Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 52 İdarəetmə sistemi işçilərinin kateqoriyaları



Yüklə 4,25 Mb.
səhifə30/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
insan resursları

Sual 52 İdarəetmə sistemi işçilərinin kateqoriyaları
İdarəetmə sistemində rəhbər işçilərdən başqa, texniki işçilər və mütəxəssislər də çalışırlar. Onlar inzibati-idarə və istehsal-idarə heyəti işçiləri kimi uçota alınır. İnzibatiidarə heyəti dedikdə, bura şöbələrin, büroların, qrupların rəhbərləri və s. daxildir.
İstehsal heyətinə isə istehsal strukturunun, sexlərin rəisləri, ustalar, texnoloji, konstruktor, layihə şöbələrinin, büro və qrupların rəhbərləri və s. daxildir. Lakin müəssisə işçilərinin inzibati-idarəetmə, istehsal heyətinə, MTİ-lər qulluqçular qrupuna ayrılmasında müəyyən çatışmazlıqlar vardır.
Bu birinci növbədə, idarəetmə funksiyalarının düzgün ixtisaslaşması və onun işçilər arasında dəqiq bölüşdürülməsindən irəli gəlir. Ona görə də “vəzifə” anlayışı özü hər bir xətti və funksional idarəetmə strukturu sistemində dəqiq müəyyən edilməlidir. Burada vəzifənin adının dəqiq olması, konkret iş fəaliyyətini əks etdirməsi, fəaliyyət dairəsi, həmin vəzifəyə olan tələblər, vəzifədən irəli gələn məsuliyyət və s. sistem halında əks olunmalıdır. Bu məsələnin elmi həllində işçilərin və vəzifələrin hüquqi, təşkilati- struktur və funksional təsnifatının böyük əhəmiyyəti vardır.
Belə ki, elə işçi, mütəxəssis var ki, əsasən bu və ya digər növbələrinin icrası ilə, bir qrupu müəssisəyə
(idarə orqanına) informasiya xidmətini, digər qrup işçilər isə rəhbərlik funksiyasını həyata keçirir. Qulluqçuların vəzifə nomenklaturasında müəssisə rəhbərlərinin 16, onun bölmələri üçün 30-a qədər və bilavasitə MTİ və qulluqçular üzrə 570-ə qədər ixtisas üzrə vəzifə nomenklaturası müəyyən edilmişdir. Əlbəttə, bu vəzifə nomenklaturalarının sayı elmi-texniki tərəqqinin müasir tələblərinə, idarəetmə proseslərinin inteqrasiyasına, qovuşmasına heç də uyğun deyildir.
Sual 53 Kadrlarla aparılan iş sistemi
Kadrlara iş sistemi dedikdə, burada geniş əhatəli məsələlər – kadrların seçilməsi, yerləşdirilməsi, irəli çəkilməsi, onların ixtisasının artırılması, işçi kateqoriyaları və vəzifə nomenklaturasının müəyyənləşdirilməsi, təhlili, onların işinin təşkili, planlaşdırılması, əməyin qiymətləndirilməsi sistemləri başa düşülür. Bu məsələlərdən bəziləri idarəetmə əməyinin təşkili məsələləri ilə də əlaqədardır. Kadr siyasəti kadrlara yeni iş sisteminin formalaşması və onların tövsiyyə edilməsi, seçilməsi ümumdövlət işinin mühüm vəzifəsi hesab edilməli və dövlətin sosial-iqtisadi siyasətində başlıca yer tutmalıdır. Kadrlarla iş idarəetmə sisteminin və idarəetmə nəzəriyyəsinin mühüm cəhətlərindən biridir. Kadrlarla aparılan iş məcmu iş sistemlərindən ibarətdir.
Burada idarəetmə, idarəetmə məqsədi, metodu və prinsipləri, həcmi, idarəetmə funksiyaları və s.
nəzərə alınmalıdır. Çünki bunun əsasında idarəetmə orqanı üçün lazım olan işçilər, onların tərkibi, vəzifə və peşə tərkibi müəyyən edilir. Bundan sonra isə hər bir idarəetmə pilləsində çalıəşan vəzifəli şəxsə qarşı tutduğu vəzifə baxımından əsas tələblər, onun nəyi bilməsi və bacarması, kadrların seçilməsi, yerləşdirilməsi və irəli çəkilməsi məsələsi irəli sürülür. Kadrların seçilməsi müəyyən modellər, əlamətlər və prinsiplər əsasında icra olunur. Kadrların seçilməsi nəticə etibarilə idarəedən sistemin formalaşmasını, onun indisini və gələcəyini müəyyənləşdirir. Kadr problemi onlarla aparılan iş sistemi müəyyən dərəcədə universal xarakter daşıyır. Çünki bu, kadrların yerləşdirilməsi və onların formalaşması problemini vahid bir qayda əsasında həll etməyə imkan verir. Həmçinin hər bir sahənin kadrlarla təmin olunması, onlarla iş zamanı onlara qarşı konkret spesifik tələblər də nəzərə alınır. Kadrlarla iş zamanı onlar sistem və kompleks halında öyrənilir və qiymətləndirilir. Sistemlilik və komplekslilik prinsipi xüsusən rəhbər işçilərin seçilməsi və irəli çəkilməsi zamanı nəzərə alınmalıdır. Kadrlarla aparılan işdə hüquqi normativlər mühüm rol oynayır. Hüquqi normativlər kadrlar seçkisində özbaşınalığın, neqativ halların aradan qaldırılmasında mühüm rol oynamalıdır. Bu zaman əmək haqqındakı qanunlar məcəlləsi, əmək barəsində qanunçuluğun əsasları, daxili əmək qaydalarının tipik nümunələri başlıca rol oynayır.
Burada əmək münasibətlərinin tənzimlənməsi, işçilərin işə qəbul olunması və işdən xaric edilməsi, bu sahədə müdiriyyətin və işçilərin hüquq və vəzifələri və s. məsələlər konkret şəkildə göstərilir. İşçilərin işə təyin edilməsi, vəzifə nomenklaturaları, vəzifənin tutulması qaydası seçkili, müsabiqə və s. də hüquqinormativ aktlar vasitəsilə müəyyənləşdirilir. Vəzifəli şəxslərə aşağıdakı tələblər irəli sürülür:

  1. Onlara xalq, kollektiv zəmanət verməlidir.

  2. Onlar dövlət aparatına bələd olduqlarına dair imtahan verməlidir (müsabiqə)

  3. Onlar bizim ölkədə mövcud olan idarəetmə nəzəriyyələrinin əsaslarını bildiklərinə, idarə etmək, iş aparmaq və s. qaydaları bildiklərinə dair imtahan verməlidir.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə