  tutmuş  dəyişməsinə  kimi  təqdim  etmək 
olar. Bunu tərtib edilmiş aşağıdakı düsturla təyin etmək olar: 
SOx = X (S, M, R, V, T) 
Burada  SOx  -  şəhərin  ərazi  vahidinə  düşən  kükürd-oksidinin 
səviyyəsinin hesabı; 
S - əhalinin sayı; 
M - sənaye istehsalının artım indeksi; 
R - yağıntıların orta illik miqdarı; 
V - küləyin sürəti; 
338 


T - maksimum təmərküzləşmə üçün daha çox əlverişli tempe- raturlu 
günlərin orta illik miqdarı. 
Belə ki Sumqayıt şəhərinin kükürd qazı ilə çirklənməsinin səviyyəsini 
təyin  edərkən  aşağıdakı  göstəricilərdən  istifadə  edilmiş-  dir:-şəhərin 
ərazisinin  böyüklüyü,  əhalinin  sayı,  sənaye  istehsalının  artım  indeksi, 
yağıntının orta illik miqdarı, küləyin sürəti, çirklən- diricilərin toplanması 
üçün daha əlverişli temperaturlu günlərin orta illik miqdan. 
Sumqayıt  şəhəri  üzrə  göstərilən  amillərin  təhlili  əsasında  müəyyən 
edilmüşdir ki, şəhərin atmosferini çirkləndirən maddələr içərisində kükürd 
qazı ilə çirklənmənin səviyyəsi 34,5% təşkil edir. 
Ölkənin şəhərləri üzrə bilavasitə amillərin təhlili metodu ilə apa- nlan 
konkret tədqiqat imkan verir belə nəticəyə gələk ki, əhalinin daha çox sıx 
yerləşdiyi  Bakı-Sumqayıt  kimi  iri  şəhər  aqlomerasiyası  üçün  havanın  və 
torpağın  bərk  tullantıların  miqdannm  çoxluğu  ilə  çirklənməsinin 
maksimum  səviyyəsi  xarakterikdir.  Analoji  vəziyyəti  Şirvan,  Gəncə  və 
Mingəçevir şəhərləri üçün də söyləmək olar. Eyni zamanda ölkənin digər 
orta  və  kiçik  şəhərləri  az  dərəcədə  çirklənmədən  əziyyət  çəkir.  Bundan 
əlavə ölkənin torpaqlardan istifadənin sənaye tipinin üstün təşkil olunduğu 
şəhərlərin  atmosferində  asılı  maddələrlə  toplanmasının  göstəriciləri 
yüksəkdir. 
Mühitin  keyfiyyətinə  müəyyən  təsiri  şəhərin  planlaşdırma 
strukturlarının formaları göstərir və çirklənmənin səviyyəsini gah qaldırır, 
gah da aşağı salır. Şəhərin mərkəzinin ətrafında yığcam cəmlənmiş əhalinin 
yüksək sıxlığı ərazinin yüksək intensiv istifadə edilməsinə malikdir. Böyük 
açıq  ərazilərdə  havanın  çirklənmə  səviyyəsi  urbanizasiya  prosesi  inkişaf 
etmiş  rayonlara  nisbətən  çox  aşağı  olur.  Böyük  əraziyə  malik  tikinti 
meydançaları, geniş dairəvi nəqliyyat arteriyası, əhalinin dəyişməz sıxlığı 
şəhərin atmosfer havasının çirklənməsini azaldır. 
Əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə  Bakı  şəhəri  ilə 
ölkənin  digər  şəhərləri  arasında  təbii  mühitə  təsir  amillərinin  kəmiyyət 
xarakteristikasında çox mühüm fərqlər vardır. 
339 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə