Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 33 İnsan resurslarının strateji idarə edilməsi



Yüklə 4,25 Mb.
səhifə21/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
insan resursları

Sual 33 İnsan resurslarının strateji idarə edilməsi.
İnsan resurslarının strateji idarə edilməsi prosesi təşkilatın rəhbərinin fəaliyyət strategiyasının işlənməsini, həyata keçirilməsini və dəqiqləşdirilməsini əhatə edir. Strateji idarəetmənin əsas prinsipləri aşağıdakılardır:
− qiymətləndirilən, perpektivin və qəbul edilən qərarların uzunmüddətliyi
− idarəetmə obyektivinin potensialından daha səmərəli istifadə üçün şəraitin yaradılması
− idarəetmə qərarlarının qəbul edilməsində xarici mühitin təşkilat üçün dəyişilməsinin əvvəlcədən nəzərə alınması − xarici və daxili mühitlə əlaqədar idarəetmə qərarlarının qəbul edilməsində alternativin olması
− xarici mühitin dinamikası və vəziyyəti üzərində daimi nəzarətin olması
Strateji idarəetmə prosesi bir-birilə qarşılıqlı əlaqədə olan 5 mərhələni özündə birləşdirir:

  1. təşkilatın xarici və daxili mühitinin təhlili

  2. təşkilatın nə üçün yaranmasının müəyyən edilməsi, onun həyata keçirilməsi üçün məqsəd və vəzifənin konkretləşdirilməsi

  3. müəyyən edilmiş məqsədin və fəaliyyətin nəticəsinin həyata keçirilməsi üçün strategiyanın seçilməsi və formalaşması

  4. müəyyən edilmiş strateji planın həyata keçirilməsi

  5. strategiyanın həyata keçirilməsində qiymətləndirmə və nəzarət Birinci mərhələ təşkilatın nə üçün yaranmasının, onun məqsədinin həyata keçməsinin bazasını təşkil edir.

Burada əsas vəzifə müəssisənin rəhbərinə təşkilatın daxili və xarici mühiti üzrə zəruri olan məlumatların çatdırılmasıdır. İkinci mərhələ aşağıdakıları əhatə edir: təşkilatın fəaliyyət sferası, alıcıya hansı məhsullar təklif edir, hansı bazarda öz məhsullarını reallaşdırır, perspektivdə onun fəaliyyəti, təşkilatın fəaliyyətində əsa yer tutan prinsiplər, təşkilat istehsal fəaliyyətində hansı texnologiyadan istifadə edir. Strateji məqsəd təşkilatın nə üçün yarandığını konkretləşdirir və onun həyata keçməsini təmin edir. Müəyyən edilmiş məqsəd - yəni idarəetmə fəaliyyətinin əsası. Burada hansı nəticəni və nə zaman əldə etmək və buna kim cavabdehdir göstərilir. Üçüncü mərhələ. Strategiyanın seçilməsi və formalaşdırılması. Bu mərhələdə məqsədə çatmaq üçün əsas istiqamətin, tolun və hərəkətin xarakterinin seçilməsi həyata keçirilir. Təşkilatın strategiyasının müəyyənləşdirilməsinə müxtəlif amillər təsir göstərir. Bu amillərin tərkibi, məzmunu və əhəmiyyəti vaxta əsasən dəyişilir. Odur ki, təşkilatın rəhbəri strategiyanın müəyyənləşdirilməsində və seçilməsində bütün xarici və daxili amillərin məcmusunu qiymətləndirməlidir.
Xarici amillərə daxildir: sosial, iqtisadi, vətəndaşlıq və nizamlayıcı normalar; sahənin cəzbedici olması və rəqabətin səviyyəsi; təşkilatın imkanları və təhlükəlilik. Daxili amillərə aiddir: təşkilatın məqsədi, gücü və zəifliyi, rəqabət imkanı; rəhbərin şəxsi təşəbbüsü; dəyərlərin və təşkilatın mədəniyyətin qiymətləndirilməsi. Dördüncü mərhələdə strategiyanın həyəta keçirilməsidir. Bu mərhələdə maliyyə, təşkilatı və digər sferalarda işlərin fəallaşması üçün kompleks tədbirlər həyata keçirilir. Gözlənilən nəticənin alınması məqsədilə heyətin motivləşdirilməsi, təşkilatı mədəniyyəti və daxili quruluşunun səmərələşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Strategiyanın reallaşması strumentləri (rıçaqları) aşağıdakılardır: kadr planlaşdırılması; heyətin inkişaf planı, o cümlədən təhsilləndirmə və xidməti irəli çəkmək; sosial problemlərin həlli; motivləşdirmə və maddi təminat. Beşinci mərhələ. Strategiyanın həyata keçirilməsində qiymətləndirmə və nəzarət.
Bu mərhələdə strategiyanın həyata keçirilməsi dövründə yeni şərait yarandıqda bununla əlaqədər strategiyada müəyyən düzəlişlər edilir. Bu zaman təşkilatın qarşıya qoyduğu məqsəddə, siyasətdə, müəyyənləşdirilmiş büdcədə, quruluşda, istehsalın texnologiyasında, idarəetmədə və əmək haqqı sistemində dəyişikliklər ola bilər. Bu sahələrdə verilən idarəetmə qərarları strategiyanı yaxşılaşdırmalı və müəssisənin rəqabət qabiliyyətinin saxlanmasına şərait yaratmalıdır

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə