Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 58 Menecerin spesifik funksiyaları və onun idarəetmədə rolu



Yüklə 4,25 Mb.
səhifə35/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   29   30   31   32   33   34   35   36   37
insan resursları

Sual 58 Menecerin spesifik funksiyaları və onun idarəetmədə rolu.
Menecerlər sənayecə inkişaf etmiş ölkələrin idarəetmə sistemində status və yer almışdır. Bizdə isə bu mütəxəssis idarəetmə aparatında hələ öz yerini kifayət qədər tapmamışdır. Buna görə də bir qrup mütəxəssislər meneceri müəssisənin birinci rəhbərinə bərabər tuturlar. Digərləri isə onu məhsul idarəetmə işçisi kimi müəyyənləşdirirlər.
Başqaları isə menecerin ideyalar generatoru olduğunu iddia edirlər və s. Beləliklə, belə bir sual meydana çıxır ki, idarəetmə sistemimizdə biz menecerlərə hansı funksiyaları verməliyik və idarəetmə strukturunda o hansı yeri tutmalıdır? Əgər biz müəssisənin rəhbərini menecer adlandırırıqsa, onda yuxarıda bizim direktor sözünün sinonimi kimi baxdığımız menecerə hər hansı bir xüsusi funksiya ayırmağa ehtiyac yoxdur. Menecerləri ideyalar generatoru və ya müəssisənin strateqi kimi izah edən baxışlar üzərində dayanaq.
Hal-hazırda ideyalar generatoru adlanan mütəxəssis çox vacibdir və o müəssisədə öz daimi yerini tutmalıdır. Lakin buna hələ menecer demək olmaz. Birincisi 157 ona görə ki, müəssisənin uğuru və ya uğursuzluğu üçün o cavabdeh deyildir. İkincisi yeni ideyalar yaradılması hələ müəssisənin rentabelli işləməsini təmin etmir. Fayda verəcək ideyanı hələ reallaşdırmaq, onu məqəsədəuyğun surətdə tətbiq etmək və ondan mənfəət əldə etməyi bacarmaq lazımdır. Buna görə də inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində menecerin başlıca rolu hər şeydən əvvəl strateji planlaşdırmadır. Menecer müxtəlif məqsədli proqramların işlənib hazırlanmasına rəhbərlik etməli, müxtəlif növ əmtəələr buraxılışının perspektivlərini nəzərdə tutmalı və onların həyat tsiklini qabaqcadan görməyi bacarmalıdır. Bizim idarəetmə sistemimizdə, xüsusilə də, müəssisələrdə menecerlərin roluna böyük diqqət yetirilməsi vaxtı artıq gəlib çatmışdır.
Artıq ştat cədvəllərində menecer vəzifələrini nəzərdə tutmaq, onların funksiyalarını inkişaf etdirmək, strateji planlaşdırma üzrə onlar qarşısında müəyyən vəzifələr qoymaq lazımdır. Hazırda bizim iqtisadiyyatda bazar münasibətlərinin tələb etdiyi təşəbbüskar liderlər, biznesmenlər, menecerlər, işgüzar adamlar olduqca azdır. Haqlı olaraq belə bir sual meydana çıxır ki, bizim rəhbərlərdə hansı menecer keyfiyyətləri çatışmır? Cavab olaraq aşağıdakıları göstərmək olar:

  • qərar qəbul edilməsində müstəqillik, təşəbbüskarlıq, öz üzərinə məsuliyyət götürmək arzusu və s.

  • bazar iqtisadiyyatını və ümumiyyətlə iqtisadiyyatı pis bilirlər; - maliyyə işlərindən zəif baş çıxarırlar; - hüquqi məsələləri çox pis araşdırırlar.

Menecer sözün daha geniş mənasında başa düşülən mütəxəssisdir. Vacib deyil ki, formal olaraq o hansı kürsüdə oturur. Başlıcası odur ki, o öz idarəçilik qabiliyyətlərini reallaşdıra bilsin, müəssisənin işini elə istiqamətləndirsin ki, nəticə rentabelli olsun, müəssisənin çiçəklənməsi üçün iqtisadi, sosial-psixoloji __ səmərəli istifadə edə bilsin.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə