Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan orfhos



Yüklə 33,75 Kb.
tarix17.11.2018
ölçüsü33,75 Kb.

ORFOEPİYA

Orfoepiya – yunanca “düzgün”, “dürüst” mənasında olan orfhos sözü ilə “danışıq”, “nitq” mənasında olan epos sözünün birləşməsindən əmələ gəlib, ədəbi dilin tələffüz normalarından bəhs edən bölmədir. “Orfoepiya”da ədəbi tələffüzün əsas cəhətləri, səslərin həm ayrılıqda, həm də digər səslərlə yanaşı olduqda, sözün müxtəlif məqamlarında, qrammatik formalarda və söz birləşmələrində necə tələffüz edilməsi qayda-qanunları, vurğu, intonasiya normaları öyrənilir.

Məqsəd və şəraitdən asılı olaraq nitq müxtəlif çalarlıqda təzahür edir. Fonetik imkanların orfoepik normalar dairəsində məqsədəuyğunluq əsasında təzahürü ilə müxtəlif tələffüz variantları formalaşır. Bu, tələffüz üslublarını yaradır. Tələffüz üslubları tam sərbəst üslub olmaqla iki qrupa bölünür.“Tam üslubdan təlim-tədris prosesində, yəni dərs deyərkən, mühazirə oxuyarkən, müəyyən məsələni dinləyiciyə başa salmaq məqsədi ilə danışarkən, yeni bir sözü, termini, ifadəni dinləyiciyə dürüst eşitdirmək üçün istifadə olunur... Adi danışıqlarda, ailə və məişət söhbətlərində iştirak edən şəxslər özlərini sərbəst hiss edirlər və öz danışıqlarını da əsasən sərbəst üslubda qururlar...” (Ə.Dəmirçizadə,“Müasir Azərbaycan dili”,I c.,B.,2007, s. 148).

Saitlər və samitlər tələffüzün əsas vasitələridir. Orfoepik normaların müəyyənləşdirilməsində saitlər əsas rol oynayır.

Saitlərin tələffüzünə dair qaydalar


  1. Eynicinsli qoşa saitli sözlərdə saitlər bir uzun sait kimi tələffüz olunur: saat [sa:t], təəccüb [tə:ccüb], bədii [bədi:] və s.

  2. ai, ia, əi, iə, ea, aü, io, ue kimi müxtəlifcinsli qoşa saitlərin işləndiyi sözlərdə tələffüz zamanı saitlər arasına [y] səsi daxil olur: radio [radiyo], ailə [ayilə], zəif [zəyif], duet [duyet] və s.

  3. əa, üa, üə kimi müxtəlifcinsli qoşa saitlərin işləndiyi

sözlərdə tələffüz zamanı birinci sait tələffüz olunmur, ikincisi uzanır: müəyyən [mə:yyən], fəaliyyət [fa:liyyət], müəllim [mə:llim], müavin [ma:vin] və s.

  1. Sözdə yanaşı gələn еа saitləri [iyа] кими tələffüz olunur: teatr[tiyatr], okean [okiyan] və s.

  2. Tərkibində eo qoşalığı olan sözlərin tələffüzü zamanı e səsi qısa e.ya çalarlıqda tələffüz olunur: feodal [fe.yadal], teorem [te.yarem] və s.

  3. Sözdə о ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür, о və ö saitləri üzanır: dovşan [do:şan], lovğa [lo:ğa], dovğa [do:ğa], növbə [nö:bə] və s. (bütöv, zövq, dövr, sövq, mövqe, mövzu, mövsüm, növraq, bünövrə, gövdə sözləri istisnadır).

  4. Sonu а, ə saitləri ilə bitən sözlərə y bitişdiricisi ilə şəkilçilər qoşulduqda, söz sonundakı saitlər qapalı sait səslərdən ([ı], [i], [u], [ü] səslərindən birinə çevrilir: bağlayır [bağlıyır], doğrayır [doğruyur], söyləyir [söylüyür] və s.

  5. Dilimizə başqa dillərdən keçən sözlərdə uzanan saitlər də vardır: alim [a: lim], kamil [ka: mil] və s.

  6. Bəzi müxtəlifcinsli qoşasaitli sözlərin yazılışı ilə tələffüzündə heç bir fərq olmur: aktual, bəraət, qiraət, memuar, xaos, şüəra, seans, mətbuat, sual, məcmuə, pauza, fauna, sauna, raund, riayət, şücaət, şüa və s. Dilimizdə ı və ü saitləri uzanmır.


Samitlərin tələffüzünə dair qaydalar

Dilimizdə işlənən samitlər işlənmə məqamından və şəraitdən asılı olaraq ya adi halda, məxrəcinə uyğun surətdə aydın tələffüz olunur, ya da qarşılığı olan samit çalarlığında tələffüz olunur. Yəni kar samitlər cingiltiləşə, cingiltili samitlər karlaşa bilir. R, l, m, n, ğ, y, j cingiltili samitləri; ç, h, x, ş kar samitləri əsasən öz məxrəclərinə müvafiq tələffüz olunur.



Digər samitlərin tələffüzü aşağıdakı kimidir:

  1. Söz sonunda və söz ortasında samitlə yanaşı işlənən ke

samiti [х´] kimi tələffüz olunur: ərik [ərix`], məktəb[məx`təb] və s.

  1. Alınma sözlərdə ka samiti [k`] kimi tələffüz olunur: klub [k`lub], tank [tank`], kosmos [k`osmos] və s.

  2. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə samitlərdən ikincisi cingiltiləşir: dəftər [dəfdər], istiqamət [isdiqamət] və s.

  3. Söz ortasında iki cingiltili samit yanaşı gələrsə, tələffüzdə samitlərdən birincisi karlaşır: doqquz [dok`quz], toqqa [ tok`qa].

  4. Söz ortasınd pp, tt, kk kar samitləri yanaşı gələrsə tələffüz zamanı onlardan birincisi kar, ikincisi cingiltili tələffüz olunur: tappıltı [tapbıltı], hətta [hətda], mütəkkə [mütəkgə] və s.

  5. Qоşa yy samitli sözlərdə yy samitləri şəkilçinin tərkibində gələrsə, tələffüz zamanı onlardan biri düşür: ədəbiyyat – [ədəbiyat], fəxriyyə – [fəxriyə], cəmiyyət –[cəmiyyət].

  6. Kar samitlərdən qoşa ff, ss, cingiltili samitlərdən qoşa bb, cc, dd, ll, mm, nn, rr, vv, zz samitlərinin işləndiyi sözlərin tələffüzündə fərq yaranmır: [şəffaf], [rəssam], [addım], [qüvvə], [qüllə], [ləzzət] və s.

  7. Söz sonunda işlənən b, d, c, g, z samitləri tələffüzdə karlaşır: palıd [palıt], tüfəng [tüfənk], ağac [agaç], almaz [almas] və s. Belə sözlərə saitlə başlayan şəkilci artırdıqda söz əslini bərpa edir: palıdа, tüfəngi, ağacın, almazı və s.

  8. Sonu q və k ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırdıqda q => ğ, k => g əvəzlənməsi olur: qonağa, köynəyin və s. Bu qayda yazıda da gözlənilir.

  9. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi

karlaşır: iqta [ik`ta], iqtisadiyyat [ik`tisadiyyat] və s.

  1. Söz ortasında işlənən c səsindən sonra cingiltili samit gələrsə, c səsi j kimi tələffüz olunur: əcdad [əjdad ], səcdə [səjdə] və s.

  2. Sonu c samiti ilə bitən sözlər d, l, t, z, s, n samitləri ilə

başlayan şəkilşi qəbul edərsə c samiti [ş] kimi tələffüz olunur: əlacsız [əlaşsız].

  1. Sonu ç samiti ilə bitən sözlərdən sonra d, l, t, z, s, n samitləri ilə başlayan şəkilşi və ya söz gələrsə, ç samiti [ş] kimi tələffüz olunur: qaçdı [qaşdı], uçdu [uşdu], üç zəng [üş zənk] və s.

  2. T, d, s, z, ş samitləri ilə bitən sözlərə l səsi ilə başlanan şəkilçilər qoşulduqda [l] səsi [d] səsi ilə əvəz olunur: atlar [atdar], qızlar [qızdar] və s.

  3. R, n samitləri ilə bitən sözlərə l səsi ilə başlanan şəkilçilər qoşulduqda [l] səsi sözün son samitinə uyğun tələffüz olunur: narlar [narrar], qarlı [qarrı], dərmanlar [dərmannar] və s.

  4. Üzv, üzr, hökm, rəhm, sədr və s. kimi sonu qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlanan şəkilçi qoşulduqda üç samit yanaşı gəldiyinə görə (üzvlük, üzrlü, hökmlü, rəhmli, sədrlik) tələffüzdə iki samit arasına sait əlavə olunur və [üzvülüx]`, [üzürrü], [hökümlü], [rəhimli], [sədirrix`] kimi tələffüz olunur.

  5. Sonu iki kar samitlə bitən bir qisim sözlərə (xüsusən də st, ft, şt samit qoşalığı olan sözlər) samitlə başlanan şəkilçi artırdıqda həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq [doslux], neftçi [nefçi], turistlər [turislər], sərbəstlik [sərbəslix`] və s.

  6. Söz ortasında b, m samitlərindən əvvəl gələn n samiti [m] kimi tələffüz olunur: zənbil [zəmbil], sünbül [sümbül], şənbə [şəmbə], mənbə [məmbə], münbit [mümbit], anbar [ambar], günbəz [gümbəz].

  7. Çoxhecalı sözlərdə sonu saitlə bitən sözlərə saitlə başlayan

y bitişdiricili şəkilçilər qoşulduqda açıq sait qapalı sait kimi tələffüz olunur:tələbəyə [tələbiyə], söyləyir [söylüyür] və s.

  1. İsmin çıxışlıq hal şəkilçisi –dan, -dən sonu n, m samitləri ilə bitən sözlərə artırıldıqda –nan, -nən kimi tələffüz olunur: səndən – sənnən, xalamdan-xalamnan və s.

  2. Ikinci şəxs cəmi bildirən xəbər şəkilçisi –sınız çox zaman –sız kimi işlənir: yazırsınız – yazırsız, ğülürsünüz – gülürsüz və s.

  3. Köməkçi sözlər sonu saitlə bitən sözlərə qoşulduqda yanaşı gələn saitlərdən ikincisi qısa tələffüz olunur: nə idi – nəi.di, hava ilə - havai.lə, elə isə - eləi.sə və s.

  4. Ilə (-la, -lə) qoşması yazılışından fərqli olaraq -nan, -nən şəklində tələffüz olunur: kitabla [kitabnan], dəftərlə [dəftər nən] və s.

  5. Üçün qoşması yazılışından fərqli olaraq -çün şəklində tələffüz olunur: səninçün, bizimçün, onunçün və s.

  6. İdi, imiş hissəcikləri yazılışından fərqli olaraq saitlə bitən sözlərdə -ydı4 , -ymış 4 kimi tələffüz olunur: tələbə idi [tələbəydi], tələbə imiş [tələbəymiş] və s.

: uploads -> doc
doc -> İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
doc -> Tingkah laku langsang/agresif merupakan tingkah laku yang lumrah, berada di sekitar kita. Tingkah laku langsang/agresif merupakan tingkah laku yang lumrah, berada di sekitar kita
doc -> Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydasının təsdiq edilməsi haqqında
doc -> İmişli rayon A. Einov adına 7saylı tam orta məktəbin biologiya müəllimi
doc -> Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər
doc -> Söz yaradiciliğI
doc -> Tədqiqat sualları


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə