Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 54 Menecerlərə olan tələblər



Yüklə 4,25 Mb.
səhifə31/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
insan resursları

Sual 54 Menecerlərə olan tələblər
İdarə rəhbərinin psixoloji keyfiyyəti birinci növbədə psixoloji proseslərlə, psixoloji mexanizmlərlə bağlıdır. Çünki o, rəhbər işçi olmazdan qabaq şəxsiyyətdir, insandır, insana xas olan bütün keyfiyyətlər onda da olmalıdır. Bununla belə rəhbər psixoloji xüsusiyyətlərə, sosial-lider, intellektual-lider xüsusiyyətlərinə malik olmalıdır. “Lider” sözü əmək kollektivlərində adamlar çoxluğuna, kütlələrə böyük təsir etmək qabiliyyəti, istedadı mənasında işlədilir. Menecerdə əmək resurslarını, insan fəaliyyətini idarə edə bilmək xassəsi qabiliyyəti olmalıdır. Onda həm peşəkarlıq, həm də idarəçilik istedadı vəhdət təşkil etməlidir. Sənayecə inkişaf etmiş ölkələrdə, o cümlədən, İngiltərə və ABŞ-da menecerlərə olan tələblər aşağıdakılardır:

  1. İdarəetmə işlərindən baş çıxarma, idarəetmə strukturunu, funksional vəzifələri bilmə;

  2. Tabeçiliyində olan adamları idarəetmə, seçmə, qiymətləndirmə bacarığı, onlar arasında münasibətləri tənzimləyə bilməsi;

  3. Firma və şirkətlərin resurslarını idarə edə və müştərilərlə əlaqə yarada bilməsi;

  4. Firmaların fəaliyyətini planlaşdırma və proqnozlaşdıra bilmə bacarığı;

  5. Sağlam fikir;

  6. Öz gücünə inanma;

  7. Yüksək ümumi inkişaf səviyyəsi.

Ən yaxşı nüfuz qorxuya, xırdalığa əsaslanan nüfuz deyil, biliyə, bacarığa və xeyirxahlığa əsaslanan nüfuzdur. Ünsiyyət menecment fəaliyyətində mühüm yer tutur. Menecerlər bu baxımdan yüksək, aşağı və ən yüksək ünsiyyətə malik olan rəhbər işçilər qrupuna daxil olurlar. Ünsiyyət insanların mühüm keyfiyyət cəhətidir, insanların sivilizasiyalı əməkdaşlıq formasıdır. Bunsuz heç kim, o cümlədən, menecer öz fikrini, məsləhətini, ideyasını digərinə, əməkdaşlara çatdıra bilməz. Ünsiyyət həm də informasiya, əks əlaqə, insani münasibətlərin fəlsəfi funksiyasını icra edir.
Menecerin intellektual, ümumi inkişaf səviyyəsi yüksək olduqda tabeçiliyində olanlarla hər cür aspektdə danışa bilər. Ona görə də hər bir menecer danışdıqda hansı söhbət variantını seçməyi bacarmalıdır. Elə etmək lazımdır ki, dəlillər aydın, sadə, dəqiq, inandırıcı və asanlaşdırılmış olsun. Şəxsi və işgüzar keyfiyyətlər özü də bir sıra əlamətlərlə müəyyənləşir. Şəxsi keyfiyyətə aşağıdakılar daxildir: siyasi yetkinlik, intizamlılıq, iş qabiliyyəti, məsuliyyətlilik, vəzifə borcu hissi, təşəbbüskarlıq, inadkarlıq, kollektivlə işləmək qabiliyyəti, düşüncəlik, mənəvi keyfiyyət (saflıq, həqiqətpərəst, sadəlik, ədalətli, insanpərvər və s.) Təsərrüfat rəhbərinin işgüzar keyfiyyəti aşağıdakılarla müəyyən edilir: texniki, iqtisadi bilik səviyyəsi, istehsalın təşkili və idarə edilməsi məsələlərindən baş çıxarması təcrübəsi, ümumi mədəni inkişaf səviyyəsi, icra etdiyi konkret iş sahəsini dərindən bilmək və s

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə