Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 59 Sosial partnyorluq və onun mahiyyəti



Yüklə 4,25 Mb.
səhifə36/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   29   30   31   32   33   34   35   36   37
insan resursları

Sual 59 Sosial partnyorluq və onun mahiyyəti.
Münaqişələr sosial partnyorluq ideyasını meydana çıxarmışdır. Bu ideya həm də “Həyatın keyfiyyəti” doktrinası ilə bağlıdır. Sosial partnyorluq konsepsiyasının müəllifləri belə hesab edirlər ki, bu həm də insan hüquqlarının həyatda reallaşması formasıdır. Həmin partnyorluq əsasən 2 sosial qrup olan sahibkarlar (iş verənlər) və muzdlu işçilərin əməkdaşlığı qarşılıqlı güzəştlərinə əsaslanır. Burada həm dövlətin, həm də muzdlu işçinin və sahibkarın mənafeləri əsas götürülməlidir. Müəssisələrdə (firmalarda) sosial partnyorluq idealogiyasının əsasını aşağıdakılar təşkil edir:

  1. münaqişələrin üstün olaraq danışıq yolu ilə həll etməsi;

  2. sosial-iqtisadi siyasətin 1-ci növbədə gəlirlər və əmək haqqı problemlərinin razılaşdırılması;

  3. sosial ədalət meyarları və göstəricilərinin razılaşdırılması və sosial partnyorluğun subyektlərinin mənafelərinin təminatlı müdafiəsi; 4

. əmək və istehsal sferalarında ümumbəşəri dəyərlərin təsdiq edilməsi;
5. muzdlu işçilərin istehsalın idarə edilməsində iştirakı.
Bu idealogiyanın aşağıdakı müsbət cəhətlərini qeyd etmək olar:

  1. səmərəli iqtisadi artımda, məhsulların rəqabət qabiliyyətinin yüksəlməsində sahibkarlara muzdlu işçilərin qarşılıqlı maraqlarının artması;

  2. əmək və sahibkarlıq fəaliyyətinin güclənməsi, rəqabət proseslərinin sağlamlaşdırılması;

  3. əmək və həyat şəraitinin yaxşılaşdırılması;

  4. sosial münaqişələrin səviyyəsi.

Burada əməkdaşlığın əsas şərti bərabər hüquqluq, məsuliyyətlilik, özünü məhdudlaşdırma və qarşılıqlı güzəştdir. Sosial partnyorluqda ən başlıca metod danışıqlarda meydana çıxan konsesusdur, çünki başqa cür olsa münaqişə situasiyası yenidən təkrar oluna bilər. Sosial partnyorluğun milli modelinə bir qayda olaraq aşağıdakı ünsürlər daxil edilir:

  1. subyektlər;

  2. səviyyə;

  3. obyektlər;

  4. məqsədli funksiyalar;

  5. səmərəlilik meyarları;

  6. onların reallaşması mexanizmləri və qaydası.

Burada “subyekt” anlayışına muzdlu fəhlələr, sahibkarlar və hökumət orqanları daxildir. Bir çox hallarda həmkarlar ittifaqları həmin subyektlərə daxil olmur. Lakin həmkarlar ittifaqı bununla belə subyektə daxil olan, muzdlu işçiləri təmsil etmək səlahiyyətini əldə edir. İnkişaf etmiş kapitalist ölkələrində sosial partnyorluq modeli bir qayda olaraq Beynəlxalq Əmək Təşkilatının tövsiyəsilə vahid prinsiplərə əsaslanır. Qeyd etmək lazımdır ki, sosial partnyorluq yalnız siyasi sabitlik vasitəsi deyil, həm də iqtisadi artım vasitəsidir. Sosial partnyorluq modelinin hər bir ölkə üçün öz xüsusiyyətləri vardır. Məsələn: Qərbdə sosial partnyorluğun əsasən 3 modeli vardır:
1. İngiltərədə - konservativ; 2. Almaniyada – sosial-demokrat; 3. Fransada – sosialist.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə