Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə111/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   107   108   109   110   111   112   113   114   ...   119

Əldə  edilmiş  məlumatların  təhlili  və  mövcud  ədəbiyyat  mənbələri 
göstərir  ki,  Bakı  şəhərində  və  respublikanın  digər  şəhərlərində,  konkret 
olaraq  Şirvan  və  Mingəçevir  şəhərlərində  hava  hövzəsinə  tullantıların 
mənbələrinin  strukturu  əsas  çirkləndirici  komponentlərinə  görə  necə 
fərqlənir. Belə ki Bakı şəhərində havanı çirklən- dirən qazların 70-80%-i 
nəqlijq/at vasitələrinin, xüsusilə avtomobillərin payına düşür. Bakı şəhəri 
Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə şəhərdə 1 mln ədədə 
yaxın  avtomobil  vardır.  Avtomobillərin  payına  düşən  tullantılann 
55-60%-ni karbon qazı, 17-20%-ni azot oksidi və digər birləşmələr təşkil 
edir.  Şirvan,  Mingəçevir  şəhərlərində  isə  havanı  zəhərli  qazlarla 
çirkləndirən  İES-  dır,  80%-ə  qədər,  bunun  da  əsas  hissəsini  azot  oksidi 
təşkil  edir.  Bu  şəhərlərdə  havaya  buraxılan  qazın  yalnız  10-12%-i 
avtomobil nəqliyyatının payına düşür. Bundan başqa böyük şəhərlərin hava 
hövzəsinin çirklənməsinə emal sənaye müəssisələri, zibil yandıran qurğular 
və  s.  sahələr  təsir  göstərir.  Böyük  şəhərlərdə  səs  siqnalları,  aramsız 
nəqliyyat  hərəkətləri  güclü  səs  mənbələridir.  Bu  səslər  yol  verilən 
normadan 15-20 dəfə çox səs yaradır ki, bu da sağlamlığa birbaşa təsir edir. 
Bakı  şəhərində  əhalinin  70%-i,  Gəncə,  Sumqayıt,  Mingəçevir  əhalisinin 
40-50%-i güclü səs zonalarında yaşayırlar. 
Buradan  belə  görünür  ki,  Bakıda  şəhər  mühitinə  təsirin  səviyyəsinə 
mühüm  ölçüdə  avtomobilləşdirilmənin  ölçüsü  təsir  edir  ki,  bu  da  bütün 
demoqrafik  amillərin  çəkisini  üstələyir.  Azərbaycanda  digər  amillərlə 
yanaşı həm də şəhər əmələgətirmə bazasında xammal resursları əsasında 
şəhər strukturları tipinin də müəyyən əhəmiyyəti vardır. 
Coğrafi ədəbiyyatlarda belə strukturların iki əsas tipə ayrılması barədə 
çox qeyd edilir. Birinci tip çoxfunksiyalı şəhərlərə məxsus nisbətən sənaye 
funksiyasının  xüsusi  çəkisi  aşağı  olan  strukturlardır.  İkinci  tip  şəhər 
strukturları xammal resurslarına əsaslanır, sənaye funksiyalarının rolunun 
üstünlüyü  ilə  şəhər  aqlomerasiyalarında  özünə  yer  tutur.  İkinci  tip 
şəhərlərdə  ekoloji  səviyyə  hələ  az  dərəcədə  demoqrafik  amillərlə 
müəyyənləşdirilir [130]. 
Bütövlükdə demoqrafik amilləri saymamaq olmaz. Əlbəttə, o fi 
340 


kirlə  də  razılaşmaq  olmaz  ki,  şəhərlər  nə  qədər  böyükdürsə,  onda  ətraf 
mühitin keyfiyyəti də çox pisdir. Bu yalnız o vaxt düzgün ola bilər ki, onda 
iri  şəhərlər  yalnız  müəssisələrin  yığımından  ibarət  olsun  və  onlann 
aralarında  əlaqələr  az  olsun.  İri  şəhərlərdə  təbiəti  mühafizə  tədbirlərinin 
həyata  keçirilməsi  ilə  daha  yüksək  effektə  nail  olmaq  olar.  Şəhərlərin 
ekoloji  optimal  ölçüsünün  müəyyənləşdirilməsi  üzrə  məsələnin  qoyuluşu 
fıkrimizcə,  ümumiyyətlə  heç  bir  şəhərin  ekoloji  problemləri  ilə 
əsaslandırılmayıb. 
Əgər 
bÖ3dik 
şəhərlərin 
ekoloji 
problemləri 
istehsalın 
təmərküzləşməsinin artması ilə əlaqədardırsa, onda kiçik şəhərlərdə oxşar 
problemlərin kəskinləşməsinə, bir sıra hallarda yerli müəssisələrin gücünün 
hələ  çatışması,  bəzi  hallarda  isə  hər  hansı  bir  müəssisənin 
rekonstruksiyasının müddətinin uzanması şərait yaradır. 
Kiçik  şəhərlərin  “y^ş”  amilləri  müəyyən  rolu  oynayır,  əgər  onların 
əsası bir neçə on illiklər bundan əvvəl qo3aılmuşdursa, onda bu günlərdə 
qoyulan  ekoloji  tələblərə  müvafiq  layihələr  yaratmaq  mümkün  ola 
bilməzdi. Yeni yaradılmış (son 20-30 il) kiçik şəhərlərdə bir qayda olaraq 
özlərinin  layihə  hissələrinə  ekoloji  və  ətraf  mühitin  digər  problemlərinin 
konkret həllinə istiqamətlənmiş ekspert rəyi də daxil edilir. 
6.2.
 
Şəhərlərin inkişafının kompleks planlarında, 
istehsalın və ətraf mühitin qarşılıqlı münasibəti 
məsələləri 
Ətraf təbii mühitin vəziyyətinə məhsuldar qüvvələrin inkişafının təsiri 
problemləri, son vaxtlar şəhərlərin U2nmmüddətli planlaşdırılması zamanı 
istifadə  edilən  məsələlərdən  biri  olmuşdur.  Regionların,  şəhərlərin  və 
qəsəbələrin  iqtisadi  və  sosial  inkişafının  kompleks  planının  ekoloji 
bölməsində bu məsələlərə çox böyük yer ayrılmışdır. Belə bölmələr Bakı, 
Sumqayıt, Şirvan, Yevlax, Mingəçevir, Gəncə, Şəki, Naxçıvan və s. sənaye 
qovşaqlan  və  mərkəzlərində  olduqca  ətraflı  işlənilmişdir.  Məhz  burada 
şəhərləşməyə gətirən və şəhərə xidmət edən sahələrin inkişafı prosesində 
mey 
341 


dana çıxan müxtəlif sahələrarası problemlərin kompleks həlli üçün zəminlər 
yaradılır. 
Sözsüz  ki,  əvvəllər  şəhərlərin  baş  planında  və  müxtəlif  sənədlərdə 
nəzərdə  tutulan  tədbirlərin  görülməsində  şəhərlərin  ətraf  mühitinin 
yaxşılaşdınimasma  mühüm  dərəcədə  şəraitin  yaradılması  az  olmamışdır. 
Lakin şəhərlərin və aqlomerasiyaların inkişafında yalnız təbii mühitin lokal 
sahələrinin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi hesabına 
ayrı-ayrı faktiki məsələlərin həlli, həmçinin çirikləndirici mənbələrin zərərli 
təsirinin  zəiflədilməsi  yaxudda  ləğv  edilməsi  hesabına  iqtisadi-ekoloji 
problemləri daha da asanlaşdırmaq olardı. 
Həqiqətən  də  şəhərlərin  inkişafının  ekoloji  aspektləri  mürəkkəb  və 
çoxtərəflidir  və  “şəhər-təbii  mühit-insan”  üçlüyünün  zəncir  üzrə  bütün 
sistemin  qarşılıqlı  münasibətini  əhatə  edir.  Həm  də  çoxsaylı  amillərin  və 
şəraitlərin  dinamik  tarazlığını  müəyyənləşdirir.  Təsdiq  etmək  olar  ki, 
şəhərin təsərrüfat sahəsində hər hansı təsərrüfat-təşkilatı məsələlərinin həlli 
mütləq  ekoloji  sistemin  vəziyyətində  onun  digər  şəhər  sistemlərinin 
qarşılıqlı  münasibətlərinin  xarakterində  əks  olunur  Bunu  aşağıdakı 
sxemdən  görmək  olar.  Başqa  sözlə  desək,  şəhərlərin  inkişafı  prosesi, 
xüsusilə  iri  aqlomerasiyalar  özlərinin  bütün  sistemlərində  dinamik 
tarazlığın  müəyyən  edilməsini  tələb  edir.  Buna  görə  qrup  məqsədlərin 
formalaşmasının  obyektiv  proseslərinin  gələcək  inkişafının  əsas 
istiqamətləri  yəqin  ki,  bu  məskunlaşmanın  mütərəqqi  formasının 
bünövrəsinin  qoyulmasına,  onun  nizamlanmasına,  bütün  potensial 
imkanlardan tam istifadəni daha da çətinləşdirən və kor-təbii elementlərin 
vaxtında  qabağının  alınmasına  və  digər  məsələlərin  həllinə  köməklik 
göstərəcəkdir.  İstehsal  və  ətraf  təbii  mühitin  qarşılıqlı  münasibətini  op- 
timallaşdıran  effektli  tədbirlər  sisteminin  hazırlanması,  təbiəti  mühafizə 
fəaliyyəti  və  onun  keyfiyyəti,  mühitə  təsiri  səciyyələndirən  göstəricilərin 
təhlilinin dolğunluğundan çox asılıdır. Görünür ki, iqtisadi-ekoloji sistemin 
komponentlərinin  keyfiyyətinin  səciyyəsi  üçün  statistik  indekslər 
metodundan geniş istifadə etmək lazımdır. 
342 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə