Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə112/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   108   109   110   111   112   113   114   115   ...   119

 
Ekoloji sistem 
Yerli xammal
 
 
Su
 
 
Torpaq
 
 
Hava hövzəsi 
resursları
 
 
resursları
 
 
resurslan
 
 
 
Şəhərin ekoloji və digər sistemlərinin qarşılıqlı təsiri. 
Düz təsir — 
Əks təsir 
İnkişaf etmiş qərb ölkələrində, xüsusilə ABŞ təcrübəsində in- 
dekslərdən istifadə edilir. Hava hövzəsinin çirklənmə səviyyəsini 
əks etdirən indekslər, çirklənmənin fərdi indekslərinə uyğunlaşdı- 
nlaraq tətbiq edilir, hər hansı biri özünün təsis edilmiş standartlara 
uyğun havanın çirklənməsinin qeyd olunmuş keyfiyyət səviyyəsinə 
tçirk =VlFi+S^Z+/n 
nisbətini ifadə edir. 
343 


Burada  Jı,  J2....Jn-başlıca  inqrediyentlerdən  hər  biri  üçün  standarta 
uyğun səviyyə nisbəti. 
Əgər  hesablamaya  daxil  edilmiş  çirkləndiricilərdən  hər  hansı  biri 
standart  qiymətdən  üstündürsə  yaxud  da  bərabərdirsə  onda  hər  halda 
indekslərin qiyməti vahidə bərabər olacaq. 
Şəhərlərdə  ekoloji  vəziyyətin  təhlili  zamanı,  ekoloji  sistemin 
inkişafının  xarakterini  müəyyən  edən  spesifik  amilləri  və  şəraiti  aşkar 
etmək lazımdır. Belə ki, bu Bakı və Sumqayıt şəhərləri üçün şəhərsalmanın 
mühüm  məsələlərinin həllinin zəruriliyinidən-şəhərin dənizə doğru çıxışı, 
demoqrafik  situasiyanın  gərginliyi,  şəhərin  inkişafına  mmhəndis 
qurğularının uyğun gəlməməsi, unikal dənizsa- hili landşaftlanndan effektlə 
istifadə  edilməsi  və  qorunub  saxlanılmasının  zəruriliyi,  həmçinin  zəngin 
mədəni-tarixi abidələri, avto- mobilləşdirmənin sürətlə artımıdan ibarətdir. 
Ölkədə  iri  şəhərlərin  ekoloji  sisteminin  vəziyyətinin  təhlili  və  onun 
sonra  gələn  qiymətləndirilməsi,  təbii  mühitə  təsir  göstərən  faktorlar  üzrə 
təhlili əsasında kompleks ekoloji rayonlaşdırılması ən mühüm vasitələrdən 
biridir. Burada birinci növbədə şəhərin baş planından və xəritələşməsindən 
istifadə edilir. Rayonlaşdırmanın yerinə yetirilməsinin mahiyyəti müxtəlif 
xarakter  daşıyır,  daha  doğrusu,  fərqli  meyarların  seçilməsi  və  fərqli 
amillərin  tədqiq  edilməsi  ola  bilər.  Başlıca  tələb  isə  onun  kompleks 
xarakterə malik olmasıdır, eyni zamanda hələlik təcrübədə onun yalnız təbii 
mühitin ayrı- ayrı elementləri üzrə xəritələrindən istifadə edilir. 
İşin  başlanğıc  mərhələsi  müvafiq  komponentlər  və  faktorların 
əsaslandırılmasının  kompleks  meyarlarının  qiymətləndirilməsindən 
ibarətdir. Fikrimizəcə, ərazinin kompleks qiymətləndirilməsi tədqiq edilən 
məsələlərin  həllində  daha  yaxşı  metoddur.  Burada  başlıca  meyar  kimi 
ekoloji parametrlər üzrə şəhər mühitinin keyfiyyətcə qiymətləndirilməsində 
adamların  rahat  yaşaması  üçün  sanitar-gigiyena  şəraitinin  gözlənilməsi 
qəbul  edilir.  Bununla  bərabər  komponentlərin  keyfiyyətcə  səciyyəvi 
xüsusiyyətləri  mühitin  vəziyyətinə  təsir  göstərən  amillərin  özləri  deyil, 
ancaq  müvafiq  amillərin  təsirinə  şərait  yaradan  mühitin  elementlərinin 
vəziyyətinin 
344 


səviyyəsidir. 
Təcrübi  cəhətdən  rayonlaşdırma  metodunun  yerinə  yetirilməsi  və 
ekoloji xəritənin tərtibinin əsas çətinliyi ondan ibarətdir ki, elmi cəhətdən 
əsaslandırılmış normativlər sisteminin yetərincə işlənib hazırlanmaması ilə 
əlaqədardır. Əgər tam hazırlanmış normativ sistemi olsaydı, heç olmazsa 
lokal qiymətlərin müəyyənləşdirilməsi zamanı əsas ola bilərdi. 
Şəhərin  kompleks  planının  sahəvi  bölməsinin  təhlilinin  mühüm 
hissəsini,  mühitin  komponentlərinə  təsərrüfat  kompleksinin  təsirinin 
tədqiqi təşkil edir. Əlavə olaraq, istehsalın təsirinin təkcə natural deyil, həm 
də şərti göstəricilərini müəyyənləşdirmək lazımdır. 
Kompleks  planın  ekoloji  bölməsində  təbiəti  mühafizə  tədbirlərinin 
əsaslandırılması, onların növbəliliyinin təyin edilməsi, həm^ çinin mühitin 
korlanması, yaxud da çirklənmə mənbələrinə ola bilən təsirlərin yollarını 
əks etdirən tədbirlərin qrupları göstərilir: 

 
Texnoloji  qrup-buraya  bilavasitə  mənbələrə  göstərilən  təsir,  onların 
dəyişdirilməsi  və  neytrallaşdırılması,  texnologiyanın  təkmilləşdirilməsi 
aiddir; 

 
İqtisadi-istehsal  qrup-buraya,  istehsal  strukturlarının,  yanacaq 
balansının dəyişməsi aiddir

 
Şəhərsalma-planlaşdırma  qrupu-buraya  istehsalın,  yaşayış  və 
mədəni-məişət  obyektlərinin  yerdəyişməsi  yolu  ilə  şəhərin  planlaşdırma 
strukturlarında gedən dəyişikliklər aiddir. 
Sonuncu qmpa daxil olan tədbirlərə xüsusi diqqət yetimıək lazımdır. 
Bu onunla əlaqədardır ki, iri şəhərlərdə ətraf təbii mühitin vəziyyəti ən çox 
planlaşdırma  strukturlannda  yaranmış  çətinliklərin  xüsusiyyətləri  ilə,  bir 
sıra  hallarda  isə  təsərrüfat  sahələrinin  mənfi  təsirirdn  dərinləşməsi  ilə 
müəyyən edilir. Eyni zamanda planlaşdırma strukturlannda əsaslandmimış 
dəyişikliklər müsbət nəticələrə gətirə bilər. 
Təkcə böyük maddi xərc tələb edən və bir qayda olaraq lokal xarakter 
daşıyan  texnoloji  xarakterli  tədbirlərə  arxayın  olmaq  ağılsızlıq  olardı. 
Düzdür, çirklənməyə qarşı texnoloji tədbirlər istehsalın zərərli təsirlərinin 
intensivliyinin  azaldılmasına  doğru  effektli  meylə  malikdir.  Şəhərsalma 
tədbirlərinin yerinə yetirilməsi texno 
345 


loji tədbirlərdən fərqli, daha uzun  müddətə effekt verir. Bir sıra hallarda 
şəhərsalma  texnoloji  və  iqtisadi-istehsal  tədbirlər  bir-birini  effektlə  əvəz 
edir, bəzi hallarda isə ikisi birlikdə tətbiq oluna bilər. 
Şəhərsalmanın  ən  mühüm  tədbirlərindən  biri  də  şəhər  daxilində 
müxtəlif təyinatlı obyektlərin yerləşdirilməsi sistemlərinin optimal- laşdın 
İmasıdır.  Yəni  ərazinin  müxtəlif  növ  istehsal,  yaşayış-məişət,  rekreasiya 
istiqamətində  qarışıq  əlaqəli  səmərəli  təşkili  deməkdir.  Şəhərin 
planlaşdırma  stmkturlarmm  formalaşması  mərhələsində  ekoloji  amillərin 
hesaba  alınması  çox  mühüm  əhəmiyyətə  malikdir.  Onların  şəhərsalma 
siyasətində 
yeni 
şəhərlərin 
salınması 
zamanı 
lazımi 
qədər 
qiymətləndirilməməsi,  yaxud  da  səhv  hesablanması,  xüsusilə,  kimya  və 
metallurgiya sənayesinin yerləşdirildiyi rayonlarda ciddi nəticələrə gətirib 
çıxara bilər. 
Daha  köklü  dəyişiklik  aparan  texnoloji  tədbirlərin  üstünlüyü 
sanitar-mühafizə  zonalarının  imkanlarının  əskildilməsi  ilə  əlaqədardır. 
Hələ  yaxın  vaxtlara  qədər  sanitar-mühafizə  zonaları  şəhərləri  sənaye 
istehsalının zərərli təsirindən mühafizə edən başlıca vasitə sayılırdı. Belə 
zonaların  yaradılması  heç  də  sadə  məsələ  deyildi.  Vaxtilə  iri  kimya 
zavodlarının  tikintisi  zamanı  5-15  km  və  daha  çox  metallurgiya 
kombinatları  üçün  25  km-ə  qədər  sanitar  ara  yer  tələb  olunurdu. 
Baxmayaraq ki, bu heç də həmişə lazımi effekt vermirdi. Lakin aparılan 
hesablamalar  göstərir  ki,  toz-qaz  təmizləyici  qurğuları  sisteminin 
rekonstruksiya  edib  yeniləşdirilməsinə  çəkilən  xərclər,  sanitar-mühafizə 
zonalarının təşkilinə çəkilən xərclərdən demək olar ki, üc dəfə azdır. 
Hazırda  şəhərlərin  digər  mövcud  çatışmamazlıqları  da  vardır. 
Hündürlüyü 180, 250 və hətta 320 metr olan tüstü bacaları şəhərdə hava 
hövzəsinin mühafizəsində heç vaxt əsas metod olmayıb. Bu olduqca baha 
başa gələn tədbirdir, hava hövzəsinə daxil olan çirk- ləndiricilərin ümumi 
həcmini  azaltmır,  amma  yer  səthinə  yaxın  təbəqəyə  zəhərli  maddələrin 
konsentrasiyasmm  səviyyəsini  aşağı  salır  və  nəticədə  zəhərləyici 
maddələrin  uzaq  məsafələrdə  səpil-  məsini  təmin  edirdi.  Lakin 
çirklənmənin  sahəsinin  genişlənməsi  ayrı-ayrı  rayonlarda  son  həddən 
yuxan lokal çirklənmələrin səviy 
346 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə