Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə107/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   103   104   105   106   107   108   109   110   ...   119

Lakin nəzərə alınmalıdır ki, rayonda əhalinin təbii artımının yüksək olduğu 
şəraitdə bu məsələ və sərbəst əmək ehtiyatlarının tamamilə istehsala cəlb 
edilməsi  əməktutumlu  sənaye  sahələrinin  və  sosial  obyektlərin  sürətli 
inkişafı sayəsində həll edilə bilər. 
İqtisadi  rayonda  kənd  təsərrüfatının  ənənəvi  sahələrinin  inkişafına 
alternativ  kimi  sənayenin  inkişafı  çıxış  edir.  Bununla  əlaqədar  rayonun 
sənaye  cəhətdən  mənimsənilməsi  prosesində  yerli,  yaxud  da  sahəvi 
yanaşmanın  azacıq  da  olsa  nəzərə  alınması  bir  sıra  hallarda  burada 
bioresursların qiymətli və unikal növlərinə müəyyən zərər vura bilər. 
Əlavə  olaraq  qeyd  etmək  istərdik  ki,  ölkədə  unikal  təbiətə,  sıx 
məskunlaşmaya,  yararlı  torpaq  fondunun  çatışmamazlığı  hiss  edilən 
Lənkəran  iqtisadi  rayonunda  sənayenin  az  metal  tutumlu,  həm  də  əmək 
tutumlu  sahələrinin  inkişafı  məqsədəuyğundur.  Əmək  tutumlu  sənaye 
sahələrindən  -  elektron,  cihazqayırma  və  dəqiq  ma-  şınlann  istehsalının 
inkişafı, istehsal mədəniyyətinə müvafiq olaraq ahəngdar olacaqdır. 
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının iqtisadi- ekoloji 
problemlərinin  iqtisadi-coğrafi  tədqiqi  göstərir  ki,  regionların  məhsuldar 
qüvvələrinin  ərazi  təşkilinə  təsir  göstərən  amillərin  iqtisadi-coğrafi 
təhlilinin  metodologiyasında  kompleks  yanaşmasının  əhəmiyyəti  tez-tez 
qeyd  olunur.  Kompleks  yanaşma  nəticəsində  bir  tərəfdən  regionlarda 
məhsuldar qüvvələrin qarşılıqlı əlaqələrinin xüsusiyyətlərilə, digər tərəfdən 
istehsal  sahələrinin  ərazi  təşkilinin  ətraf  mühitə  təsirinin  kompleks 
xarakteri  ilə  əlaqədar  bəzi  məsələləri  təhlil  edib  ümumiləşdirərək  nəzəri 
cəhətdən aşağıdakı iqtisadi-ekoloji problemləri deyə bilərik: 
-
 
Regionların,  rayonlar  üzrə  təbii  şəraitində  dərin  müxtəliflik  və 
təsərrüfatın  inkişaf  səviyyəsindəki  fərqlər,  ölkənin  müxtəlif  hissələrində 
iqtisadi-ekoloji proseslərin tiplərində böyük fərqlərə şərait yaratmışdır. 
-
 
Ən  böyük  iqtisadi-ekoloji  problemlər  ərazi-istehsal  və  lokal 
komplekslərin yaranması və formalaşması ilə əlaqədardır. 
-
 
Ölkə üzrə ayrılmış dörd makrotəbii regionun hər birində məh 
328 


suldar  qüvvələrin  inkişafı  və  yerləşməsi  prosesində  yaranmış  iqtisadi  - 
ekoloji problemlər mövcuddur. Onları şərti olaraq üç böyük qrupa bölmək 
olar-regionlararası,  regiondaxili  kompleks,  lokal.  Həmçinin  tipik  və 
spesifik, sahəvi və sahələrarası qrupları da ayırmaq mümkündür. 
-
 
Ölkənin  Böyük  Qafqaz  makrotəbii regionu  üçün  onun  ərazisi^  nin 
yüksək səviyyədə mənimsənilməsi ətraf mühitə antropogen təsirin olduqca 
güclü  olmasıdır.  Regionun  əsas  iqtisadi  -  ekoloji  problemlərinin  həlli, 
korlanmış torpaqların rekultivasiyası, su təsərrüfatı məsələlərinin həlli ilə 
iri sənaye rayonlarında və qovşaqlarında istehsalın ekologiyalaşdıniması, 
su resurslarının keyfiyyətcə tükənməsinə qarşı mübarizə, mineral-xammal 
və  meşə  resurslarının  istifadəsi  zamanı  komplekslilik  dərəcəsinin 
yüksəldilməsi və s. əlaqədardır. 
-
 
Kiçik  Qafqaz  makrotəbii  regionunun  əsas  ekoloji  problemləri 
regionun 
mineral-xammal, 
su  və  meşə  resurslarından  istifadə 
edilməsindən,  bütövlükdə  ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsi 
prosesində  istehsal  və  ətraf  mühit  arasında  dinamik  tarazlığın 
saxlanılmasının zəruriliyindən irəli gəlir. 
-
 
Kür-Araz makrotəbii regionu üçün su resurslanndan səmərəli istifadə 
edilməsinin, həmçinin kənd təsəıürfatma yararlı torpağın iqtisadi - ekoloji 
məsələlərinin  həllinin,  şoran  torpaqlarda  meliorativ  tədbirlərin 
aparılmasının böyük əhəmiyyəti vardır. 
-
 
Lənkəran-Tahş  makrotəbii  regionunun  əsas  iqtisadi-ekoloji 
problemləri  torpaq  fondunun  azlığı  ilə  əlaqədar  torpaq  ehtiyatlarından 
kompleks  və  səmərəli  istifadə  edilməsi,  həmçinin  nadir  və  re-  likt  ağac 
növlərinin  mühafizəsindən.  Xəzər  dənizinin  səviyyəsinin  qalxması 
nəticəsində təsərrüfat sahələrinə dəyən ziyanların aradan qaldınimasından 
ibarətdir. 
329 


VI
 
FƏSIL
 
ŞƏHƏRLƏRİN İNKİŞAFININ REGİONAL İQTİSADİ- 
EKOLOJİ PROBLEMLƏRİ 
6.1. Şəhərlərin inkişafının ekoloji aspektləri 
y
 
stehsalmın ərazi təşkili və yerləşməsinin ekoloji problemləri- 
nin həlli, məskunlaşmanın təşkili və şəhərlərin idarə edilməsi 
ilə əlaqədar məsələlərdən kənar ola bilməz. Məhsuldar qüvvələrin 
yerləşməsi, məskunlaşma və ətraf mühitin təşkili-üç ən mühüm 
amil- regionların sosial-iqtisadi inkişafının effektiv səviyyəsini və 
xarakterini müəyyənləşdirir. 
Elmi  ədəbiyyatlarda  bəzi  müəlliflər,  məsələn  görkəmli  alimlərdən 
E.B.Alayev  və  B.S.Xoryev  insan-istehsal-təbiət  kimi  kateqo-  riyalann 
vəhdəti  və  qarşılıqlı  əlaqəsini  qeyd  edərək,  məskunlaşma,  istehsalın 
yerləşməsi-təbiətdən səmərəli istifadə kimi proseslərin vəhdəti və qarşılıqlı 
əlaqəsini göstərirdilər. Onlar qeyd edirdilər ki, bu vəhdət təkcə müəyyən 
edilmir,  o,  obyektiv  reallıq  kimi  dərk  edilir  və  qarşıya  qoyulan  məqsədə 
müvafiq lazım olan idarə etməni tələb edir [93]. 
Elmi-texniki  tərəqqinin  inkişafı  ilə  şəhərlərin  inkişafı  prosesi  ictimai 
həyatın bütün tərəflərinə təsir edərək daha da universal olmuşdur. 1913-cü 
ildə respublikanın şəhərlərində əhalinin yalnız 23.8%-i, 1970-cı ildə 51.1%, 
2000-ci  ildə  50.5%,  2010-cu  ildə  isə  52%  yaşayırdı.  Hal-hazırda  ölkədə 
şəhər  əhalisinin  sayı  4467.5  min  nəfərə  çatmışdır.  Proqnozlara  müvafiq 
2025-2030-cu  illərdə  respublika  əhalisinin  60-65  %-i  şəhərlərdə 
yaşayacaqdır. Şəhərlərin inkişaf prosesi və onunla əlaqədar əhalinin artımı, 
gələcəkdə qeyri- kənd təsərrüfatı işlərinin təmərküzləşməsinin inkişafı və 
artması, şəhər məskənlərinin ərazicə böyüməsi, cəmiyyət və təbiət arasında 
böhranlı münasibət yaradır, şəhərləri daha da kəskin areala çevirir. Süni və 
təbii  mühit arasında  gərgin  qarşılıqlı təsir  xüsusi  diqqət tələb  edir  [175]. 
Çünki təbii mühitin keyfiyyətinin pisləşməsi sonda əhalinin sağlamlığının 
pisləşməsinə, əməyin, məişət və istirahətin 
330 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə