Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə116/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   111   112   113   114   115   116   117   118   119

yaradılması  şəhərlərin  sanitar-gigiyena  vəziyyətinin  yaxşılaşdırılmasının 
səmərəli  yolu  deyildir.  Gələcəkdə  əhalinin  və  ətraf  mühitin  zərərli 
tullantılardan  və  atarlardan  mühafizə  işində  bu  zonalar  mühüm  rol 
oynamayacaq,  təmizləyici  qurğular  sisteminin  yaxşılaşdırılmasında 
keyfiyyətli yeni texnologiya qabaqcıl olacaqdır. 
Bütün  şəhər  miqyasında  sanitar-mühafizə  ərazilərinin  nisbətən 
azalmasına  yuxarıda  qeyd  edildiyi  kimi  müəssisələrin  və  qurğuların  güc 
vahidinin  artırılması  şərait  yaradacaqdır.  Belə  ki,  təqribən  1  mln.  nəfər 
əhalisi olan yaşayış rayonunu istiliklə təchiz edən 1,2 mln.kvt gücündə İES 
sahəsinə görə bir neçə dəfə güclü sanitar mühafizə zonası tələb edir ki, bu 
da  200-400  min  kVt  gücündə  adi  İES-in  ümumi  gücünə  görə  həmin 
sanitar-mühafizə  zonasına  bərabərdir.  Bu  müqayisə  sanitar-mühafizə 
zonalarına sərf edilən maddi vəsaitin nə qədər çox olmasını göstərir. 
Regionlarda  şəhərlərin  inkişafının  iqtisadi-ekoloji  problemlərinin 
təhlili  əsasında  apardığımız  ümumiləşdirmələr  aşağıdakı  elmi-  nəzəri 
müddəaları formalaşdırmışdır: 
-
 
şəhərlərin  inkişafının  müasir  mərhələsində  aqlomerasiyaların  geniş 
formalaşması  ərəfəsində  ekoloji  xarakterli  təhlükəli  mənfi  nəticələr 
meydana  çıxır.  Eyni  zamanda  təbii  mühitə  daha  çox  mənfi  təsiri  şəhər 
məskənləri  daxilində  təmərküzləşmiş  sənaye  və  mühəndis-texniki 
obyektlər göstərir; 
-
 
gələcəkdə  şəhər  aqlomerasiyalarının  inkişafı  təbii  mühitin  optimal 
fəaliyyəti  ilə  bu  prosesi  əlaqələndirmə  problemi  qoyulacaqdır.  Bazar 
iqtisadiyyatı  şəraitində  təsərrüfat  sahələri  bütün  imkanlara  malikdir,  ona 
görə  də  aqlomerasiyanın  müsbət  əlamətlərindən  maksimum  dərəcədə 
istifadə  etməklə  mənfi  nəticələri  təkcə  zəiflətmək,  yaxud  da  ləğv  etmək 
deyil, həm də əlverişli təbii amillərdən effektli istifadə etməkdir
-
 
Azərbaycanın şəhərləri üçün ekoloji situasiyanı müəyyən edən əsas 
amillər,  şəhər  əmələ  gətirən  bazanın  səciyyəsindən,  şəhər  strukturlarının 
resurs tsikllərinin tiplərindən ibarətdir. Şəhərlərin iqtisadi-ekoloji cəhətdən 
optimal  ölçülərinin  müəyyənləşdirilməsi  üzrə  məsələnin  qoyuluşu  belə 
əsaslandınimayıb, necə ki, şəhərlərin 
356 


optimal problemləri; 
-
 
şəhərin  təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  göstərdiyi  təsirin 
nəticələrinin  təhlili  və  proqnozu  üzrə  mühüm  vasitə  kompleks  iqtisadi  - 
ekoloji rayonlaşdırılmadır. Ərazi nöqteyi - nəzərincə belə rayonlaşdırılma 
təbii  mühitin  yaxşılaşdırılması  üzrə  proqnozlaşdırma  tədbirlərinin 
hazırlanmasının əsasını təşkil edir; 
-
 
şəhər  və  təbii  mühit  arasında  dinamik  tarazlığın  saxlanması  və 
nailİ3^ətləri  üzrə  metodlar  sisteminə,  xarakterinə  və  istiqamətlərinə  görə 
cürbəcür  tədbirlər  daxildir.  Onlar  arasında  xüsusi  yer  ətraf  mühitin 
keyfiyyətinin yaxşılaşdırılması problemlərinin şəhərin digər problemlərinin 
həlli  ilə  əlaqələndirməyə  imkan  verən  şəhər  əmələ  gətirən  tədbirlərə 
məxsusdur; 
-
 
şəhərlərin gələcək inkişafı prosesləri ilə əlaqədar ən mühüm ekoloji 
aspektlərdən  biri  elmi-texniki  tərəqqinin  nailiyyətləri  əsasında  bilavasitə 
ərazi (torpaq) resurslarından intensiv istifadə edilməsidir. 
357 


NƏTICƏ
 
Respublikanın  regionlarının  sosial-iqtisadi  inkişafında  mühüm  rolu 
olan məhsuldar qüvvələrin inkişafı və yerləşməsi, təsərrüfatın ərazi təşkili 
ilə  əlaqədar  əsas  iqtisadi  -  ekoloji  problemlərin  aparılan  tədqiqatı, 
monoqrafiyada  qoyulan  məsələlərin  çoxcəhətliliyini  və  mürəkkəbliyini 
sübut  edir.  Şübhəsiz  ki,  onların  həllinə  metodoloji  yanaşma  əsasən 
komplekslilik prinsipləri, sistemli təhlil metodlarının tətbiqi ilə əlaqədardır. 
Monoqrafiyada  iqtisadi  -  ekoloji  təhlilin  və  proqnozlaşdırmantn 
metodologiyasında  kompleks  yanaşmanın  əhəmiyyəti  tez-tez  qeyd  edilir. 
Elə  buna  görə  də  komplekslilik  prinsipləri  təbiətdən  istifadənin  idarə 
edilməsinin və planlaşdınimasmın elə bil bel sütununu təşkil edir. Bu heç də 
dəbdə  olan  ifadəli  söz  deyil:  -  kompleks  iqtisadi  -  ekoloji  yanaşma  bir 
tərəfdən  qarşılıqlı  əlaqəli  elementlərin  məcmuyu  kimi  təbii  mühitin 
xüsusiyyətləri  ilə,  digər  tərəfdən  isə  təsərrüfat  sahələrinin  ətraf  mühitə 
təsirinin kompleks xarakteri ilə əlaqədardır. 
Buna  görə  tədqiqat  bütövlükdə  və  ayrı-ayrı  metodlar,  məsələn, 
kompleks 
sosial-iqtisadi 
zərərin 
müəyyənləşdirilməsi, 
inteqral 
iqtisadi-ekoloji  rayonlaşdırma  kompleks  istiqamət  daşıyır.  Şübhəsiz  ki, 
müxtəlif  resursların  spesifik  xüsusiyyətlərinin  nəzərə  alınmasında 
təsərrüfatın  ərazi  təşkilinə  komponentlər  üzrə  baxılmasında,  xüsusilə 
tədqiqatın ilkin mərhələsində kompleksliliyin zəruriliyi və əhəmiyyəti inkar 
edilmir. 
Komplekslilik  prinsiplərinin  ən  mühüm  vəzifəsi  kompleks 
tədqiqatların  özülünü  yaratmaqdır,  hansı  ki,  onun  həlli  təbii  zonalar, 
rayonlar, ayrı - ayrı yaşayış məntəqələri üzrə gərginliyin səviyyəsinin yol 
verilən son həddinin böyüklüyünü müəyyən etməyə imkan verərdi, bunsuz 
təsərrüfatın 
yerləşməsi 
və 
ərazi 
təşkilinin 
iqtisadi-ekoloji 
əsaslandınimasınm yerinə yetirilməsi ola bilməz. 
İqtisadi  -  ekoloji  təhlilin  apaniması  və  müvafiq  proqnozların 
hazırlanması coğrafiya alimləri üçün geniş fəaliyyət sahəsi olmuşdur. Son 
30  ildə  aparılan  tədqiqatlann  çoxu  təkcə  elmi  nəzəriyyəni 
zənginləşdirməyib, həm də kifayət qədər təcrübi əhəmiyyət qazan 
358 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə