Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 21 Peşə təhsilinin proqramının işlənməsi və reallaşması, təhsil metodları



Yüklə 4,25 Mb.
səhifə14/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
insan resursları

Sual 21 Peşə təhsilinin proqramının işlənməsi və reallaşması, təhsil metodları. Peşə təhsili proqramının işlənməsi onun məzmununun müəyyənləşdirilməsini və peşə təhsilinin metodlarının seçilməsini əhatə edir. Proqramın məzmunu birinci növbədə onun qarşısında duran məqsədlə müəyyən edilir. Bu məqsəd isə konkret təşkilatda peşə təşkilinə olan tələbatı özündə əks etdirir.
Təhsil metodunun seçilməsində təşkilat ilk növbədə konkret təhsil qrupuna onun təsirinin səmərəliliyini nəzərə almalıdır. Bu zaman yaşlı adamların təhsil alması prinsiplərini əsas götürmək lazımdır: 1. aktuallıq,

  1. iştirak etmək;

  2. təkrar etmək;

  3. əksinə əlaqə. Aparılan tədqiqatlar göstərir ki, peşə təhsili proqramlarının uğurla həyata keçməsi 80% onun hazırlanmasından, 20% isə təhsil alanların istəklərindən və qabiliyyətlərindən asılı olur.

Peşə təhsili proqramlarında əməkdaşların fəal iştirak etməsini aşağıdakı amillər motivləşdirə bilər:

  1. İşini saxlamağa çalışmaq, öz vəzifəsində qalmaq istəyi;

  2. Yüksək vəzifə almaq istəyi və ya digər vəzifəyə keçmək;

  3. Əmək haqqının artırılmasında maraqlı olmaq;

  4. Yeniliklərin və yeni biliklərin alınmasında maraqlı olmaq;

  5. Proqramın digər iştirakçıları ilə əlaqə yaratmaq istəyi. Əməkdaşın peşə təhsili kursunda iştirak etmək qabiliyyətinin müəyyən edilməsi çox zəruridir, yəni onun hazırlıq səviyyəsi ölçülməlidir.

Dolayı yolla bunu təhsil səviyyəsi, peşə təcrübəsi və attestasiyanın nəticəsi əsasında müəyyən etmək olar. Təhsil almağın vahid universal metodu yoxdur. Hər bir metodun mənfi və müsbət cəhətləri vardır.
Bu metodlara bunları aid etmək olar: mühazirə, görünüş filmləri, işgüzar oyunlar, modelləşdirmə, sərbəst təhsil, təcrübə stansiyaları və s. “Maliyyə ilə məşğul olmayan rəhbərlər” üçün beş günlük təhsil proqramı aşağıdakıları əhatə edir (amerikan kampaniyası):
Mühazirə - təhsil vaxtının 50%-i;
Fərdi tapşırıq və onun təlimatçı (mütəxəssis) ilə araşdırılması – təhsil vaxtının 20%-i;
Qrup üzrə işgüzar oyun – təhsil vaxtının 30%-i; Həmin kampaniyada əmək mühafizəsi üzrə 3 günlük proqram: Görünüş filmi – vaxtın 10%-i;
Mühazirə - vaxtın 10%-i;
Fərdi tapşırıq – vaxtın 20%-i;
Qrup formasında məsələ - vaxtın 20%-i; Işgüzar oyunlar – vaxtın 40%-i.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə