Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 56 Fəhlə kadrlarının ixtisasının artırılması və onun proqnozlaşdırılması



Yüklə 4,25 Mb.
səhifə33/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   29   30   31   32   33   34   35   36   37
insan resursları

Sual 56 Fəhlə kadrlarının ixtisasının artırılması və onun proqnozlaşdırılması
Texniki-tərəqqi əmək vasitələrinin və texnoloji proseslərin təkmilləşdirilməsinə, bu isə öz növbəsində işçilərin əmək fəaliyyətinə və onun məzmununa təsir göstərir. Kadrların ixtisasının artırılması ixtisaslı işçi qüvvəsinin təkrar istehsalının mühüm tərkib hissəsini təşkil edir. Müxtəlif sahələrdə, ayrı-ayrı müəssisələrdə elm və texnikanın geniş miqyasda tətbiq edilməsi az ixtisaslı və ixtisas tələb etməyən işlərin azalmasına səbəb olur. Beləliklə, kadrların yenidən hazırlanması zəruriyyəti maşınlı istehsalın öz təbiətindən irəli gəlir və daha ixtisaslı kadrlara olan tələbatla şərtləşir.
Kadrların yenidən hazırlanması onların ixtisaslarının artırılması, əlavə biliklərin əldə edilməsi və yeni peşələrə yiyələnməsi formasında olur. Onların yenidən hazırlanması yalnız texniki-tərəqqi ilə deyil, müəssisələrin hər hansı peşə üzrə fəhlə kadrlarına tələbatının konkret səviyyəsindən də asılıdır. Firmalarda fəhlələrin ixtisaslarının ardıcıl olaraq artırılması istehsal proqramının yerinə yetirilməsinin mühüm şərtidir.
Kadrların ixtisasının artırılması istehsal güclərindən daha səmərəli istifadə etməyə imkan verir.
Fəhlələrin ixtisası aşağıdakı formalarda artırılır: a) istehsalat-texniki kurslarda;

  1. qabaqcıl əmək üsulları məktəblərində;

  2. müəyyən məqsədli kurslarda; d) ikinci peşə öyrədən kurslarda;

e) qabaqcıl istehsalat-texniki institut və universitetlərində, texnikitərəqqi universitetlərində. Fəhlə kadrların ixtisasının artırılmasının geniş yayılmış formalarından biri istehsalat-texniki kurslardır. Həmin kurslar fəhlə kadrlarının peşəsi, təhsil səviyyəsi, iş stajı və ixtisas dərəcəsi nəzərə alınaraq təşkil olunur. Kurslarda təhsil müddəti ən çoxlu altı ay olur. İstehsalat-texniki kursları fəhlələrin ixtisasını və texniki biliyini artırmaq, texnika və texnologiyanı dərindən öyrənmək məqsədilə təşkil olunur. Ona görə də istehsalat-texniki kurslarda aparılan təlimdə müəyyən dərəcədə mühəndis-texniki hazırlıq ünsürləri vardır. Bununla əlaqədar olaraq tədris məşğələlərinin əsas formasını nəzəri təlim təşkil edir.
İstehsalat-texniki kursların əsas vəzifəsi aşağıdakılardan ibarətdir: birincisi, qabaqcıl texnologiyaya və yüksək məhsuldar işləmə üsullarına yiyələnmək üçün fəhlələrin ixtisasını artırmaq və bunun əsasında onların yeni peşə vərdişlərini, ümumtəhsil, texniki və xüsusi biliklərə yiyələnmələrinə nail olmaq, ikincisi, yeni avadanlıqların, material və texnoloji proseslərin öyrənilməsini təmin etmək, üçüncüsü, fəhlələrin ikinci peşə və bir neçə peşələrin qovuşması üzrə təlimləndirilməsi və beləliklə də, texniki-tərəqqinin yeni şəraitinə uyğun olaraq onların istehsal profilinin genişləndirilməsi.
Fəhlələrin istehsalat-texniki kurslarda təlimləndirilməsi ayrı-ayrı peşələr üzrə tədris planı və proqramı əsasında aparılır. İstehsalat-texniki kurslarda tədris qrupları 25 nəfərə qədər fəhlədən təşkil olunur və ona müəllimlər və təlimatçılar rəhbərlik edirlər. Peşətexniki kursları bitirdikdən sonra müəssisə və yaxud sexin ixtisas komissiyası fəhlələrdən texniki imtahan götürür. İstehsal tapşırıqlarının yerinə yetirilməsində, ayrıayrı fəhlələr arasında təcrübə mübadiləsinin aparılmasında mütərəqqi iş üsulları məktəbləri mühüm rol oynayır. Mütərəqqi əmək üsulları məktəbi qarşıda qoyulan məqsəddən asılı olaraq sex və istehsal sahəsi, müəssisələrarası miqyasda təşkil olunur. Həmin məktəblərə yenilikçi fəhlə rəhbərlik edir və ona kömək üçün məsləhətçi-mühəndis ayrılır.
Bu məktəblərə birinci növbədə normanı yerinə yetirməyən fəhlələr cəlb edilirlər. Burada fəhlələrin ixtisaslarının artırılması müəyyən olunmuş tədris planı və proqramı əsasında aparılır. Fəhlələrin ixtisaslarının artırılmasında təşkil olunan müəyyən məqsədli kurslar mühüm rol oynayır. Məqsədli kurslar fəhlələrin yeni avadanlıq və texnologiyanı öyrənmələri, xammal, materiallara qənaət üsullarını öyrənmələri məqsədilə təşkil olunur. Bu kurslarda təlim müddəti bir aydan üç aya qədər olur. Məqsədli kurslarda təlim istehsalatdan ayrılmadan aparılır və məşğələ müəssisənin baş mühəndisinin təsdiq etdiyi proqram üzrə aparılır. Proqram təsdiq edildikdə yeni avadanlığın, aqreqatın yaradılmasında iştirak edən mühəndis-texniki işçilər, mütəxəssislər də iştirak edirlər. Fəhlə kadrlarının ixtisasının artırılması formaları firmalarda planlı qaydada seçilir və təşkil olunur.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə