Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 51 Kadrlarla təmin olunma və mütəxəssislərə tələbatın müəyyən edilməsi



Yüklə 4,25 Mb.
səhifə29/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
insan resursları

Sual 51 Kadrlarla təmin olunma və mütəxəssislərə tələbatın müəyyən edilməsi
Kadrların seçilməsi və yerləşdirilməsi idarə aparatının, idarəetmə fəaliyyətinin başlıca funksiyasıdır. Kadrların quruluşu sabit qalmır, elmi-texniki tərəqqi, buraxılan məhsulun mürəkkəbliyi və s. ilə əlaqədar olaraq dəyişilir. Həmin amillərlə əlaqədar yalnız işçi heyətinin kateqoriya strukturu deyil, həmçinin onların hər biri daxilində peşə ixtisas, təhsil səviyyəsi baxımından da müvafiq dəyişikliklər baş verir.
Ona görə də ayrıayrı firmalarda şirkətlərdə müəssisələrin kadrlara olan tələbatı yalnız ümumi halda deyil, konkret peşələr, ixtisaslar və işçi kateqoriyaları üzrə müəyyən edilir.
Burada kadrlara olan həm əsas, həm də əlavə tələbat nəzərə alınır. Müəssisələrin kadrlarla təmin olunma mənbələri də müxtəlifdir. Fəhlə kadrlarına olan tələbat planı tərtib edilərkən ümumi, əlavə tələbatın üç mənbə hesabına ödənilməsi üzrə hesablamalar aparılır:

  1. peşə-texniki məktəblərdən daxil olma;

  2. bilavasitə müəssisənin özünün fəhlə toplaması;

  3. müəssisələrdə fərdi briqada formasında fəhlə hazırlığı.

Mütəxəssislər isə ali məktəblərdə və orta ixtisas təhsili məktəblərində hazırlanır. Mütəxəssislər və təsərrüfat rəhbərlərinin ixtisasının artırılması, yenidən hazırlanması, ixtisası artırma kursları və fakultələr daimi fəaliyyət göstərən tədris mərkəzləri, qısamüddətli seminarlar vasitəsilə həyata keçirilir.
Diplomlu mütəxəssislərə tələbat müəyyənləşərkən, onun proqnozları varilərkən aşağıdakı əsas metodlar nəzərə alınır:

    1. Ştat-nomenklatura metodu: vəzifə normativləri, ştat cədvəlləri, vəzifələr üzrə ixtisas-sorğu kitabları, vəzifələrin miqdarının artması və azalması amilləri.

    2. Normativ metod: işin, istehsalın həcmi, mütəxəssislərin müvafiq əmək normativləri.

    3. Təmin olunma normativi: diplomlu mütəxəssislərin ümumi işçilərə görə xüsusi çəkisi, bu xüsusi çəkinin məhsulun işin mürəkkəbliyindən, elmi-tədqiqat, konstruksiya işçilərinin həcmindən, ETT-dən, idarəetmənin təşkilatı strukturundan və s.-dən asılı olması.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə