Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 37 Heyətin seçilməsi mərhələsinin həyata keçirilmə üsulları



Yüklə 4,25 Mb.
səhifə23/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
insan resursları

Sual 37 Heyətin seçilməsi mərhələsinin həyata keçirilmə üsulları.
Kadrların seçilməsi aşağıdakı məsələləri əhatə edir:

  1. bu və ya digər vəzifə üçün mümkün olan namizədlər haqqında informasiya;

  2. onların haqqında zəruri məlumatların təhlili;

  3. namizədlərin keyfiyyət göstəricilərinin məcmuu halda müqayisə edilməsi;

  4. nəzərdə tutulan vəzifə ilə bu keyfiyyətin müqayisə edilməsi;

  5. həmin vəzifəyə daha uyğun gələn adamın seçilməsi;

  6. konkret adamın vəzifəyə təyin edilməsi.

Kadrlar seçilərkən bir sıra xüsusi qaydalara, prinsiplərə əməl olunmalıdır. Bu qaydalardan birincisi, rəhbər işə, vəzifəyə namizədin həmin işə, yaxud vəzifəyə uyğunluğu qaydasıdır. Bu ilk baxışda çox sadə görünür.
Müasir şəraitdə işçilərin seçilməsinə belə yanaşma nəinki effekt verir, əksinə işçi qüvvələrinə olan tələbatın ödənilməsini çətinləşdirir, həm də çox xərc tutumlu olur. Kadrlar şöbəsinin işçiləri işçiyə olan tələbatları əvvəlcədən duyurlar və etibarlı olaraq əsaslandırırlar. Seçmənin etibarlılığı və effektivliyinin yüksəldilməsi əsasən tədqiqatçılar tərəfindən namizədlərin iş və şəxsi keyfiyyətlərinin öyrənilməsindən, informasiya mənbələrindən asılıdır. Bu mərhələdə kadrların seçilməsi həyata keçirilir. Hər dəfə namizədlərin ilkin yoxlanması göstərir ki, onlar müvafiq tələblərə uyğun deyillər. Namizədlərin faktiki bilik səviyyələrinin öyrənilməsində hər zaman elmin nailiyyətlərindən istifadə olunmur. Ona görə ki, insan resurslarının seçilməsi çox pilləli, mürəkkəb bir sistemdir
Rəhbərlik təcrübəsində boş iş yerlərinə heyətin seçilməsinin dörd prinsipial sxemi var: təcrübəli rəhbər və mütəxəssislərin təyin edilməsi; gənc mütəxəssislərin, məktəb məzunlarının qəbulu; daxili imkanlardan istifadə; rəhbər heyət ehtiyatından istifadə. Seçim prosesi bir neçə mərhələdən ibarətdir: namizədlərin təhsilinin və təcrübəsinin qiymətləndirilməsi, müsahibə, bacarıq və səriştəsinin testlə yoxlanılması və nəhayət ən yaxşı namizədin seçilməsinə dair qərarın qəbul edilməsi. Səmərəli seçim prosesi aparmaq üçün əvvəlcədən vəzifəni icra etmək üçün lazım olan tələblərin təsnifatının hazırlanması zəruridir. Həmin tələblərə müvafiq olaraq seçim kriteriyalarının və namizədlərin testdən keçirmə və qiymətləndirmə prosedurasını asanlıqla qurmaq olar. Vəzifədən və işin mahiyyətindən asılı olaraq gözlənilən bacarıq, bilik və səriştə müxtəlif ola bilər. Bəzi hallarda namizəddən çevik olması, yüksək səviyyədə danışıq və eşitmək qabiliyyətinə malik olması tələb olunur.
Heyətin düzgün seçilməsinin kollektivin formalaşmasında əhəmiyyəti aşağıdakılardan ibarətdir:

  1. kollektivdə yaxşı psixaloji mühit formalaşdırır;

  2. kollektivdə yüksək əmək fəaliyyətinə səbəb olur;

  3. işçilər gördüyü işdən həzz alırlar; 4. əmək intizamı möhkəmlənir.

Sübut olunub ki, yaxşı planlaşdırılmış işçi seçimi prosesi baha başa gəlsə də, gələcəkdə işin effektiv qurulması nöqteyi nəzərindən sərfəlidir. Bunun nəticələri daha səmərəli və keyfiyyətli ola bilər, başqa sözlə desək şirkətin gəlirliyini qaldıracaq. 220 potensial namizəddən düzgün seçim ehtimalı daha yüksəkdir. Müəssisədə hər bir işçiyə aid şəxsi fayl ayrılması onların ixtisaslarının iş yerlərinə uyğunluqlarını müəyyən etmək üçün lazımdır. İşçilərin gözləmələrini - əmək haqqı, iş şəraiti və onun məzmunu, kariyerasının inkişafı kimi məsələlərlə bağlıdır. Namizədlərin seçimi zamanı təhsil, iş təcrübəsi, şəxsi keyfiyyətlər kimi amillər əsas götürülür.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə