Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 14 Streslərin idarə olunması metodları



Yüklə 4,25 Mb.
səhifə9/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
insan resursları

Sual 14 Streslərin idarə olunması metodları.
Bazar münasibətləri şəraitində münaqişələrin elmi təhlilində, tənzimlənməsində emosiyaların öyrənilməsinin də böyük əhəmiyyəti vardır. Belə şəraitdə mənfi emosiyalar (gələcəyə inamın olmaması, əsəbilik, həyəcan, yalan, alçalma, biganəlik, yorğunluq, qorxu), müsbət emosiyalardan (inam, ümid, etimad, məğrurluq, gümrahlıq, qorxmazlıq, həyata maraq, təmkinlik, sakitlik) üstünlük təşkil edir. Dünyanın ən məşhur psixoloqları insanın daxili aləmini tam dolğunluğu ilə öyrənə bilməmişlər. Deməli, insanın psixalogiyasını öyrənmək onun anatomiyasını öyrənməkdən çətindir.
Bazar münasibətləri şəraitində risklər, gözlənilməz hadisələr mənfi psixoemosional, stress hallarını çoxaltmışdır. Belə vəziyyət insanın mərkəzi idarəedici orqanı olan beyninə mənfi təsir edir, fizioloji sistemini aşındırır, xroniki yorğunluq yaradır. Belə hal mütəxəssislərin fikrinə görə ürək-damar sistemi pozulmalarına, adamların intellektual imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Stress ingiliscə “gərginlik” mənasında işlədilir. Ayrı-ayrı təşkilatlarda baş verən ağır situasiyalar adamları stress vəziyyətinə salır, situasiyaların özü isə nəzarətdən çıxmış olur. Stress çoxcəhətli, geniş aspektli problemdir. Istər nəzəriyyə və istərsə də gündəlik təcrübə göstərir ki, stress hər hansı bir dəyişikliklərlə, xüsusilə radikal dəyişikliklərlə bağlıdır. Stress haqlı, haqsız narahatlıqlarla bağlıdır. Ona görə də stresə təsir göstərən amillərə sistemli halda yanaşılmalıdır. Təhlil zamanı həm də nəzərə almaq lazımdır ki, stresi müsbət və mənfi hadisə kimi də qiymətləndirmək olar. Stress emosional, psixaloji amillərlə yanaşı təşkilatlardan kənar, makroiqtisadi, yəni insan amili, daxili, xarici amillərlə bağlıdır. Stress amilləri ciddi, sərt və yumşaq ola bilər.
Təşkilatlarda, iş yerlərində stresə təsir edən amillər aşağıdakı kimi qruplaşdırıla bilər: I. Müdiriyyətin siyasəti və strategiyası:

  1. ştatların ixtisar edilməsi;

  2. rəqabətin tələbləri;

  3. işin nəticəsinə görə əməyin ödənilməsi;

  4. növbəli iş;

  5. bürokratik qaydada;

  6. qabaqcıl texnologiya.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə