Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 20 Peşə təhsilinin məqsədi və təhsilin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi



Yüklə 4,25 Mb.
səhifə13/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
insan resursları

Sual 20 Peşə təhsilinin məqsədi və təhsilin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi.
Təhsil əsasında müəyyən edilmiş tələbat üzrə əmək resursları (insan resursları) şöbəsi təhsil proqramının məqsədini müəyyənləşdirməlidir. Peşə təhsili üzrə məqsədlər aşağıdakıları nəzərə almalıdır:

  • konkret və spesifik;

  • təcrübi yeniliklərin alınmasının qiymətləndirilməsi və istiqamətləri; - qiymətləndirmənin (ölçmənin) mümkünlüyü.

Məqsədi müəyyənləşdirdikdə, peşə təhsili ilə təhsillənmənin arasındakı fərqi nəzərə almaq lazımdır. Birinci təşkilata lazım olan konkret yenilik və biliyi formalaşdırır, ikinci isə müəyyən bilik sferasında ümumi inkişafa istiqamətlənir.
Təhsil proqramının səmərəliliyinin qiymətləndirilməsi kompaniyalarda peşə təhsilinin idarə edilməsinin ən zəruri məqamlarından biri hesab edilir. Peşə təhsilinə çəkilən xərc heyətin inkişafına kapital qoyuluşunu təşkil edir. Bəzi təhsil proqramları konkret peşə yeniliklərinin öyrənilməsi məqsədi ilə deyil, müəyyən tip davranış və fikir, ideya irəli sürmək bacarığı formalaşdırmaq məqsədi ilə yaradılır. Bu kimi proqramların səmərəliliyini birbaşa ölçmək çox çətindir.
Ona görə ki, bu proqramlar uzun müddətə nəzərdə tutulur və dəqiq ölçülməsi mümkün olmayan işçilərin təhsili ilə əlaqədardır. Bu kimi hallarda dolayı metodlardan istifadə edilir: 1. təhsildən əvvəl və sonra keçirilmiş testlər;

  1. iş yerində təhsil almış əməkdaşın davranışının müşahidə edilməsi;

  2. proqramın yerinə yetirilməsində təhsil alan əməkdaşın reaksiyasının müşahidə edilməsi;

  3. anketləşdirmə və açıq müzakirə vasitəsilə təhsil alan tərəfindən proqramın səmərəliliyinin qiymətləndirilməsi. İstənilən halda qiymətləndirmə kriteriyası (meyarı) təhsilə qədər müəyyənləşdirilməli və təhsil alana çatdırılmalıdır.

Təhsil başa çatdıqdan sonra onun nəticəsi qiymətləndirilərək insan resursları departamentinə göndərilir. Departament isə həmin məlumatı əməkdaşa və onun rəhbərinə çatdırır. Bu məlumatlar gələcəkdə peşəkarlığın inkişafı planlaşdırıldıqda istifadə olunur

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə