Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları



Yüklə 4,25 Mb.
səhifə1/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
  1   2   3   4   5   6   7   8   9   ...   37
insan resursları


Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları
İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. İdarəetmə əslində cəmiyyətin potensialından istifadə etmənin mühüm amilidir. İdarəetmə həm də zəhmətkeşlərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır.
İdarəetmə elmi bütün cəmiyyətlər üçün təxminən eyni olan bir sıra əlamətlərə malikdir. Çünki idarəetmə prosesi hansı cəmiyyət olursa olsun müəyyən sistemlərin, o cümlədən iqtisadi, sosial, texniki sistemlərin, habelə idarəedən və idarə olunan yarım sistemlərin, idarəedici parametrlərin, müəyyən informasiyaların toplanmasını, işlənməsini, idarə edən və idarə olunan sistemlərdə əks əlaqələrin mövcudluğunu və s. nəzərdə tutur.
İdarəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir:

  1. ayrı-ayrı kollektivlər, müəssisələr, təşkilatlar, kompleks xalq təsərrüfatı sahəsi;

  2. bütövlükdə xalq təsərrüfatı və cəmiyyət;

  3. cəmiyyətdə baş verən iqtisadi və siyasi, sosial, hüquqi və ideoloji proseslər. İdarəetmənin üç əsas növü vardır:

  1. cansız təbiətin idarə edilməsi. Məsələn, maşınların, avadanlıqların, texnoloji, ETT-nin idarə edilməsi;

  2. canlı təbiətin, orqanizmin idarə edilməsi, məsələn, fizioloji, biokimyəvi və biofiziki idarəetmə;

  3. şüurlu, sosial idarəetmə-cəmiyyətin idarə edilməsi.

İdarəetmə sahəsində istifadə olunan metodları 2 yerə ayırmaq olar:

  1. Ümumi metodlar

  2. Xüsusi metodlar

Ümumi metodlar universal metodlar və ya kompleks metodlar adlanır. Ümumi metodlara aşağıdakılar aid edilir: kompleks (sistem) halında yanaşma metodu, xalq təsərrüfatının sahələrarası mövqeyindən 5 yanaşma metodu, optimallaşdırma metodu, müşahidə metodu, təhlil metodu, tarixi yanaşma metodu, deduksiya metodu, induksiya metodu, mücərrəd təkəkkür metodu. İdarəetmənin ümumi, universal metodları ilə yanaşı konkret elmi metodları da vardır. Bunlara aiddir: -informasiyaların toplanması, işlənib hazırlanması metodu; -iqtisadi-riyazi modelləşdirmə metodu; -anket sorğusu metodu və s. Insan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensiflından və yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Geniş mənada insan resurslarının idarə edilməsi aşağıda kompleks məsələləri əhatə edir:

  1. Firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə tələbatın müəyyən edilməsi;

  2. əmək bazarının qiymətləndirilməsi və məşğuliyyət amillərinin təhlili;

  3. əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf imkanları;

  4. fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;

  5. əmək məhsuldarlığının idarə edilməsi;

  6. əmək gəlirlərinin, firmadaxili əmək və istehlak ölçüsünün tənzimlənməsi;


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə