Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 28 Heyətin operativ planlaşdırılmasının quruluşu və məzmunu



Yüklə 4,25 Mb.
səhifə17/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
insan resursları

Sual 28 Heyətin operativ planlaşdırılmasının quruluşu və məzmunu.
Heyətin operativ planı kompleks qarşılıqlı əlaqədə olan kadr tədbirlərinin məcmusu olmaqla, təşkilatın və hər bir işçinin məqsədinin həyata keçirilməsinə yönəldilir. Bu plan təşkilatın heyətinin bütün işlərinin planlaşdırılmasını əhatə edir və bir il üzrə tərtib edilir.
Operativ planın işlənilməsi üçün aşağıdakı məlumatları xüsusi tərtib olunmuş anketlər vasitəsilə toplamaq lazımdır:

  1. Heyətin daimi tərkibi haqqında məlumatlar: adı, soyadı, yaşadığı ünvan, yaşı, işə qəbul olunduğu vaxt və s.

  2. Heyətin quruluşu: ixtisas, yaş, cins, milli tərkibi, şikəstlərin xüsusi çəkisi, fəhlələrin, mütəxəssislərin, qulluqçuların, yüksək ixtisaslı fəhlələrin xüsusi çəkisi və s.

  3. Kadr axıcılığı;

  4. Müxtəlif səbəblərdən iş vaxtı itkiləri;

  5. İş vaxtının davamı (tam və natamam işləmək);

  6. İşçilərin əmək haqqı barədə məlumatlar;

  7. Sosial xarakterli xidmətlər: sosial ödəmələr.

İnformasiyalar bu tələblərə cavab verməlidir:

  1. Sadəlik;

  2. Əyanilik;

  3. Birmənalıq, aydın və başa düşülən;

  4. Müqayisə etməyə imkan verməlidir;

  5. Vahid formanın gözlənilməsi;

  6. Aktuallıq – təzə, operativ və vaxtında təqdim etmək.

Kadr planlaşdırılmasının mərhələləri: I mərhələ - kadrlara tələbatın planlaşdırılmasıdır.
Bu zaman aşağıdakı məlumatlardan istifadə edilir: mövcud və planlaşdırılmış iş yerlərinin sayı, texniki – təşkilatı tədbirlərin həyata keçirilməsi planı; ştat cədvəli və baş vəzifələrin tutulması planı;
II mərhələ - istiqamətləndirmə. Burada əsas məsələ işçinin müəssisədəki şəraitə uyğunlaşmasıdır. Bu zaman işçi tədricən yeni peşəyə və sosial-iqtisadi şəraitə uyğunlaşır. Əməyə uyğunlaşmanın 2 forması vardır: Heyət haqqında informasiyanın toplanması İstehsalın planlaşdırılmasının məqsədi Yoxlamalı, lazım gəlsə məqsədi dəyişdirmək İstehsalın planlaşdırılmasının məqsədi ilə heyət haqqında informasiyanın uyğunluğunun yoxlanması Kadr planlaşdırılmasının məqsədi həyata keçə bilər.
Heyətə tələbatın planlaşdırılması Heyətin qəbulunun uyğunlaşmasının və azad edilməsinin planlaşdırılması Heyətdən istifadənin planlaşdırılması Heyətin təhsilləndirilməsinin və ixtisasın artırılmasının planlaşdırılması Əməkdaşların irəli çəkilməsinin planlaşdırılması Heyətin təhlükəsizliyinin planlaşdırılması Heyətə xərclərin planlaşdırılması Planların icrasına nəzarət Birincisi, ilkin uyğunlaşma, bu zaman cavan, yeni işə qəbul edilmiş işçilərin onlar üçün yeni olan şəraitə uyğunlaşmasıdır. İkincisi, sonradan uyğunlaşma, bu işçinin işini dəyişməsi nəticəsində başqa işə keçməsi ilə əlaqədar yeni şəraitə uyğunlaşmasıdır. Bazar iqtisadiyyatı şəraitində ikinci uyğunlaşma formasının rolu artmışdır. Əməyə uyğunlaşma 3 mərhələdən keçir:

  1. Tanışlıq mərhələsi – iş yerləri, fəaliyyət şəraiti, əmək rejimi, əmək şəraiti, əməyin təşkili, stimullaşdırma şərtləri, kollektiv norma və ənənələrlə tanışlıq;

  2. Qiymətləndirmə mərhələsi – peşə ustalığının mənimsənilməsi, öz imkanlarının, gələcəyinin qiymətləndirilməsi;

  3. Son və yaxud identifikasiya mərhələsi – sabit əmək göstəricilərinin əldə edilməsi, kollektivin norma və dəyərlərinin tamamilə mənimsənilməsi, kollektivin layiqli kadrları sırasına daxil edilməsi.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə