Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 11 Müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlərin aparılmasına təsir edən amillər



Yüklə 4,25 Mb.
səhifə5/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   2   3   4   5   6   7   8   9   ...   37
insan resursları

Sual 11 Müəssisə və təşkilatlarda əməyin mühafizəsi ilə bağlı tədbirlərin aparılmasına təsir edən amillər.
Müəssisə və təşkilatlarda əməyin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin aparılmasına təsir edən amillər var. Bunlar müəssisəxarici və müəssisədaxili amillərdir. Müəssisəxarici amillər
1) Ölkənin Konstitusiyası. Hər bir ölkənin Konstitusiyasında insan hüquqlarının qorunmasına dair maddələr var. Bu maddələrə əsasən hər bir müəssisə və rəşkilat iş yerində baş verə bilən qəza və bədbəxt hadisələrin qarşısını alacaq tədbirləri icra etməlidir. 2) Hüquqi normalar.
Hüquqi normalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada işçilərin əməyinin mühafizəsi məqsədilə tərtib edilmişdir. Bütün müəssisə və təşkilatların işləmə prinsipi bu hüquqi normalarla tənzimlənir.
3) İnsan hüquqlarını qoruyan beynəlxalq təşkilatlar. Bu gün dünyada fəaliyyət göstərən bir çox təşkilatın əsas məqsədi insanların haqq və hüquqlarını qorumaqdır. Beynəlxalq təşkilatlar ölkələrin apardıqları siyasətə işçilərin sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində icra edilən tədbirlərə həm nəzarət edir, həm də onları istiqamətləndirir. Bu təşkilatların başlıca məqsədləri aşağıda verilmişdir: a) insanları ətraf mühitin zərərli təsirlərindən qorumaq;
b) işçilərin fiziki və ruhi baxımından sağlamlığına mənfi təsir göstərən işlərdə işləməsinə əngəl törətmək; c) insanların istismar edilməsinin qarşısını almaq;
4) Həmkarlar Təşkilatları və Birliklər. Həmkarlar Təşkilatları və Birliklər yarandıqdan bəri bu təşkilat və birliklər işçilərə yüksək əmək haqqı verilməsi, qısa iş saatları, yüksək keyfiyyətli əmək şəraitinin formalaşdırılması istiqamətində mübarizə aparır, iş yerində təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi, işçilərin sağlamlığına mənfi təsir edən iş yerlərinin bağlanmasını və fəaliyyətinin zəifləməsini dövlət orqanlarından tələb edir.
Müəssisədaxili amillər
1) Rəhbərliyin mövqeyi.
İşəgötürən tərəf kollektiv saziş və əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçilərin sağlamlığı və təhlükəsizliyini təmin edən tədbirlər planı hazırlamalıdır. Rəhbərlik bu məsələyə ciddi yanaşmazsa, onda bəzi xoşagəlməz hallar baş verər. Qəza və peşə xəstəliklərinin yüksəlməsi nəticəsində məhsulun maya dəyəri yüksəlir, işçilərlə rəhbərlik arasında münaqişə və ixtişaşlar yaranır. İşəgötürən tərəf bu mövzunun həyatı əhəmiyyət kəsb etdiyini düşünməli və bu istiqamətdə tədbirlər həyata keçirməlidir. 2) Mühafizə tədbirlərinə sərf edilən vəsait.
Qeyd etmək lazımdır ki, müəssisədə həyata keçirilən hər bir iş üçün müəyyən məbləğdə pul vəsaiti xərclənilir. Əməyin mühafizəsi məqsədilə də müəssisə və təşkilatlarda xüsusi fond yaradılır. Baş vermiş qəza və bədbəxt hadisələrdən zərərçəkən şəxslərə bu fonddan kompensasiya ödənilir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə